Prezident “Minatəmizləmə fəaliyyəti haqqında” Qanunun icrası ilə əlaqədar bir sıra qanunlarda dəyişiklik edib
Siyasət 15 Yan 2026 14:57:00 58 0
İnşaat, təsərrüfat və digər işlər görülərkən aşkar edilən abidələrin qorunması qaydalarında dəyişiklik edilib.
Bu xəbəri də oxu: MİQ imtahanında iştirak ödənişli oldu
Son.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, minatəmizləmə fəaliyyəti həyata keçirilərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqan (qurum) və elmi təşkilat tərəfindən iki ay müddətində bu Qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.
Bu halda inşaat, təsərrüfat və digər işlər, o cümlədən minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsi ilə davam etdirilə biləcək.
Minatəmizləmə fəaliyyəti tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçiriləcək və abidələrin ilkin tədqiqi təmin ediləcək. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin işlər, o cümlədən minatəmizləmə fəaliyyəti aparılan yerdə öz nümayəndəsinin və mütəxəssisin iştirakını təmin edəcək.
Həmçinin, Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən aşkar edilən abidələrin qorunması, habelə tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir, minatəmizləmə fəaliyyəti və təsərrüfat işlərinin aparılması "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.
Dəyişikliklə əhalinin sağlamlığının qorunması sahəsində minatəmizləmə fəaliyyəti ilə əlaqədar zərərçəkmişlərin hüquqları genişləndirilir.
"Minatəmizləmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına ("Tibbi sığorta haqqında" Qanuna uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaqlar.
Dəyişikliyə əsasən, Azərbaycanda heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə istifadə edilməsinin hüquqi əsası yaradılır.
Belə ki, digər normativ hüquqi aktlarının tələblərinə əməl etmək şərtilə heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə edilməsi həyata keçirilə biləcək.
İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyaları
"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" yeni qanun qəbul ed
Yeni istifadəyə verilmiş Gəncə-Qəbələ-Gəncə marşrutundan istifadə et
Bazarda yerli məhsullarla yanaşı İran məhsullarının da öz müştərilə
"Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Yaz�
Tanınmış teleaparıcı və jurnalist Turan İbrahimovun idmançı oğlunun m�
Tanınmış iş adamı, "Sabirabad Konserv" ASC-nin rəhbəri Əliabba
Milli Məclisdə ilk dəfə olaraq deputat "WhatsApp" kanalı yaradıb
"İstənilən ölkənin qonşuluğunda olan dövlətdə daxili proseslər,
Sosial şəbəkələrdə yayılan video qısa zamanda böyük maraq doğurub.
"Mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşlar
Türkiyə-İran sərhədində kütləvi insan axını müşahidə olunur.
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində
Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahadın paylaşımı sosial şəbək
Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Yaşarqızının sosial ş
