Xəbərlərin siyahısı
2023-01-01 08:05:00
Sarkoidoz böyrəküstü vəzdən başqa bütün orqanlarda əmələ gələn bir xəstəlikdir.Xəstəlik özünü orqanlarda qranulomaların əmələ gəlməsi və əmələ gəldiyi orqanın strukturunun pozulması ilə göstərir. Əzələ sümük sistemi Sarkoidoz zamanı sümük əzələ dəyişiklikəri xəstələrin 50-80%-ində əmələ gəlir.Ən çox hallarda özünü baldır-daban oynaqlarının artriti,miopartiyalarla biruzə verir. Ağ ciyər Ağ ciyərlərdə sarkoiduzun əmələ gəlməsi ağ ciyər köklərinin ikitərəfli limfadenopatiyasına səbəb olur və dəridə,gözlərdə patoloji dəyişikliklərə gətirib çıxarır. Göz Göz sarkoidozu təxminən 25% xəstələrdə müşahidə edilir.Bunların 75%-i ön uveit,25%-i isə arxa uveit şəklində meydana çıxır.Xəstəlik zamanı konyuktiva və göz yaşı vəzilərinin də infiltirasiyası mümkündür.Gözün sarkoidozu korluğa səbəb ola bilir. Dəri Dərinin sarkoidozu qeyri-kazeoz epiteloid hüceyrə qranuloması,düyünlü eritema,qurdeşənəyi,vaskulitlər və polimorf eritema şəklində dəri təzahürləri ilə meydana çıxır.Dəri sarkoidozuna sarkaidozlu xəstələrin 10-35%-ində rast gəlinir. Neyrosarkoidoza 5% xəstələrdə rast gəlinir.Onun diqanostikası ağ ciyərlərdə və digər təzahürlər olmadıqda çox vaxt çətin olur.Neyrosarkoidoz beyin sinirlərinin iflici,polinevrit və polinnevropatiya,meningit,epilepsiyaya bənzər tutmalar,beyində həcmli törəmələr,hipofizar-hipotalamik sindrom və yaddaşın pozulması ilə müşayət edilir. Ürəyin sarkoidozu 5%-dən az xəstələrdə rast gəlinir.Bu zaman ürəkdə aritmiyalar baş verir.Ürəyin sarkoidozu adətən ölümlə nəticələnir. Qırtlağın sarkoidozu səsin tutulması,öskürək,disfaqiya ilə müşayət edilir. Böyrəklərdə sarkoidoz baş verən zaman hiperkalsiemiya və kiperkalsiuriya müşayət edilir.Nadir hallarda intersistal nefrit əmələ gəlir.
2023-01-01 08:01:00
Böyrəyin əsas struktur-funksional vahidi nefrondur. Sağlam insanın hər böyrəyində 1,2 milyon nefron vardır.Hər bir nefron böyrək cisimciyi və kanalcıqdan ibarətdir.Böyrək cisimciyi nefronun başlanğıc hissəsi olub yumaqcıq və onu örtən kapsuldan ibarətdir.Yumaqcıq damar törəməsi kimi 50 kapilyar ilgəyindən ibarətdir.Yumaqcıq kapsulasının daxili qatı yumaqcıq kapilyarlarının divarına birləşərək və eyni zamanda onların xarici qatını(epitelini) təşkil edir. Kapsulun xarici qatı daxili qatdan bir qədər aralı yerləşir və nəticədə onların arasında mikroskopik boşluq əmələ gəlir.Yumaqcıq kapsulunun boşluğu kanalcığın mənfəzinə,yəni kanalcıq divarına keçir.Böyrək yumaqcıqlarının gətirici və çıxarıcı arteriyaları bir-birinin yanında yerləşərək onun qütbünü əmələ gətirir və kapsulla örtülmür.Hesablamalar göstərir ki,hər bir kapsulun uzunluğu 30-50mm olmaqla ümumiyyətlə bütün nefronların uzunluğu 25 km yumaqcıqların filtirasiya səthi 1,5 kv.m-ə bərabərdir. Elektron mikroskopla müayinə etdikdə böyrək kapilyarlarının divarının 3 qatdan ibarət olması aydınlaşır. Daxili qat endoteldən ibarətdir. Endotelial qat özünəməxsus xəlbir qatı təşkil etdiyi üçün fenestrara adlanır.Normada endotelial hüceyrələr arasında sahə birləşdirici toxumanın əsas maddəsi olan maddə tutur. Kapilyar divarının xarici qatı epitel hüceyrələrindən ibarətdir.Bunlara podositlər də deyilıir.Podositləri trabekula adlanan perpendikulyar vəziyyətdə olan çıxıntılar ayırır.Podosit özü membrana yapışmır.Bazal membran ilə podosit,trabekula və bir-birinə dolaşan çoxlu pedikula arasında ultra mikroskopik sahə əmələ gətirir. Yumaqcıq kapilyarının orta qatının qalınlığığını əsas zar təşkil edir.Üç qatdan ən çox bu qat kapilyarlarda dövr edən qanla böyrək yumaqcığı kapsulunun boşluğu arasında fasiləsiz baryerdir. Nefronun böyrək kanalcığı şərti olaraq üç əsas hissəyə bölünür.Hər bir kanalcığın uzunluğu 35-50 mm-ə qədər olur.Nefron ilgəyinin qalxan hissəsinin yoğun seqmentində və ikinci dərəcəli qıvrım kanalcıqlardakı epitel örtüyü proksimal kanalcıq epitelisinə oxşayır.Bu hüceyrələrin sitoplazmasında çoxlu hüceyrədaxili membran vardır.Sitoplazmada hidrolitik,qlükolitik fermentlərin yüksək aktivliyi təyin olunur ki,bu da suyun,natriumun və başqa maddələrin fakultətiv resorbsiyası kimi mürəkkəb funksiyaları təmin edir.
2023-01-01 07:51:00
Böyrək xəstəlikləri zamanı diaqnozu dəqiqləşdirmək üçün müxtəlif müayinə üsullarından istifadə ediıir. Böyrək arteroqrafiyası Böyrək şişi,kistası,palikistoz,böyrək damarlarının stenozu diaqnozunu dəqiqləşdirmək üçün bu müayinədən istifadə edilir.Arteroqrafiyanı yerinə yetirmək üçün Seldinger üsulu ilə bud arteriyasından aortaya xüsusi kateter yeridilir və böyrək arteriyalarından yuxarı səviyyəyə çatdırılır.Kateterlə 60-80 ml kontrast maddə vurmaqla ardıcıl rentgen şəkillər çəkilir. Rentgen kompyuter tomoqrafiyası Bu zaman böyrək xəstəliklərinin dəqiq diaqnozu təyin edilir.Üsul ardıcıl olaraq bədənin köndələn laylarının alınmasına və məlumatların ağ-qara və rəngli şəkildə ekrana verilməsinə əsaslanır. Nefrologiyada KT böyrək şişlərini,polikistozunun və daşlarının,böyrəküstü vəzilərin şişlərinin diaqnozunu qoymağa,böyrək travmalarında onların zədələnmələrini təyin etmək üçün istifadə edilir. Maqnit rezonans tomoqrafiyası MRT-nin üstünlüyü böyrəklərin,peritonarxası sahənin və qarın boşluğu orqanlarının müayinəsini istənilən vəziyyətdə(horizontal,sagital,frontal)dəqiq şəklini almaq olur.Müxtəlif proyeksiyalarda alınmış məlumatların tutuşdurulması böyrəklərdəki patoloji ocağın dəqiq vəziyyəti haqqında məlumat almağa,onun sağlam böyrək toxumasına,damarlara,kasacıq-ləyən sisteminə və həmçinin qonşu orqanlara münasibətini aydınlaşdırmağa imkan verir. Radioizotop müayinə üsulları Radioizatop nefroqrafiya böyrəyin funksiyasını öyrənmək üçün tətbiq edilir.Xəstənin venasına hippuran və ya diobrast yeridilir,sonra çoxkanallı radioqrafik cihazın köməyi ilə hər böyrəyin funksiyasını ayrıca və qanın nişanlanmış maddədən təmizlənməsini öyrənir.Bu müayinə xroniki pielonefritdə,pielonefritdə,böyrək vərəmi və amiloidozda,böyrəkdən sidiyin xaric olunmasının pozulmasında diaqnozu dəqiqləşdirməyə kömək edir. Sidik kisəsinin kateterizasiyası Kateterizasiyadan diaqnoztik məqdəslə,sidik kisəsində yığılıb qalmış saidiyi buraxmaq üçün istifadə olunur. Sistaskopiya Sidik kisəsinə sistaskop vasitəsilə baxılmasına sistaskopiya deyiolir.Bu üsul sidik kisəsinin selikli qişasının,sidik axarlarının mənsəbinin vəziyyətini öyrənməyə,daşı,şişi götürməyə imkan verir. Böyrəyin biopsiyası Böyrəyin biopsiyası diaqnostik manipulyasiya olub,böyrək toxumasının bir fraqmentinin morfoloji cəhətdən müayinə üçün əldə edilməsidir.Dəridən keçməklə böyrəyin punsion biopsiyası neyropatiyaların differensual diaqnozunu qoymağa,qlomerulonefritin variantını təyin etməyə,qırmızı qurd eşənəyini və digər ikincili xəstəlikləri təyin etməyə imkan yaradır.
2023-01-01 07:41:00
Böyrəyin biopsiya olunmasına vacib göstərişlərdən biri kəskin böyrək çatışmazlığı xəstəliyinin olmasıdır.Çünki,morfoloji müayinə 70% xəstələrdə diaqnozu və müalicə taktikasını dəyişir.Böyrək funksiyalarının (filtirasiyanın) sürətli aşağı düşməsi,yəni son 3 ayda kreatinin qanda səviyyəsinin 2 dəfədən çox artması sürətli proqress edən qlomerulonefritin aşkarlanmasında həlledici rol oynayır.Bu zaman erkən və aktiv immunodepressiv terapiya (yüksək doza koprtikosteroidlər və sitostatiklər)nəinki xəstəliyin sabitləşdirilməsinə xidmət edir,hətta böyrək funksiyasını bərpa etməyə imkan verir. Böyrəyin digər xəstəlikərində kliniki aşkarlığa baxmayaraq immunodepressiv terapiya xəstənin vəziyyətini və böyrək funksiyasını pisləşdirir.Kəskin böyrək çatışmazlığı zamanı kəskin nefretik və nefrotik sindromların olmasına əsasən,həmçinin böyrəklərdən xaric əlamətlərin aşkarlanmasına görə baş verir.Bu əlamətlər əsasən sistem vskulitləri və qırmızı qurd eşənəyi zamanı baş verir. Biopsiyaya qədər kəskin böyrək çatışmazlığı olan xəstələrdə onun genezi inkar olunmalıdır.Belə ki,biopsiya aşağıdakı xəstəliklər zamanı əks göstəriş sayılır: - apostematoz nefrit - böyrək arteriyasının trombozu - böyrək arteriyasının emboliyası - sidik turşusu blokadası - mieloma xəstəliyi - sistem klerodermiya - böyrək zədələnmələri Dərman mənşəli və qeyri-dərman mənşəli kəskin böyrək çatışmazlığının fərqinin öyrənilməsində biopsiyanın rolu böyükdür. Böyrək parenximasının xroniki diffuz xəstəliklərində biopsiyaya göstəriş kəskin nefretik və ya kəskin nefrotik sindromlar,həmçinin güclü sidik sindromu,arterial hipoertenziya,mötədil sidik sindromu,böyrək damarlarının patoloji dəyişiklikləri hesab olunur. Böyrək biopsiyası aşağıdakı xəstəliklər zamanı məqsədəuyğun sayılır: - sistem autoimmun xəstəliklər - qırmızı qurd eşənəyi - antifosfolipid sindrom - amilodioz - səbəbi məlum olmayan xroniki böyrək çatışmazlığı - kəskin böyrək çatmazlığı
2023-01-01 07:31:00
Böyrəklərin əksər xəstəliklərinin kəskin dövründə və ya onların kəskinləşməsi zamanı periferik qan göstəricilərinin,qanın biokimyəvi müayinəsinin nəticələrinin dəyişiklikləri aşkar edilir.Bu göstəricilərin dinamikada təhlil edilməsi nəinki,düzgün diaqnozun qoyulmasını təmin edir,həmçinin xəstəliyin ağırlıq dərəcəsinin,proqnozunu və aparılan müalicənin effektliyini qiymətləndirməyə imkan verir. Mötədil və ya aşkar təzahür edən leykositoz kəskin və ya yarımkəskin xroniki pielonefrit,kəskin və ya kəskinləşməmiş xroniki qlomerulonefrit,böyrəklərin sistem,yaxud revmatik xəstəliklər zamanı zədələnməsini göstərir.Amma qırmızı qurd eşənəyi üçün isə leykopeniya və ya leykositlərin normal sayı səciyyəvidir. Böyrəklərdə iltihabı prosesin olmasının və onun aktivlik dərəcəsinin göstəricisi EÇS-dir.O böyrəklərin birincili və həm də ikincili xəstəliklərində sürətlənir.Belə ki,böyrəklərin ikincili xəstəliklərində EÇS-in əhəmiyyətli dərəcədə artması əsas xəstəlik ilə əlaqədar olur.Nefrotik sindrom zamanı xəstəliyin növündən asılı olmayaraq EÇS-in miqdarı artır. Böyrəklərdə iltihabı proseslər olduqda qanın laborator testində C-reaktiv zülalın,sial turşuların,fibrinogenin,xolesterinin,ümumi zülal və onun fraksiyalarının təyini xəstəliyin kəskin fazası,yaxud onun kəskinləşməsi barədə məlumatlar verir.Bu test nefrotik sindromların təyin olunmasında və onun ağırlıq dərəcəsinin müayinə olunmasında mühüm rol oynayır. Xroniki böyrək çatışmazlığı zamanı və ya uzun müddət sidiqovucular qəbul etdikdə qanın müayinəsi vasitəsilə qandakı elektrolitlərin tərkibini,natriumun,kaliumun,kalsiumun,maqneziumun və xlorun kondentrasiyasına nəzarət etmək olur.Böyrək xəstəlikləri zamanı olnların tərkibi əhəmiyyətli dərəcədə dəyişir. Böyrək xəstəlikləri zamanı qanda azot qalığının,kreatinin,sidik cövhərinin,karbamidin miqdarının öyrənilməsinin mühüm əhəmiyyəti var. Yuxarıda adları çəkilən müayinələrin böyrək xəstəliyi zamanı öyrənilməsinin əhəmiyyəti böyükdür.Belə ki,qanda onların göstəriciləri xəstəliyi və omum ağırlıq dərəcəsini təyin etməkdə böyük əhəmiyyət kəsb edir ki,bu da müalicə zamanı çox yardımçı olur.
2023-01-01 07:21:00
Böyrək şişləri müxtəlif formokoloji struktura malik olub xoş və bədxassəli olmaqla iki yerə ayrılır.Böyrək şişləri arasında ən geniş yayılmışı böyrəyin heceyrəli xərçəngidir.Son illər USM və kompyuter tomoqrafiyası müayinə üsullarının tətbiqi ilə əlaqədar asimptomatik böyrək şişlərinin diaqnozunun qoyulması mümkün olduğu üçün şişlərin təsadüf olunan tezliyi 2 dəfədən çox artmışdır.Əhalinin 100000 nəfərindən 4 -ü böyrək xərçəngindən əziyyət çəkir. Böyrək xərçənginin etiologiyası tibbə məlum deyil. Böyrək xərçənginin simptomları çoxsaylı olduğuna görə ona terapevtik şiş də deyilir.Xəstəliyin əlamətləri aşağıdakılardır: - hematuriya - beldə ağrı - EÇS-in artması - anemiya - əllənən törəmə - hipertermiya - iştahanın azalması - arterial təzyiq - piuriya - arıqlama - dispepsiya - eritrositoz - miopatiyalar,artralgiyalar - hiperkaliemiya - Şiauffer sidromu - Varikosele Xəstəliyin simptomları renal və ekstrarenal olmaqla iki yerə ayrılır.Renal əlamətlər sırasına klassik triada - hematuriya,ağrı və qabırğaaltında əllənən törəmə aiddir.Bu triada xəstəliyin çox gec mərhələsində və həm də 8% hallarda aşkar edilir.Ağrı ilə hematuriya böyrəkdaşı xəstəliyində də olur.Amma bu zaman əvvəl ağrı,sonra hematuriya,şiş zamanı isə ağrısız hematuriya baş verir.Böyrəyin şiş xəstəliyində ağrısız hematuriya bir müddət baş verdikdən sonra dayanır. Qabırğa qövsündə əllənən törəmə xəstəliyin son mərhələlərində müşahidə olunur.Buma görə böyrək xərçəngini axtarmaq üçün mütləq USM və rentgenoloji müayinəyə müraciət etmək lazımdır.Böyrək şişi xəstələrində atrerial təzyiq venoz qan dövranının pozulması nəticəsində baş verir. İlk dəfə Ştauffer böyrək xərçəngi xəstələrində qanda qələvi fosfatazanın,sərbəst bilirubinin yüksəlməsi,protrombin vaxtının uzanması,disproteinemiya kimi qara ciyərin disfunksiya əlamıətlərini qeyd etdiyi üçün bu simptomlar kompleksi onun adı ilə adlandırılır. Böyrək şişi sadə kista,polikistoz,hidronefroz,nefroptoz,böyrək karbonkulu,pionefroz,peritonarxası sahə şişləri ilə differensasiya olunur.6-8% hallarda böyrək xərçəngi xoşxassəli olur.
2023-01-01 07:11:00
Şəkərli diabet zamanı böyrəklərin zədələnməsinin mexanizmi indiyə qədər tam öyrənilməmişdir.Belə ki,patogenez haqda olan hipotezlər müasir dövrdə diabetin başvermə mexanizmləri haqda olan təsəvvürlərə və generalizə olunmuş mikroangiopatiyaya əsaslanır. Ən çox yayılmış metobolik konsepsiyaya görə insulinin çatışmazlığından ilkin olaraq lipid,qlikoprotein,zülal və karbohidrat mübadiləsinin pozulması böyrəklərin damar divarlarının dəyişikliklərinə təkan verir.Bu zaman damarların bazal membranının zədələnməsi baş verir. Hiperqlıkemiyanın orqan və toxumalara zədələyici təsir mexanizmi əsas aşağıdakı proseslər ilə əlaqələndirilir.Zülal və lipiodlərin qeyri-fermentativ qlükozilləşməsi onların strukturu və funksiyasini dəyişir,qlükozanın poliol yol ilə mübadiləsi hədəf orqanların hüceyrələrində sorbitolun yığılmasına və onların ödeminə səbəb olur.Proteinkinaza fermentinin aktivləşməsi nəticəsində baş verən qlükozotoksiklik hüceyrələrin poliferasiyası və angiogenezinı səbəb olur. Hemodinamik konsepsiya da metobolik hipotez ilə sıx əlaqədar olub diabetik qlomerulosklerozu, böyrəkdaxili hemodinamikanın pozulması,yəni yumaqcıqdaxili hipertenziya,hiperfiltirasıyanın baş verməsi ilə əlaqədardır. İrsi nəzəriyyəyə görə diabetik nefropatiyanın baş verməsinin səbəbi müxtəlif genetik faktorlarla əlaqələndirilir.Xəstəliyin baş verməsinə aşağıdakı faktorlıarın olduğu müəyyənləşmişdir: - arterial təayiqə irsi meyillik - kationların transmembran daşınmasının genetik çatışmazlığı - angiotenzin çevirən fermentin sitezini tənzim edən genlərin polimorfizmi Diabetik nefropatiya zamanı böyrəklərdə baş verən morfoloji dəyişikliklər yaxşı öyrənimişdir.Əsas dəyişikliklər yumaqcıqlarda,böyrək arteriyaları və arteriolalarda baş verir.Bazal membranın qalınlaşmasından başqa böyrəklərdə 4 cür dəyişiklik baş verir: 1 düyünlü qlomeruloskleroz 2 diffuz formalı qlomeruloskleroz 3 "kapsul damcısı" 4 fibrinoid papaqcıqları Böyrəklərin arteriya və arteriollarında güclü zədələnmələr,arterioloskleroz və hialinoz diabetik nefropatiya üçün xarakterik sayılan morfoloji fəyişikliklərə aid edilir.
2023-01-01 07:01:00
Diabetik nefropatiya şəkərli diabet xəstəliyi zamanı böyrək zədələnmələrinin ümumi adıdır.Şəkərli diabet zamanı böyrəklərdə aşağıdakı xəstəliklər meydana çıxa bilir: - qlomeruloskleroz - ateresklerotiknefroangioskleroz - pielonefrit - papilyar nefroz - sidik yollarının infeksiyas - Kimmelstil - Vilson sindromu Diabet ağırlaşma verdikdə isə nefropatiya və retinopatiya birgə müşahidə edilir. Diabetik nefropatiya bəzi xəstələrdə proqnozu təyin etdiyinə görə mütəxəssislərin diqqətini cəlb edir.Çünki,birinci tip insulindən asılı şəkəli diabetin ağırlaşması 40% xəstələrdə təsadüf olunur.48% halda isə ölümə səbəb olur. İnsulindən asılı ikinci tip şəkərli diabet xəstələri 80% halda böyrək zədələnməsindən həyatını itirir.Hətta son illə xroniki böyrək çatışmazlığı ilə periton dializi və hemodializ alan xəstələr arasında diabetik nefropatiya xəstələrinin sayı sürətlə artmışdır. I tip şəkərli diabet xəstələrində 10 il müddətində diabetik nefropatiya inkişaf edir.20 ilə qədər 20-25%,30 ilə qədər 35-40%,40 ilə qədər xəstələr arasında 45% nefropatiya inkişaf edir. II tip şəkərli diabet xəstələrində 5 ilə qədər dövrdə 10% xəstələrdə,20-25 il müddətində 20-35%,xəstəliyin daha uzun müddətində 50-57% halda diabetik nefropatiya inkişaf edir. Şəkərli diabet zamanı böyrək zədələnmələrinin 5 mərhələsi qeyd edilir: 1 hipoerfuksiya - şəkərli diabetin debütü 2 böyrəklərin başlanğıc struktur dəyişiklikləri - 2 ildən çox 3 diabetik nefropatiyanın başlanğıcı - 5 ildən çox 4 diabetik nefropatiya - 10-15 ildən çox 5 yumaqcıqların sklerozu,total diffuz və ya düyünlü qlomeruloskleroz - 15-20 ildən çox Xəstəliyin ilk III mərhələsində şəkərli diabet xəstələrində arterial təzyiq,mikroalbimunuriya,xaratrerik sayılır.IV və V mərhələlərdə əlamətlərə proteinuriya əlavə olunur və böyrəklərin funksiyası get-gedə pisləşməyə başlayır.Bu mərhələdə pozulmuş karbohidrat mübadiləsinin əlamətləri də özünü göstərrməyə başlayır. Xəstəliyin sonuncu mərhələsi bir-neçə il davam etdikdən sonra diabet xəstələrində xroniki böyrək çatışmazlığı inkişaf etməyə başlayır.Bu mərhələdə xəstələrdə qlükozanın səviyyəsi qanda aşağı düşür,insulinə təlabat azalır,hətta bəzən heç insulinə ehtiyac olmur.
2023-01-01 06:05:00
Hemolitik anemiyalar etiologiya, patogenez, klinika və müalicəsi müxtəlif olan xəstəliklərin geniş bir qrupunu əhatə edir. Hemolizin artması bütün bu xəstəlikləri bir qrupda birləşdirən patoloji prosesdir. Hemoliz hüceyrədaxili və damardaxili ola bilir. Normada eritrositlərin yaşama müddəti 100-120 gün olur. Hemolitik anemiyalarda isə eritrositlər 12-14 gün yaşayır. Hemolitik anemiyalar zamanı aşağıdakılar baş verir: - Qanda sərbəst bilrubinin miqdarı artır ki, bu da dəri və selikli qişalarda müxtəlif dərəcədə ifadə edilmiş sarılıq ilə təzahür edir. - İzafi miqdarda yaranmış qeyri-düz bilirubin hepatositlərdə düz bilirubinə çevrilir və nəticədə öd intensiv rənglənir. Öd kisəsində və öd yollarında daş əmələ gəlməyə başlayır. - Bağırsaqlarda ödün çox olması ilə əlaqədar nəcisin rəngi dəyişir. - Sidikdə urobilinin miqdarı artır. - Periferik qanda ümumi eritrositlərin miqdarı artır, retikulositlər artır, həmçinin sümük iliyində eritroblast və normositlərin miqdarı artır. Hemolitik anemiyalar 2 qrupa bölünür: - anadangəlmə - qazanılmış Anadangəlmə anemiyalar genində eritrositlərin deffekti olan şəxslərdə, qazanılmış anemiyalar isə mexaniki təsirlərin təsirindən, hemolitik zəhərlərdən əmələ gəlir. Qazanılmış hemolitik anemiyaların əmələ gəlməsində bəzi xəstəliklərin də rolu vardır: - autoimmun xəstəliklər - paroksizmal gecə hemoqlobinuriya - eritrositlərin kimyəvi zədələnməsi - vitamin E çatışmazlığı - parazitlərin təsiri (malyariya) Hemolitik anemiya xəstəliyi Aralıq dənizi hövzəsində, Yaxın Şərqdə və Qafqazda daha çox yayılmışdır.
2023-01-01 05:02:00
Yaşından asılı olmayaraq bütün insanlar aktiv hərəkət tərzi keçirməlidirər. Hərəkətli olmaq əzələlərin fəaliyyərini aktivləşdirir, qanın sirkulyasiyasını normallaşdırır, ağciyərlərin işini asanlaşdırır. Daima fiziki işlə məşğul olan adamlar güclü hafizəyə, yaxşı yaddaşa sahib olurlar, onların immun sistmi sağlam olur. Azhərəkətlilik dünyanın inkişaf etmiş ölkələrində bir problemə çevrilib. Bu adda xəstəlik yoxdur, amma bütün həkimlər dünyada baş verən əksər xəstəliklərin meydana gəlməsində azhərəkətliliyi səbəb göstərirlər. Müasir dünyada texnologiyaların inkişafı, oturaq həyat tərzi, şəxsi avtomobildən istifadə insanların rahat həyat tərzinə meyilin artmasına səbəb olub. Bütün bunlar fiziki aktivliyin azalmasına - azhərəkətliliyə gətirib çlxarır. Azhərəkətliliyin əlamətləri aşağıdakılardır: * süstlük, yuxululuq * pis əhval-ruhiyyə * yorğunluq * iştahanın azalması * yuxunun pozulması * əmək qabiliyyətinin azalması. Yuxarıda sadalanan simptomlar istənilən adamda özünü göstərə bilər. Bu əlamətlər meydana çıxan kimi fiziki iş görmək və ya müxtəlif idman hərəkətləri ilə məşğul olmaq lazımdır. Fiziki fəallıq bədəndə əzələləri möhkəmləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, zülalların sintezini normaya salır. Azhərəkətlilik beynin fəaliyyətini süstləşdirərsə, baş ağrıları, emosiyaların aşağı düşməsi müşayiət olunur ki, bu zaman iştaha artır, qidadan doyma hissi olmur. Nəticədə insan çoxlu qida qəbul edir, maddələr mübadiləsi pozulur və piylənmə, atereskleroz baş verir. Uşaqlarda azhərəkətliliyə yol vermək olmaz. Uzun müddət parta, kompyuter arxasında oturmaq, televizora saatlarla baxmaq uşaqlarda azhərəkətliliyə səbəb olur. Bu da uşaqların gələcək sağlamlıqları üçün təhlükəlidir. Unutmayın fiziki aktivlik nə qədər çox olarsa bədən bir o qədər sağlam olar.
2023-01-01 04:01:00
Bu xəstəliyin tibbi adı hemolakriyadır. Xəstəlik dünyada baş verən nadir xəstəliklərdən biridir. Hemolakriyanın əsas əlaməti gözlərdən yaş yerinə qan gəlməsidir. Qanlı göz yaşının gəlməsi gün ərzində 1-20 dəfə baş verə bilir. Gözdən yaş yerinə qan gəlməsinin səbəbi müxtəlif növ şişlər, gözün bəzi xəstlikəri ola bilər deyə mütəxəssislər araşdırmalar aparırlar. Lakin tam sağlam adam da bu əlamətin ortaya çıxması onların fikirlərini qarışdırır. Xəstəlik ən çox yeniyetmə və cavan şəxslərdə özünü biruzə verir. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Qadınlarda qanlı göz yaşının gəlməsi, aybaşı vaxtına təsadüf etdiyinə görə mütəxəsisslər onu endometriozla əlaqələndirirlər. 1991-ci ildə 125 könüllü üzərində gizli araşdırmalar aparılmışdır. Araşdırmaların nəticələrinə görə 18% doğmaq qabiliyyəti olan qadınların, 7% hamilələrin və 8% kişilərin göz yaşında qan heceyrələrinə rast gəlınmişdir.
2023-01-01 03:22:00
2007-ci ildə Münhen konfransı Rusiya ilə Qərb arasında münasibətlərdə dönüş nöqtəsi oldu.
2023-01-01 03:01:00
Albinosluq. Bu xəstəliyin baş verməsində səbəb dəriyə rəng verən melanin piqmentinin olmamasıdır. Hətta piqment ( rəng maddəsi) az olan insanlarda da rast gəlinə bilir. Albinoslu xəstələrin dərisi incə və ağ rəngli olur, saçlarının rəngi açıq sarı yaxud ağ olur. Nadir hallarda belə insanlarda əqli inkişafın geriləməsi müşahidə oluna bilir. Daun sindromu. 21-ci xromosomun artıq olması - ikiləşməsi zamanı yaranan xəstəlikdir. Belə xəstələrdə özünəməxsus üz qurulişu müşahidə olunur. Digər insanlardan asanlıqla fərqləndirmək olur. Belə xəstələr adətən zehni inkişafdan qalırlar, qavrama qabiliyyəti aşağı olur, danışmaqda çətinlik çəkirlər. Daha çox gec yaşlarında uşaq dünyaya gətirdikdə daun sindromunun rastgəlmə tezliyi yüksək olur. Daun sindromlu xəstələr xüsusi məktəblərdə təlim keçərək müəyyən zehni səviyyəyə gətirilə bilir. Xəstələrin nitq və əzələ qüsurları müxtəlif müalicə üsulları ilə müəyyən səviyyəyə qədər aradan qaldırıla bilir. Hemofiliya. Qanın laxtalama sisteminin pozulmasıdır. Orqanizm qanın laxtalanmasını təmin edən bir sıra zülalları yarada bilmir və nəticədə yüngül xəsarət zamanı belə əmələ gəlmiş qanaxma zamanı, qanaxmanın qarşısını almaq qeyri-mümkün olur. Buna görə də hemofiliyalı xəstələrdə yaranan ən kiçik xəsarətdə belə həkimə müraciət etmək şərtdir. Oraq hüceyrəli anemiya. Bu xəstələrdə eritrositlərin quruluşu normadan bir qədər fərqlənir. Oraqhüceyrəli anemiyada eritrositlərin quruluşu orağı xatırladır. Bu forma eritrositlərin kifayət qədər iksigen daşımasının qarşısını alır. Bundan başqa anormal quruluş səbəbiylə eritrositlər bəzi damarların mənfəzini tutur, qan axımının qarşısını alır. Rəng korluğu (Daltonizm) Bəzi rəng tonlarının tam olaraq seçilməməsidir. Rəng korluğu olan xəstələr qırmızı, mavi, yaşıl rəngləri fərqləndirməyi bacarmırlar. Çox nadir hallarda bütün rəngləri görməyən, fərqləndirməyi bacarmayan, hər şeyi ağ-qara görən xəstələrə də rast gəlmək mümkündür.
2023-01-01 02:44:00
Dünyanın ən gözəl qızı model Kristina Pimenova yeni il ilə bağlı paylaşım edib.
2023-01-01 02:02:00
Orqanizmdə baş verən xəstəliklərin heç də hamısı infeksiyalar, bakteriyalar tərəfindən törənmir. Bəzi xəstəliklər vardır ki, onlar genetik xarakter daşıyır. Genetik xəstəliklər valideyinlərdən övladlarına genlər vasitəsilə ötürülən xəstəliklərdir. Bu xəstəliklər bir neçə qrupa bölünürlər: 1. Tək gen xəstəlikləri. Tək bir gendə meydana gələn patologiya səbəbli ortaya çıxan müalicəsi mümkün olmayan xəstəliklər qrupudur. Bu xəstəliklərə talasemiya, hemofiliya, bəzi metobolik xəstəliklər, ağqanlılıq, anadangəlmə karlıq kimi xəstəlik və xəstəliyin daşıyıcısı olmaq daxildir. 2. Xromosom xəstəlikləri Xromosom sayının normal olmaması səbəbindən əmələ gələn xəstəliklərdir. Bunlara Daun sindromu, 18-ci xromosomun trisomiyası və 13-cü xromosomun trisomiyası, uşaqlarda olan bəzi anormal xəstəliklər aiddir. 3. Multifaktorial xəstəliklər Bu xəstəliklər anadangəlmə və qazanılma ola bilir. Dovşandodaqlıq və qurdağızlıq anadangəlmə, diabet və şizofreniya isə müəyyən yaş dövründən sonra meydana çıxan genetik xəstəliklərdir. 4. Genetik somatik xəstəliklər Mutasiya səbəbindən meydana çıxan xəstəliklər. Bu xəstəliklər genin daşıyıcısının dünyaya gəldiyi ilk günlərdən özünü aşağıdakı çatışmazlıqlarla göstərir: - vitamin, mineral çatmazlığı - mikroblara qarşı həssasləq - bədənin quruluşunda anormallıq - daxili orqanlarda anormallıq.
2023-01-01 01:44:00
Son.az kulis.az-a istinadla aktrisa, Əməkdar artist Vəfa Zeynalova haqqında maraqlı faktları təqdim edir.
2023-01-01 01:22:00
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yeni il münasibətilə instaqram səhifəsində paylaşım edib.
2023-01-01 01:01:00
Proqeriya dünyanın ən nadir xəstəliklərindn biridir. Yer kürəsi əhalisinin 80 nəfərində bu xəstəlik qeydə alınıb. Xəstəlik sürətli qocalma əlamətləri ilə özünü göstərir. Proqeriya genetik xəstəlikdir, onun müalicəsi mümkün deyil. Bu genetik çatışmazlıqla dünyaya gələn uşaqlar sürətlə qocalır, 18-20 yaşlarında ölürlər. Bu yaşda onların orqanizmi 90 yaşlı insanın orqanizmi kimi qocalmış olur. Proqeriyalı uşaqlar xüsusi xarici görünüşə sahib olurlar. Onların boyu alçaq, saçları uzun, burunlarının ucu yumru olur. Çənələrində bir neçə tük olmağına baxmayaraq, saçları sürətlə uzanır, dəriləri qırış-qırış olur. Proqeriyalı uşaqlarda ən təhlükəli proses ürək-damar, sümük sisteminin də sürətlə qocalması sayılır. Proqeriyalı insanlar ateresklerozun ağır formasından ölürlər. Ümumdünya Səhiyyə Təşkilatının qeydiyatında 5 övladı proqeriyadan əziyyət çəkən ailə var. Həkimlərin şiş əleyhinə tətbiq etdiyi preparatlar, hormonal dərmanlar, boy hormonunun tətbiqi onların daxili və xarici görünüşündə heç bir dəyişiklik göstərmir.
2023-01-01 00:10:00
2022-ci il başa çatdı. Yola saldığımız il ölkəmizin inkişaf tarixinə daha bir uğur səhifəsi kimi yazıldı.
2023-01-01 00:05:00
Yeni ili Xankəndi-Laçın yolunda keçirən aksiya iştirakçıları Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətini izləyiblər.
2023-01-01 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-01-01 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2022-12-31 23:59:00
Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir.
2022-12-31 23:58:00
Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır.
2022-12-31 23:57:00
Azərbaycan böyük ekoloji fəlakətlə, urbisidlə üzləşib.
2022-12-31 23:56:00
Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil.
2022-12-31 23:55:00
Dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır.
2022-12-31 23:53:00
Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də.
2022-12-31 23:52:00
Dünyanın bir çox ölkələri Yeni ili fərqli şəkildə qarşılayır. Onlar müxtəlif adətlərlə yeni təqvim ilinə qədəm qoyurlar.
2022-12-31 23:51:00
Böyük Qayıdış Proqramı uğurla icra edilir.
2022-12-31 23:50:00
Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq.
2022-12-31 23:49:00
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi.
2022-12-31 23:47:00
Bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, əminəm, 2022-ci il də ölkəmiz üçün uğurlu olacaq. Belə də oldu. Qarşımızda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi.
2022-12-31 23:46:00
Mədə xəstəliklərinin və qanda şəkərin qəfil yüksəlməsinin qarşısını almaq üçün həmişə olduğu kimi Yeni il günü də az miqdarda, tez-tez yemək lazımdır.
2022-12-31 23:45:00
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət edib.
2022-12-31 23:39:00
Bir çox inanc sisteminə görə, Yeni ili necə qarşılasaq, bütün təqvim ili boyu o əhvalda olacayıq. Ona görə də xoş ab-havada olmaq olduqca əhəmiyyətlidir.
2022-12-31 23:32:00
Dövlət Sərhəd Xidməti (DSX) "Heydər Əliyev İli" münasibətilə videoçarx hazırayıb.
2022-12-31 23:25:00
Rusiya Prezidenti Vladimir Putin təqdim etdiyi Yeni il mesajında Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verib.
2022-12-31 23:19:00
Rusiyanın Kazan şəhərində Şaxta baba və Qar qız qəzaya düşüb.
2022-12-31 23:12:00
1918-ci il. Mayın ortaları. Yekaterinburqun mərkəzi küçəsi ilə axşamçağı bir kişi iti addımlarla irəliləyir. Yoldan keçən nadir insanlar ona tərəf baxmamağa çalışır. Şəhərdə gərgin vəziyyət hökm sürür, papağı alnına sürüşdürən kişinin isə hərbi vəzifəli şəxs olduğu hiss olunur. Gənc pəri yad insanın diqqətini cəlb etməyə çalışır, lakin yaraşıqlı şərqli kişinin gözlərindəki odu görəndə dərhal geri çəkilir. O, heç vaxt Uralda belə insanlara rast gəlməmişdi. Bəs Uralın qırmızı paytaxtına cənublunu gətirən nə idi? Həm də belə bir dönüş anında - şəhər mühasirədə olanda.
2022-12-31 23:05:00
Azərbaycanla 12 birgə təlim keçirərək hərbi imkanlarımızı nəzərdən keçirdik.
2022-12-31 22:58:00
BMT Təhlükəsizlik Şurasının Laçın yolu ilə bağlı bəyanatı bəzi Telegram kanallarının müəlliflərinin iddia etməyə çalışdığı kimi Rusiyanın mövqeyinə görə deyil, onu hazırlayan Fransanın çirkli hərəkətləri ucbatından qəbul edilməyib.
2022-12-31 22:44:00
Quba rayonunda avtoqəza nəticəsində 200 abonent qazsız qalıb.
2022-12-31 22:38:00
24 iyul 2015-ci il tarixindən indiyədək Türkiyədə, eləcə də İraqın şimalında və Suriyada 37 312, 2022-ci ilin əvvəlindən isə 4 009 terrorçu zərərsizləşdirilib.
2022-12-31 22:31:00
Laçın yolunda aksiya iştirakçıları üçün konsert təşkil olunub
2022-12-31 22:17:00
Adətən Yeni il süfrəsi olduqca rəngarəng təamlarla zəngin olur. Masa ətrafında oturanlar isə həmin dadlarla tanış olmaq istəyirlər. Lakin bəzən qidaların çoxluğu və qarışdırılması sağlamlıq baxımından heç də yaxşı nətiəcələrə gətirmir.
2022-12-31 22:10:00
Yevlax rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
2022-12-31 22:03:00
1979-cu ildə Çin qanun qəbul etdi ki, bir ailə ancaq bir uşaq dünyaya gətirə bilər. 2015-ci ildə bu demoqrafik tədbir ləğv edildi, amma bunun insanlar üçün mənfi nəticələri oldu. "Bir ailə, bir uşaq" qanunu çinlilərin valideynlik öhdəliyində dərin iz qoyub. Əlbəttə ki, bundan ilk növbədə valideynlər və uşaqlar təsirləndi.