Xəbərlərin siyahısı
2023-09-01 17:02:00
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib.
2023-09-01 16:26:00
Goranboy rayonunda intihar hadisəsi baş verib.
2023-09-01 16:25:00
Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı məhv edilən hərbçilərinin adını açıqlayıb.
2023-09-01 16:15:00
Fransada pələng ağcaqanadları ilə bağlı həyəcan siqnalı verilib. Məlumata görə, "denge", "çikunqunya" və "zika" viruslarını daşıya bilən bu həşəratlar xüsusən ölkə paytaxtında yayılıb.
2023-09-01 15:53:00
Türkiyənin tanınmış aktyoru Caner Cindoruk rol aldığı serialda qızını canlandıran gənc aktrisa Mina Koyuncularla sevgilidir.
2023-09-01 15:20:00
Masallı rayonunda 1986-cı il təvəllüdlü Məmməd qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Vəfaya (adlar şərti verilib - red.) xəsarət yetirib.
2023-09-01 15:10:00
Rüşvət müqabilində gömrük sərhədindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər ifşa edilib.
2023-09-01 15:08:00
Xəbər verdiyimiz kimi, plastik əməliyyatlar nəticəsində ağır fəsadlarla qarşılaşan azərbaycanlı model və bloger Leyla Mirzəliyeva ötən gün əməliyyat olunub.
2023-09-01 15:02:00
Ötən gün Qarabağdakı erməni separatçıların rəhbəri Araik Arutyunyan "istefa" verib. "Qarabağlı ermənilərin taleyi həll olunacaq" kimi ənənəvi çıxışları ilə yadda qalan Araik bu barədə özünün "Facebook" hesabında məlumat verib. O, özü ilə bərabər Qurqen Nersisyanı da istefaya göndərib. Arutyunyan bu yekun qərarı iki gün əvvəl verdiyini qeyd edib. Onu qondarma "Təhlükəsizlik Şurasının katibi" Samvel Şahramanyan əvəzləyəcək.
2023-09-01 14:56:00
Sentyabrın 1-də səhər saatlarında Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1970-ci il təvəllüdlü şəxsin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
2023-09-01 14:48:00
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam edir.
2023-09-01 14:44:00
Qarabağdakı erməni separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yükünün Xankəndinə çatdırılmasını əngəlləmək üçün Ağdam-Xankəndi yolu üzərində, Əsgəran yaxınlığında etiraz aksiyası keçirirlər.
2023-09-01 14:36:00
Azərbaycan Ordusunun bölmələrinin guya erməni mülki əhaliyə təhlükə yaratması barədə Ermənistan tərəfinin yaydığı məlumatın heç bir əsası yoxdur.
2023-09-01 14:33:00
Ermənistan ordusu 2023-cü il sentyabr 1-də səhər saatlarından etibarən Göyçə mahalının Zod kəndi istiqamətindən Azərbaycan ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutması nəticəsində 4 nəfər azərbaycanlı hərbi qulluqçu yaralanıb. Qərbi Azərbaycan İcması Ermənistanın bu təxribatını şiddətlə qınayır və Ermənistan hökumətindən öz bəd əməllərini dərhal dayandırmağı tələb edir.
2023-09-01 14:32:00
Daha bir ölkədə TikTok-a qadağa qoyuldu. Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə TikTok-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verib. Qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib. Uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən "TikTok" sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artdığı üçün ölkə platformaya qadağa qoymaq qərarına gəlib. Bu sosial şəbəkədə qeyri-qanuni əməllər - narkotik və pornoqrafiya təbliğ olunduğu üçün artıq bir sıra ölkələrdə qadağan olunur. TikTok sosial media formasına ayrı-ayrı vaxtlarda Seneqalda, Somalidə, Hindistanda, ABŞ-da və Ermənistanda da məhdudiyyət qoyulub. Qeyd edilən ölkələr gənclərin həyatına mənfi təsir göstərən sosial media platformasının bağlanmasını vacib hesab edirblər. Böyük Britaniyada isə bu platformadan istifadəyə yalnız Xüsusi Təyinatlı Qüvvələri hərbçilərinə qadağa qoyulub. Qadağanın təhlükəsizlik məsələləri ilə bağlı olduğu deyilir. Belə ki, TikTok-dakı məlumatların Çin və Rusiya kimi ölkələrə ötürülə biləcəyi ehtimal edilir. Yeri gəlmişkən, ABŞ-da da TikTok-un fəaliyyətinə qadağa qoyulması təhlükəsizlik məsələləri ilə əlaqələndirilir. Belə ki, ABŞ Senatı TikToku yasaqlayan qanun layihəsini təsdiqləyib. Yeni qəbul olunan qanuna görə, dövlət orqanlarında, büdcə təşkilatlarında çalışan amerikalılara TikTok tətbiqini yükləmək və özlərinə məxsus telefonda ondan istifadə etmək qadağandır. ABŞ Senatı hesab edir ki, TikTok platforması ona abunə olan şəxslərə aid bütün bilgiləri və digər məlumatları əldə etmək imkanına malikdir. Bu məlumatlar isə Çin kəşfiyyatına ötürülür. Bu da Amerikanın milli təhlükəsizliyinə təhdid təşkil edir. Bu səbəbdən də dövlət qurumlarında çalışan amerikalılar öz cihazlarına TikTok endirə bilməzlər. Azərbaycanda isə əksinə TikTok sosial şəbəkəsi ən çox istifadə edilən platformalardan biridir. Sosial platforma həmçinin bir çoxları üçün qazanc mənbəyinə çevrilib. Xüsusən gənclər, bu platformada özlərini ifadə edir, şöhrət və pul qazanırlar. Xatırladaq ki, bir müddət öncə zərərli təsirlərini nəzərə alaraq, Azərbaycan dövləti TikTokun yayımını ölkəmizdə məhdudlaşdırmışdı. Amma bu, müvəqqəti xarakter daşıdı və platformanın fəaliyyətinə yenidən imkan verildi. Ekspertlərin fikrincə, Azərbaycanda bu platformadan əxlaqsız, qeyri-qanuni və qeyri-münasib məzmunda istifadə edilir ki, bu da yeniyetmə və gənclərin həyatına mənfi təsir göstərir. Hətta ailə institutu sıradan çıxır. TikTok həm də gənc ailələr arasında boşanma tendensiyasının güclənməsində rol oynayır. Üstəlik Azərbaycanda bir çoxları tərəfindən "bayağı videoların paylaşıldığı məkan" kimi tanınan bu platforma bir sıra insidentlərlə də yadda qalıb. Bu sosial şəbəkədən daha çox gənclər və uşaqlar istifadə etdiyi üçün gələcəyimiz təhlükə altındadır.
2023-09-01 14:27:00
30 və 31 avqust tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri 28 avqustda saxlanılan 3 nəfərə baş çəkib.
2023-09-01 14:20:00
Rusiyada yıxılaraq xəsarət alan kişi Sumqayıtda ölüb.
2023-09-01 14:20:00
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları, paytaxt qəsəbələrinin icra nümayəndələri və şəhərintəsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Bakıətrafı qəsəbələrində sanitar-təmizlik, qanunsuz tikintilər, küçə və yol kənarlarındakıobyektlərin qarşısında abadlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
2023-09-01 14:07:00
Ötən gün Xalq artisti Tamilla Ağamirovanın anım günü olub.
2023-09-01 13:43:00
Amerikalı rep ifaçısı "50 Cent" Los-Ancelesdəki konserti zamanı xarab mikrofonu tamaşaçılara atıb.
2023-09-01 13:32:00
Rusiya İstintaq Komitəsi 2004-cü ildə Beslanda məktəbi ələ keçirən naməlum 5 silahlıdan birinin kimliyini müəyyən edib.
2023-09-01 13:21:00
"WhatsApp" yeni e-poçt doğrulama funksiyasını test edir.
2023-09-01 13:10:00
Bu il Azərbaycana gələn ümumi turistlərin sayı 37 faiz artıb, xüsusilə Avropa ölkələrindən gələnlərin sayında artım müşahidə olunub. Ancaq ərəb ölkələrindən gələnlərin sayında azalma qeydə alınıb. Bu azalmanın səbəbi daha çox ərəblərin müxtəlif turizm destinasiyalarına getməsidir.
2023-09-01 13:07:00
Qonorarların yığılmasından işbazlar, qeyri peşəkarlar sui-istifadə edirlər.
2023-09-01 13:00:00
"Qazprom Mejregionqaz Moskva" şirkəti rusiyalı məşhur müğənni Alla Puqaçovaya qarşı iddia ərizəsini geri götürüb.
2023-09-01 12:53:00
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur.
2023-09-01 12:49:00
Ukrayna sentyabrın ortalarında Amerikanın 10 "Abrams" tankını alacaq.
2023-09-01 12:38:00
ABŞ-ın Florida ştatında gənc ailənin başına dəhşətli hadisə gəlib.
2023-09-01 12:33:00
Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.
2023-09-01 12:31:00
Bu gün - 1 sentyabr Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) 28 yaşını qeyd edir.
2023-09-01 12:30:00
Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir.
2023-09-01 12:28:00
Azərbaycanda Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilir.
2023-09-01 12:21:00
"ABB-yə özəl investisiyaların cəlb edilməsi son illər Bankda gedən inkişaf proseslərini daha da sürətləndirəcək".
2023-09-01 12:16:00
İndiki şəraitdə Qarabağın beynəlxalq səviyyədə tanınmasından danışmaq ya özünü aldatmaqdır, ya da yeni bir nəzəriyyə irəli sürüm - "ictimai aldatma"dır".
2023-09-01 12:06:00
Sentyabrın 1-i səhər saatlarından başlayan gərginlik davam edir.
2023-09-01 12:05:00
Sloveniyanın müasir tarixindəki ən böyük daşqının vurduğu ziyan 4,7 milyard avro təşkil edir.
2023-09-01 11:54:00
Artıq dörd gündür Ağdam-Xankəndi yolundayıq, danışıqlar davam edir.
2023-09-01 11:43:00
Xalq artisti Aygün Kazımova yeni mahnısını dinləyicilərinin ixtiyarına verib.
2023-09-01 11:34:00
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan İlqar Akif oğlu Mahmudov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
2023-09-01 11:32:00
Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş verən toqquşmada iki əsgərinin öldüyünü təsdiqləyib.
2023-09-01 11:28:00
28 Avqust tarixində Avropa Azərbyacan Məktəbi 2023-2024-cü tədris ilinə start verdi.
2023-09-01 11:24:00
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Özbəkistanı Milli Günü münasibətilə təbrik edib.
2023-09-01 11:23:00
Dövlət İmtahan Mərkəzi bu ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verən 582 şagird üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək.
2023-09-01 11:21:00
Türkiyənin Mersin şəhərində İŞİD terror qruplaşmasının rəhbərlərindən biri saxlanılıb.
2023-09-01 11:15:00
Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Slovakiya arasında əlaqələrin dinamikası məmnunluq doğurur. Ölkələrimizin fəal dialoqu bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinə şərait yaradıb.
2023-09-01 11:11:00
Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir. Belə möhkəm təməllər əsasında qurulmuş ikitərəfli münasibətlərimizin və strateji tərəfdaşlığımızın ildən-ilə yüksələn xətlə inkişaf etməsi və konkret məzmunla zənginləşməsi bizi sevindirir.
2023-09-01 11:10:00
Türkiyəli məşhur müğənni Emel Sayın əməliyyat olunub.
2023-09-01 11:08:00
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Prezidenti Zuzana Çaputovaya təbrik məktubu göndərib.
2023-09-01 11:05:00
Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.