Xəbərlərin siyahısı
2024-01-09 21:21:00
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ABŞ-nin "Alaska Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin uçuş zamanı illuminatoru və böyük bir hissəsi qopub. Hadisə zamanı Portlenddən Ontarioya uçan bu təyyarənin göyərtəsində 177 sərnişin olub. İnsident zamanı xəsarət alan olmasa da, güclü küləyin təsirindən sərnişinlərdən birinin telefonu təyyarədən düşüb.
2024-01-09 20:55:00
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Türkmənistana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azaldaraq 150,4 milyon dollara çatdırıb.
2024-01-09 20:50:00
Türkiyənin Hatay vilayətində Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi 'Ördəklər' cinayət təşkilatının liderini yaxalayıb.
2024-01-09 20:46:00
Paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsi 42 və Bakıxanov qəsəbəsi Sakit Qocayev 25, 25a, 25b, 27 və 27c ünvanlarında 4600-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq, sakinlərin istifadəsinə verilib.
2024-01-09 20:44:00
"Evin içində beş addım atıram, boğuluram"
2024-01-09 20:27:00
Bakıda 4 yaşlı uşaq 53 ədəd maqnit oyuncaq udub.
2024-01-09 20:20:00
ABŞ dövlət katibi Antoni Blinkenin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünün təfərrüatları məlum olub.
2024-01-09 20:14:00
Banqladeşdə minlərlə insan seçkilərin nəticəsi ilə razılaşmayaraq, paytaxt Dəkkədə etiraz aksiyası keçirib.
2024-01-09 20:11:00
İmişli şəhər icra nümayəndəsinin müavini Elvin Heydər oğlu Babayev həbs edilib.
2024-01-09 19:58:00
"25 ildir "Taleyim" mahnısının çörəyini yeyirəm".
2024-01-09 19:53:00
Ermənistan Müdafiə Nazirliyinin Basarkeçərdəki N saylı hərbi hissəsinin döyüş mövqeyində güllələnən zabit Karen Araikoviç Karapetyan Araqatsotn rayonunun Əştərək (Voskevaz) icmasından olub.
2024-01-09 19:29:00
Rusiyanın Müdafiə Nazirliyi Ukrayna ordusunun yeni PUA hücumunun qarşısının alınması barədə məlumat yayıb.
2024-01-09 19:25:00
İranın Fərdis şəhərində kosmetika istehsal edilən müəssisədə güclü partlayışın baş verməsi nəticəsində 20-dən çox insan xəsarət alıb.
2024-01-09 19:21:00
"Qızılça xəstəliyi keçirən insan ikinci dəfə bu xəstəliyi keçirmir. Qızılça ölkəmizə xaricdən gəlib. Bilirsiniz ki, son aylar bu xəstəlikdən dünyasını dəyişənlərin də sayında artım var. Məktəblilər arasında yayılan qızılçaya qarşı valideynlər diqqətli olmalıdırlar. Təbii vasitələrdən istifadə etmək lazımdır. Hər xəstəliyə qarşı iynədən istifadə etmək olmaz. Tövsiyyəm odur ki, qızılçaya yoluxmuş uşaqlara kişmiş yedirtsinlər, bal və digər şirin ərzaqlardan istifadə olunsun, bir də bu xəstəlikdən əziyyət çəkənlər özlərini qətiyyən soyuğa verməsinlər. Bəzi insanlar qızılçanı ayaqüstü keçirir. Bu da onların immunitetlərinin yüksək olması ilə bağlıdır. Qızılçaya yoluxan uşağı çimizdirmək olmaz" Son.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra ölkədə qripin ağır növünün yayıldığını bildirib. "Boğazı daima qarqara etmək, sarımsaq yemək lazımdır. Əgər öskürək çoxdursa aparat vasitəsilə müxtəlif bitkilərlə, ən əsası çobanyastığı ilə inqalasiya etmək lazımdır. Türk dərmanlarından istifadə etsinlər. Xəstəliklər küləklə, torpaqla sovrulur və sonra yayılır. Qar yağsa bütün infeksion xəstəliklər yox olar. Həddindən artıq soyuqa qrip də tab gətirmir, məhv olur. Mən özüm də pis xəstələnmişdim, qripləmişdim. Çox ağır keçirirdim. Çox xəstəliklər yayıla bilər, amma öncədən proqnoz vermək olmur" deyə Rəşid Mahmudov deyib.
2024-01-09 19:19:00
Sosial şəbəkələrdə "Abroad" MMC-nin rəhbəri və "Greencard Azerbaijan" şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev barəsində çoxsaylı şikayətlər yayılır.
2024-01-09 18:55:00
Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcək.
2024-01-09 18:50:00
Tanınmış aparıcı İradə İsak sosial şəbəkə hesabından paylaşımı ilə Elgiz Əkbərə dəstək olub.
2024-01-09 18:48:00
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək və Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edəcək.
2024-01-09 18:43:00
"Möhtəşəm Yüzyıl" serialında Hürrəm Sultan obrazını canlandıran türkiyəli aktrisa Meryem Üzərli qızı Lilinin üçüncü ad gününü rus cizgi filmi "Maşa və Ayı" üslubunda qeyd edib.
2024-01-09 18:26:00
İsrail-Fələstin münaqişəsinin bu həddə gəlib çatmasında Qərb dövlətləri məsuliyyət daşıyır.
2024-01-09 18:23:00
Əməkdar artist Aybəniz Haşimovanın bloger qızı Aynişan Quliyeva onu tənqid edənlərə cavab verib.
2024-01-09 18:20:00
Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan ANKA-3 pilotsuz döyüş təyyarəsi bu il ərzində Türkiyə Ordusunun inventarına daxil ediləcək.
2024-01-09 18:15:00
Novxanı-Sumqayıt yolunda "Range Rover"lə qəza törədərək dörd nəfərin ölümünə səbəb olan "Əlincə" futbol klubunun prezidenti Elşad Kəlbəliyevlə bağlı qərardan verilmiş kassasiya protestinə baxılıb.
2024-01-09 18:08:00
Erməni lobbisi himayədarlarından pul qoparmaq üçün yeni şouya hazırlaşır. Yanvarın 27-28-də Avropanın 14 ölkəsində erməni lobbisi aksiyalar keçirmək niyyətindədir. Aksiyalarda Azərbaycan torpaqlarında terror törətmək və separatçı çağırışlar etməkdə ittiham olunaraq həbs edilən şəxslərin azad olunması tələbi ilə yanaşı, keçmiş separatçı rejimlə bağlı şüarlar da səslənəcək. "Aksiyalar" ermənilərin sıx yaşadığı ölkələrin 50-ə yaxın şəhərində keçiriləcək. Qeyd edək ki, 2023-cü ilin payızında antiterror əməliyyatlarındansonra Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar separatçı rejimin keçmiş rəhbərlərini və nümayəndələrini, xüsusilə Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, David İşxanyan, David Manukyan, Levon Mnatsakanyan, David Babayanı həbs edib. Hazırda bu şəxslər barələrində məhkəmə prosesinin keçiriləcəyi günü gözləyirlər.
2024-01-09 17:53:00
Müğənni Səidə Sultan Atv-də yayımlanan "Rəngarəng" verilişində verdiyi açıqlama ilə sevənlərini duyğulandırıb.
2024-01-09 17:51:00
Xarici İşlər Nazirliyi növbədənkənar Prezdent seçkilərində xaricdə yaşayan seçicilərin siyahısını artıq Mərkəzi Seçki Komissiyasına təqdim edib.
2024-01-09 17:45:00
Ermənistanın Baş naziri Nikol Paşinyan "yazıq adam" imicindən sui-istifadə edərkən, Türkiyə və Azərbaycan öz məqsədlərinə, yəni ölkəmizin "suverenliyinin məhvinə" doğru sistemli şəkildə irəliləməkdə davam edirlər.
2024-01-09 17:43:00
Bu günə qədər növbədənkənar Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
2024-01-09 17:37:00
Əməkdar artist, rejissor Sərvər Əliyevin səhhəti pisləşib.
2024-01-09 17:35:00
Bakıda 14 yaşlı qızın intiharı ilə bağlı bəzi detallar məlum olub.
2024-01-09 17:33:00
"Ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədilə müvafiq seçki dairələrinin siyahısı təsdiqlənib".
2024-01-09 17:30:00
Respublika Perinatal Mərkəzdə çıxan yanğın zamanı tüstüdən zəhərlənən 3 nəfər evə buraxılıb.
2024-01-09 17:27:00
Amerikalı müğənni Mayli Sayrusun kiçik bacısı Noah Sayrus böyük bacısına "kölgədə qoyub".
2024-01-09 17:20:00
"Əhali gözlədiyi qarı yaxın günlərdə Bakıda görəcək. Yaxın günlərdə Bakıya qar yağacaq".
2024-01-09 17:14:00
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovda xərçəng xəstəliyi aşkarlanıb və bu yaxınlarda əməliyyat olunub.
2024-01-09 16:28:00
Azərbaycanın Parisdəki səfiri Leyla Abdullayeva casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Martin Ryanın həbs edildiyini təsdiq edib.
2024-01-09 16:20:00
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası "Xalqın mədəni sərvəti" layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun əsərlərindən ibarət "Musiqi paradı" keçirilir. İlk dəfə keçirilən layihənin birinci Fikrət Əmirov adına 1 nömrəli UMM, Telman Hacıyev adına 2 nömrəli UMM vəGəncə şəhər Uşaq İncəsənət Məktəbinin şagirdləri Fikrət Əmirovun əsərlərini ifa ediblər.
2024-01-09 15:53:00
"Sabina Perfumery&Cosmetics" şirkəti ləğv olunub.
2024-01-09 15:29:00
"Casusluq əməlləri törətməkdə şübhəli bilinən Martin Ryan dekabrın 4-ü saxlanılıb".
2024-01-09 15:26:00
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, FAO indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb. Dekabr ayında dünyadakı ərzaq qiymətlərinin indeksi əvvəlki ayla müqayisədə 1,5 faiz azalıb, şəkərin qlobal qiymətlərində kəskin azalma baş verib.
2024-01-09 15:22:00
"Atasığorta" ASC-nin İdarə Heyətinin sədri Xətai İsmayılov işdən çıxıb.
2024-01-09 15:15:00
Daim qalmaqallı açıqlamaları ilə gündəmi zəbt edən müğənni Tuğba Ekinci yenə diqqət çəkən ifadələr işlədib.
2024-01-09 14:57:00
200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva barəsinə həbsli axtarış qərarı çıxarılıb.
2024-01-09 14:51:00
Mərhum əməkdar artist Aygün Bəylərin prodüseri Sultan Mustafayev müğənninin ölümündən sonra paylaşım edən Aynişan Quliyeva ilə bağlı sərt danışıb.
2024-01-09 14:39:00
Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən "Vətəndaşın büdcə bələdçisi" hazırlanaraq Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.
2024-01-09 14:32:00
Rusiya ordusu aktiv döyüş əməliyyatlarının bütün istiqamətlərində ləng hücumunu davam etdirir. Amma çox yavaş. Ukrayna ordusu hər yerdə müdafiəyə keçib. Kiyevin əks-hücum əməliyyatı nəinki faktiki olaraq dayandı, hətta rəsmi olaraq ləğv edildi.
2024-01-09 14:18:00
ARB-də bu gün efirə gedən "Elgizlə izlə" verlişində qalmaqal baş verib.
2024-01-09 14:15:00
Respublika Perinatal Mərkəzdən Yeni Klinikaya 5 hamilə, 9 zahı və 16 yenidoğulmuş təxliyə edilib.
2024-01-09 14:14:00
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Ankara bələdiyyə başçısı namizədini 15 yanvar tarixində açıqlayacaq.