Siyasət

Prezident: Azərbaycanda Tofiq Quliyevin xatirəsi əbədiləşdirilib

2023-02-08 12:58:00

Tofiq Quliyevin xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun yaşadığı binaya xatirə lövhəsi vurulub, Bakının küçələrindən birinə onun adı verilib. Eyni zamanda, musiqi məktəbi də onun adını daşıyır və bu gün bu gözəl abidə ucaldılır.

İlham Əliyev: Tofiq Quliyevin əsərləri bizim böyük sərvətimizdir

2023-02-08 12:50:00

Tofiq Quliyevin əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır.

Prezident: Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində inqilab edib

2023-02-08 12:49:00

Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkar Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir.

Qardaş qardaşdan heç nə əsirgəməz, necə ki əsirgəmir...

2023-02-08 12:35:00

2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyop Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısının tapşırığına əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb. 

İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib FOTO

2023-02-08 12:17:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.

Zəlzələ bölgəsi üçün toplanan yardımlar

2023-02-08 11:51:00

Ötən gün azərbaycanlılar tərəfindən Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş insanlar üçün yardım kampaniyasına başlanılıb.

Daha 227 xilasedicimiz Türkiyəyə göndərildi

2023-02-08 10:37:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

Hərbi hissələrin döyüş fəaliyyəti yoxlanılıb

2023-02-08 10:27:00

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissədə xidməti-döyüş fəaliyyətini, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilini yoxlayıb.

"Azərbaycan Ermənistandan fərqli olaraq..." XİN

2023-02-08 08:51:00

Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır.

Ərdoğan sabah zəlzələdən zərər çəkmiş əyalətlərə

2023-02-07 23:56:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Türkiyənin zəlzələdən zərər çəkmiş əyalətlərinə səfər edəcək.

Ukraynaya 100ə yaxın “Leopard 1”

2023-02-07 22:54:00

Niderland Almaniya və Danimarka ilə əməkdaşlıq çərçivəsində 100-ə yaxın "Leopard 1" tankı alaraq Ukraynaya tədarük etmək niyyətindədir.

Leyla Abdullayeva Türkiyənin Fransadakı

2023-02-07 22:51:00

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisdəki səfiri Əli Onanerlə görüşüb, zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığı verib.

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə

2023-02-07 22:48:00

Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bu gündən etibarən Heydər Əliyev Mərkəzinin binası Türkiyə Respublikasının Dövlət bayrağının rəngində işıqlandırılıb.

Ərdoğan təyyarəyə görə Paşinyana təşəkkür etdi –

2023-02-07 22:39:00

Ermənistan Baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Mediaya sızan məlumat ABni böldü:

2023-02-07 21:34:00

Avropa Birliyi (AB) rəsmiləri Ukrayna Prezidenti Vladimir Zelenskinin Brüsselə mümkün səfəri ilə bağlı məlumatın mediaya sızması ilə əlaqədar qarşılıqlı ittihamlar səsləndirirlər.

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı həlak oldu

2023-02-07 21:32:00

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı - 1980-ci il təvəllüdlü Nailə Bünyatovanın həlak olduğu dəqiqləşib.

Vardanyan Xankəndidən qaçdı

2023-02-07 21:31:00

Təxminən on gün əvvəl Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan görüşlər keçirmək üçün Rusiyaya gedib.

Erməni xilasedicilər Türkiyəyə yola

2023-02-07 21:29:00

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verib və erməni xilasedicilərinin Türkiyəyə yola düşməyə hazırlaşdığını bildirib.

Türkiyədə süni zəlzələ iddiası: “İstanbulda lövbər salan

2023-02-07 21:27:00

"Zəlzələ ilə bağlı yenə "sui-qəsd nəzəriyyələri"nin sayı artıb. "Versiya"lardan biri budur ki, Türkiyədəki zəlzələni fevralın 3-də İstanbulda lövbər salan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi yaradıb, guya həmin gəmidə zəlzələ yaradan xüsusi texnologiya var".

Süleyman Soylu Azərbaycana

2023-02-07 21:26:00

Türkiyənin daxili işlər naziri Süleyman Soylu yardımdan dolayı Azərbaycana təşəkkür edib.

Rusiyaya Türkiyə ilə müharibə lazımdırmı?

2023-02-07 21:24:00

Rusiya Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşmır. Moskva postsovet məkanını təhlükəsizliyin, iqtisadi inkişafın və Kremlin kimliyinin birbaşa asılı olduğu region kimi qəbul edir. Ukrayna hadisələri ilə bağlı Rusiyanın müxtəlif regionlardakı, xüsusən də Cənubi Qafqazdakı maraqlarını unutduğunu düşünmək səhvdir. Lakin Moskvanın postsovet məkanında istifadə edə biləcəyi alətlər bu gün getdikcə azalır.

Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir

2023-02-07 19:56:00

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir.

“Ətraf mühitin mühafizəsi haqqında” Qanuna dəyişiklik olunub

2023-02-07 18:14:00

"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bu ölkələr arasında yaşıl enerjinin inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında saziş təsdiqləndi

2023-02-07 17:22:00

Prezident İlham Əliyev "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları təltif edildi

2023-02-07 16:10:00

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları təltif edilib.

Prezident İlham Əliyev AHİKin yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına müraciət edib

2023-02-07 16:06:00

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına müraciət edib.

İlham Əliyev: Gələn ay Azərbaycan Qoşulmama Hərəkatının Zirvə Görüşünə ev sahibliyi edəcək

2023-02-07 13:41:00

Azərbaycan Qoşulmama Hərəkatının üzvü olaraq bu təşkilatın təsisatlanması istiqamətində işlər aparır. Gələn ay Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşünə ev sahibliyi edəcək.

Xilasedicilərimiz axtarışlara başladılar

2023-02-07 12:15:00

Dünən Türkiyə yollanan FHN-in xilasetmə qüvvələri axtarış əməliyyatlarına başlayıb.

Yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edildi

2023-02-07 11:53:00

Türkiyənin Bakıdakı səfirliyi və Naxçıvandakı Baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

Prezident Laosun yeni səfirinin etimadnaməsini qəbul edib FOTO

2023-02-07 11:43:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vilavan İyapohenin etimadnaməsini qəbul edib.

Prezident Konqonun yeni səfirinin etimadnaməsini qəbul edib

2023-02-07 11:27:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

Azərbaycan Ordusunda döyüşə hazırolma qabiliyyəti yoxlanıb

2023-02-07 11:17:00

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar praktiki məşğələlər keçirilib.