Şimali Makedoniya Prezidenti Xalça Muzeyi ilə tanış olub FOTO


Siyasət 12 Mar 2025 18:18:00 101 0

Şimali Makedoniya Prezidenti Xalça Muzeyi ilə tanış olub  FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 12-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, muzeyin direktoru Əminə Məlikova ali qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası istifadə olunan materialların, toxuma texnikalarının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasının "qızıl fondu"nu Azərbaycanın 7 regionunun - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xovlu və xovsuz xalça nümunələri təşkil edir. Bununla yanaşı, ekspozisiyada digər dekorativ-tətbiqi sənət nümunələri də nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Ali qonaq, həmçinin muzeydə xalçatoxuma prosesini izləyib və xalçatoxuma təcrübəsində iştirak edib.

Sonra Şimali Makedoniya Prezidentinə Azərbaycanın qədim kəlağayı sənəti haqqında məlumat verilib. Qordana Silyanovska-Davkova kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.

Daha sonra Şimali Makedoniya Prezidenti muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda ali qonağa Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş kitab hədiyyə edilib.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu Şimali Makedoniya Prezidentində xoş təəssürat yaradıb.

Qarnı ağrıyan 4 yaşlı uşağın bağırsağından görün nələr çıxdı  FOTO like
  • 12 Mar 18:15  
Digərləri Qarnı ağrıyan 4 yaşlı uşağın bağırsağından görün nələr çıxdı FOTO

Türkiyədə qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılan 4 yaşlı

arrow Ətraflı
"Hüsnünə Aşiq" adli qrup sərgisi Xətai Sənət Mərkəzində təqdim olunacaq like
  • 12 Mar 18:10  
Kriminal "Hüsnünə Aşiq" adli qrup sərgisi Xətai Sənət Mərkəzində təqdim olunacaq

Xətai Sənət Mərkəzində "Shatu art group" tərəfindən təşkil

arrow Ətraflı
Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib like
  • 12 Mar 18:06  
Siyasət Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi

arrow Ətraflı
Əvvəlki halından əsərəlamət qalmayıb   Adriana kamera qarşısında  FOTOlar like
  • 12 Mar 17:55  
Şou-biznes Əvvəlki halından əsərəlamət qalmayıb Adriana kamera qarşısında FOTOlar

Bir vaxtlar çəkisi ilə gündəmdə olan məşhur "Victoria's Secret&

arrow Ətraflı
Bakıda tikiş sexinin fəaliyyəti dayandırıldı  VİDEO like
  • 12 Mar 16:52  
Digərləri Bakıda tikiş sexinin fəaliyyəti dayandırıldı VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Xankəndidə erməni separatçılarının qondarma "hökumət evi" sökülür  VİDEO like
  • 12 Mar 16:45  
Digərləri Xankəndidə erməni separatçılarının qondarma "hökumət evi" sökülür VİDEO

Xankəndi şəhərində separatçılarının qondarma "hökumət evi"

arrow Ətraflı
Xurmanı tək Ramazanda yox, daim yemək üçün səbəblər like
  • 12 Mar 16:44  
Digərləri Xurmanı tək Ramazanda yox, daim yemək üçün səbəblər

Xurma həm dadlı, həm də çox faydalı bir meyvədir. Bu şirin meyvə Ramaza

arrow Ətraflı
Həbs olunan  Ağadadaş Ağayev məhkəmədən sonra ilk dəfə DANIŞDI  VİDEO like
  • 12 Mar 16:38  
Şou-biznes Həbs olunan Ağadadaş Ağayev məhkəmədən sonra ilk dəfə DANIŞDI VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cin

arrow Ətraflı
Səkinin qanunsuz zəbt olunmasının qarşısı alındı  VİDEO like
  • 12 Mar 16:35  
Digərləri Səkinin qanunsuz zəbt olunmasının qarşısı alındı VİDEO

Bakının Xətai rayonu Xocalı prospektində piyada səkisinin qanunsuz zəbt o

arrow Ətraflı
Sərxan Sərxan nostalji konsert proqramı ilə çıxış edib  FOTO like
  • 12 Mar 16:27  
Kriminal Sərxan Sərxan nostalji konsert proqramı ilə çıxış edib FOTO

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq artisti Sərxan Sərxan

arrow Ətraflı
"28 May" metrosundakı musiqi buna görə imiş like
  • 12 Mar 16:22  
Digərləri "28 May" metrosundakı musiqi buna görə imiş

Son günlər "28 May" metrosunda musiqi səslənir.

arrow Ətraflı
Prezidentə görə saçlarını qırxdılar  VİDEO like
  • 12 Mar 16:10  
Dünya Prezidentə görə saçlarını qırxdılar VİDEO

Şüarlarla dolu aksiyanın ən diqqətçəkən anı isə etirazçıların başl

arrow Ətraflı
Böyük Magellan buludunda qara dəliyin var olmasına dair dəlil üzə çıxdı like
  • 12 Mar 16:00  
Dünya Böyük Magellan buludunda qara dəliyin var olmasına dair dəlil üzə çıxdı

Məlum olub ki, onların təxminən yarısı Süd Yolunun mərkəzi qara dəliyi

arrow Ətraflı
“Tələsmirik...” like
  • 12 Mar 15:50  
Dünya “Tələsmirik...”

Xəbər verdiyimiz kimi, ötən gün Səudiyyə Ərəbistanının Ciddə şəhə

arrow Ətraflı