Xəbərlərin siyahısı

Kreml İrana mane olacaq Paşinyanın cəhdləri boşa çıxır:

2023-02-02 11:19:00

"Ermənistan yeni düzənin qeyri-müəyyən formatlarının ümidsiz gözləntisi içindədir. Dünyəviləşmiş, özünü inkişaf etdirən, sadəcə yeni-yeni əməkdaşlıqları özü axtaran deyil, Azərbaycanı bu əməkdaşlıqlara məhz müttəfiqlərinin və yeni ayrı-ayrı aktorların özlərinin cəlb və sövq etdiyi, onların sayının yüksələn xətt üzrə artdığı bir zamanda separatizm, terror kimi qeyri-leqal məfhumlarla adı assosiasiya olunan bir dövlətin rədd edilməsi natural bir hal olaraq özlüyündən doğur. Onu da deyim ki, mövcud amil regional aktor olaraq sadəcə Ermənistana aid deyil". 

Əvvəl qapımda yatırdı dedi, sonra üzr istədi

2023-02-02 11:16:00

Türkiyəli şoumen Mehmet Ali Ərbil sosial şəbəkədə aparıcı Çağla Şikəllə bağlı paylaşım edib.

Şəmkirdə 2000 manata “Kalaşnikov” satan şəxs saxlanıldı VİDEO

2023-02-02 11:05:00

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomat və onun komplekt hissələrini 2000 manata satmaq istəyən, rayon sakini, əvvəllər məhkum olunmuş Şirxan Aslanov saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 1 ədəd atəşə yaralı "Kalaşnikov" avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 16 ədəd 7.62 mm-lik patron aşkar edilib. Baxış zamanı saxlanılan şəxsin üzərindən narkotik maddə olan "heroin" də müəyyən olunaraq götürülüb.

Ötən ay Kəlbəcər, Laçın və Daşkəsəndə 3600 kmdək yol qardan təmizlənib

2023-02-02 11:00:00

Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Vardanyan Moskvaya üsyan etdi:

2023-02-02 10:57:00

Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Kanadanın "The Hill Times" nəşrinin müxbiri ilə söhbətində Laçın dəhlizində azərbaycanlı ekofəalların keçirdikləri etiraz aksiyasına toxunub. Qondarma qurumda "nazir" vəzifəsini tutan Vardanyan müsahibəsində Kanada və beynəlxalq ictimaiyyəti Laçın dəhlizinin açılması üçün Bakıya təzyiq göstərmək kimi cəfəng fikirlər səsləndirib.

İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

2023-02-02 10:56:00

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edib.

Əməkdar artistin oğlunun ağzına 20 tikiş qoyuldu

2023-02-02 10:54:00

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingizin səhhətində problemlər yaranıb.  Bu haqda sənətçi özü sosial şəbəkə hesabında məlumat yayıb.  İbrahim üzünün şişkin olduğu selfisini paylaşaraq bu sözləri yazıb: "Babat şişib. Bütün işlər qaldı. 20 tikiş qoyulub".

Birbank sahibləri yanvar ayında 3,8 milyon manat keşbek əldə ediblər

2023-02-02 10:42:00

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback kartı istifadəçiləri yanvar ayında bonuslardan ortalama 55 manat pul qazanıblar.

TamGənc kartını ABBdən pulsuz əldə et!

2023-02-02 10:41:00

ABB TamGənc kartı sahibi olmaqistəyən gənclər üçün gözəl fürsət yaradıb. Bankın elan etdiyi kampaniya çərçivəsində 15 fevrala qədər TamGənc kartını onlayn sifarişlər zamanı pulsuz almaq olar.

“İndi məni cəlb edəcək deputat yoxdur”

2023-02-02 10:40:00

Son günlər "Ooooo" mahnısı ilə gündəmdən düşməyən müğənni Səidə Sultanın növbəti açıqlaması diqqət çəkib.

Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI: Sevgilisinin əlayağını bağlayıb, qızını zorladı

2023-02-02 10:39:00

Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barədə bəzi detallar məlum olub. 

Azərbaycan bu İran vətəndaşını beynəlxalq axtarışa verdi

2023-02-02 10:27:00

Azərbaycanda narkotik qaçaqmalçılığında təqsirləndirilən İran vətəndaşı beynəlxalq axtarışa verilib.

“Yaxası bir az boş oldu”

2023-02-02 10:24:00

Müğənni Xatirə İslam ad günündə müzakirələrə səbəb olan dekolteli libasından danışıb.

Sülhməramsızların Laçın alveri Hamının və hər şeyin

2023-02-02 10:20:00

Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin (RSK) komandanlığının alverə qurşanması ilə bağlı dəfələrlə yazmışıq.

Tehran Bələdiyyəsinə hakim kəsilmiş mafiya azyaşlıları işlədir

2023-02-02 10:17:00

Tehran Bələdiyyəsinə hakim kəsilmiş mafiya 15 yaşdan kiçik uşaqları işlədir.

Məşhur meyxanaçı Rusiyaya uçan təyyarədə HƏYƏCANLI ANLAR YAŞATDI

2023-02-02 09:57:00

"Mən təyyarədən qorxan adamam, minmirəm ki".

Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb

2023-02-02 09:27:00

Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü ilin yanvar ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilmişdir.

Yanacaq daşıyan maşınlar Xankəndidən Laçın istiqamətinə maneəsiz keçiblər FOTO

2023-02-02 09:24:00

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 6 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Qanqren

2023-02-02 08:59:00

Qanqren (yun. gangraina) - toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi (nekrozu). Toxumalara oksigen ya heç çatmadıqda, ya da cüzi miqdarda çatdıqda başlayır. Adətən ürəkdən çox aralı nahiyələrdə, məsələn, barmaqlarda, yaxud infarkt zamanı ürək əzələsində, ya da ağciyərdə olur. Qan damarlarığın trombozu, ateroskleroz, endarteriit və s. xəstəliklər, habelə mexaniki (travma), fiziki (yanıq, donma), kimyəvi (qatı turşu və qələvilərin təsirindən), şüa və s. amillərin təsiri nəticəsində baş verir.

Ukraynanın şərqində şiddətli döyüşlər gedir

2023-02-02 08:58:00

Ukraynanın şərqində şiddətli döyüşlər davam edir. Düşmən Liman istiqamətində hücum coğrafiyasını genişləndirməyə çalışır və Ukrayna müdafiəsini yarmaq üçün güclü cəhdlər edir.

Donbas uğrunda şiddətli döyüşlər

2023-02-02 08:57:00

Rusiyanın hücum əməliyyatında və Donbas uğrunda ağır döyüşlərin pik nöqtə mart ayında baş verə bilər, o zaman Rusiya əsas qüvvələrini oraya köçürəcək, texnika və silahlar gətirəcək.

Bronxoostruktiv sindrom

2023-02-02 08:55:00

Bronxoostruktiv sindrom bronx keçiriciliyinin pozulmasıdır. Xronik obstruktiv bronxitdə obstruksiya geridönən və davamlı komponentə malik olur. Geridönən komponent bronxların saya əzələlərinin yığılması, bronxial vəzlərin hipersekresiyası və bronxların selikli qişasının ödemi ilə şərtlənir. Xəstəlik zamanı bronxial vəzlərin destruksiyası, peribronxial fibroz, bronxiolların formasının dəyişməsi ilə özünü göstərir. Tənəffüs yollarının mexaniki xassələrinin pozulması onların nəfəsvermədə yaprıxmasına səbəb olur. Bu sindromun qayıtma əlaqəsi prinsipinə görə inkişafı öskürmə səbəbli pozğunluqları gücləndirir, yerli müdafiəni aşağı salır. Bu zaman həmin hissədə dairə qapanır və xəstəlik sağalmaz olur. Xəstəliyin əmələ gəlməsində virus və bakteriyanın rolu ikincili xarakter daşıyır. Yüksək özlü bəlğəmin toplanması, müdafiə qüvvələrinin azalması, bronxial keçiriciliyin pozulması xəstəlik irəlilədikcə infeksiyanın aşağı yayılmasına və xəstəliyin kəskinləşməsinə səbəb olur. Xəstəlik tədricən inkişaf edir, müalicə olunmadıqda kəskinləşir və xroniki hala keçir. Bronxoostruktiv sindromda xəstələrin şikayətləri aşağıdakılardan ibarət olur: - səhərlər bəlğəmli öskürək - isti otaqdan soyuğa çıxdıqda öskürək - selikli-irinli bəlğəm - arterial hipertenziya - qanhayxırma - fiziki iş zamanı təngnəfəslik - nəfəsvermədə çətinləşmə - temperatur - tez yorulma - yorğunluq. Xəstəliyə diaqnozun qoyulmasında rentgenoloji müayinənin, bronxoqrafiyanın, kompyuter tomoqrafiyanın və anamnezin nəticələri əsas götürülür. Müalicə antibiotiklərdən, vitaminlərdən istifadə etməkdən və qıcıqlandırıcı faktorlardan uzaq durmaqdan ibarətdir.

Bakıda mənzildən

2023-02-02 08:54:00

Bakıda mənzildən meyit tapılıb.

Rusiya BMTdən bunu

2023-02-02 08:53:00

Rusiya BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə fevralın 8-də iclasının keçirilməsini xahiş edib.

Dünyada dörd həftə ərzində ölənlərin sayı

2023-02-02 08:52:00

Yanvarın 2-dən 29-na kimi 20 milyona yaxın insan koronavirus infeksiyasına yoluxub, 114 mindən çox insan ölüb.

Dölyanı maye

2023-02-02 08:51:00

Dölyanı maye - amnion maye. Bu maye dölü əhatə edən mayedir və amnion maye adlanır. Amnion maye xaricdən qişalarla əhatə olunmuşdur. Həmin qişa 2 hissədən ibarətdir. - daxili qat - döləbaxan qat - xarici qat - uşaqlığa baxan və ya uşaqlığa bitişən qat. Dölü əhatə edən qişa kisəyə oxşayır. Uşaqlığa baxan səthin bir hissəsi, ciftin daxili səthinə bitişir və göbək ciyəsini əhatə edir. Amnion qişanın içərisi amnion maye ilə dolu olub hamiləliyin axırında 1-1,5 litrə çatır. Bu mayenin tərkibi ananın qan damarlarının tərləməsi, amnion epitelinin ifrazı, dölün böyrək fəaliyyəti ilə əlaqədar olaraq tənzimlənir. Mayenin tərkibində zülal, duz, şəkər, hormonlar olur. Dölyanı mayenin əsas fizioloji xüsusiyyətləri aşağıdakılardır: 1. Dölün hərəkət və inkişafı üçün şərait yaradır. 2. Dölyanı mayenin miqdarı az olduqda dölün anadangəlmə eybəcərliklərinə səbəb ola bilir. 3. Dölyanı maye dölün maddələr mübadiləsində əsas rol oynayır. 4. Dölü xarici təsirlərdən qoruyur. 5. Göbək ciyəsini döl və uşaqlıq divarı arasında sıxılmağa qoymur. 6. Dölyanı maye doğum vaxtı dölün doğum yollarından irəliləməsinə şərait yaradır.

Bu, Rusiyanın daimi taktikasıdır

2023-02-02 08:50:00

Xerson vilayətində Dnepr çayının sahillərində rus işğalçıların təxribat və kəşfiyyat qruplarından istifadə etməsi düşmənin daimi taktikasıdır.

Britaniya Ukraynaya qoşun göndərə

2023-02-02 08:48:00

Böyük Britaniya hökuməti Ukraynaya qoşun göndərməyi planlaşdırmır.

İran terrorçular üçün 4 milyard ayırdı

2023-02-02 08:47:00

İranın növbəti il büdcəsində, vergilərin 47 faiz artımına baxmayaraq, 10 faiz kəsr olacaq. Buna rəğmən, milləti əzən qurumlar üçün ayrılan büdcə artırılıb.

Xroniki pnevmoniya

2023-02-02 08:46:00

Xroniki pnevmoniya ağciyər toxumasının, ağciyərin eyni zədələnən hissəsində residivləri ilə təzahür edən lokal iltihabi prosesdir. Bu proses ağciyər toxumasında pnevmosklerozun, bronxalveolyar ağacının lokal xronik bronxit tipində geridönməz patologiyalara səbəb olur. Xroniki pnevmoniyanın əmələ gəlməsinə səbəb kəskin pnevmoniyadır. Belə ki, kəskin pnevmoniya uzun gedişə malik olduqda və ya müalicə olunmadıqda xroniki hala keçir. Xəstəlik ağciyərlərdə yayılmasına görə: - ocaqlı - seqmentar - paylı, gedişinə görə - kəskinləşmiş - residivləşmiş formalı olur. Xroniki pnevmoniya həmişə kəskin pnevmoniyanın nəticəsi hesab olunur. Xroniki pnevmoniyanın kəskinləşmə dövründə əsas klinik simptomlar aşağıdakılardır: * Xəstə zəiflikdən, gecələr tərləmədən, bədən hərarətinin çox qalxmasından, iştahanın azalmasından, selikli-irinli bəlğəmin ayrılması ilə baş verən öskürəkdən, bəzən döş qəfəsində olan zəif ağrıdan şikayətlənirlər. Xəstələrdə aşağıdakı əlamətlər özünü göstərir. * Bədən kütləsinin azalması. * Səsin kütləşməsi * Yaş xırıltılar * Zədələnmə ocağı üzərində krepitasiyalar. Xəstəliyə diaqnoz qoymaq üçün rentgenoloji müayinənin, bronxoqrafiyanın, bronxoskopiyanın nəticələri əsas götürülür.Qanın ümumi və biokimyəvi müayinəsi və bəlğəmin bakterioloji müayinəsi diaqnozun təsdiqlənməsində böyük rol oynayır. Müalicə orqanizmin möhkəmlənməsi və antibakterial müalicədən ibarət olur. Xəstəliyin ağır formalarında antibiotik birbaşa ağciyərə yeridilir.

İspaniya Ukraynaya zirehli transportyorlar

2023-02-02 08:44:00

İspaniyanın Müdafiə Nazirliyi fevralın 6-da Ukraynaya 20 ədəd M113 zirehli transportyoru göndərəcək.

“Gürcüstan hakimiyyəti Saakaşvilini açıq şəkildə öldürür”

2023-02-02 08:30:00

Gürcüstan hakimiyyəti hazırda Mixail Saakaşviliyə açıq şəkildə işgəncələr verir və onu öldürür.

Ermənistan darmadağın ola bilər

2023-02-02 08:28:00

III Dünya müharibəsi de-fakto reallığa çevrilib, artıq qırmızı xətt çəkilib, qarşı tərəflər müəyyənləşib. Ermənistan gec-tez qərar verməli olacaq.

Asfiksiya nədir?

2023-02-02 08:25:00

Asfiksiya kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır. Bu zaman orqanizmə oksigen daxil olmur və karbon qazı xarici mühitə verilmir. Asfiksiyanın əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır: * tənəffüs yollarının sıxılması, mənfəzinin şiş toxuması və ya yad cisimlə tutulması * ağciyərlərə maye dolması - suda boğulan adamların ağciyərlərinə su dolduqda - dölün tənəffüs yoluna dölyanı maye dolduqda * qırtlağın iltihab nəticəsində daralması * tənəffüs əzələlərinin iflici * toxuma tənəffüsünün pozulması. Asfiksiya zamanı hipoksiya, hiperkaphiya və asidoz müşahidə edilir. Asfiksiyanın inkişaf etməsi 4 mərhələdə gedir. Birinci mərhələdə təngnəfəslik müşahidə edilir, arterial təzyiq yüksəlir, ürək vurğuları sürətlənir. İkinci mərhələdə ekspirator təngnəfəslik meydana çıxır, təzyiq yüksəlir, sinir sisteminin fəallığı artır. Üçüncü mərhələ tənəffüsün bir-neçə saniyədən bir 1-2 dəqiqə dayanması ilə xarakterizə olunur. Bu zaman arterial təzyiq azalır. Asfiksiyanın dördüncü mərhələsi terminal mərhələ hesab edilir. Bu zaman sinir mərkəzinin sarsıntısı nəticəsində reflekslər itir, bəbəklər genəlir, əzələlərin tonusu itir, arterial təzyiq kəskin surətdə aşağı düşür, ürək yığılmaları azalır, passiv nəfəsvermə müşahidə edilir. Müşahidələr göstərmişdir ki, asfiksiya zamanı ürək fəaliyyəti tənəffüsün dayandığı andan sonra bir müddət davam edir. Asfiksiya baş verən zaman onu yaradan səbəb aradan qaldırlmalı, toxumaların oksigenlə təhcizatı təmin olunmalıdır. Bu zaman süni tənəffüs, ürəyin xarici massajı və s. üsullarından istifadə edilir.

Rusiya Qərbin tanklarını vuran hərbçilərə

2023-02-02 08:24:00

Rusiya Qərbin Ukraynaya verdiyi "Abrams" və ya "Leopard 2" tipli tankları vuran hərbçilərə mükafat verəcək.

Niyazi Mehdi: “Milləti irəli aparan çirkinlərdi, niyə hirslənirsiz?.." –

2023-02-02 08:23:00

Teleqraf.com-un suallarını fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi cavablandırıb.

Daha beş gəmi Ukrayna limanlarını

2023-02-02 08:22:00

Fevralın 1-də Ukrayna limanları qarğıdalı, buğda və soya ilə beş quru yük gəmisini tərk edib.

Aspirasion pnevmoniya

2023-02-02 08:21:00

Aspirasion pnevmoniya çox vaxt ağız boşluğu və udlaqda yerləşən (sağlam şəxslərin 50%-i ağız udlaq sekretini aşağı tənəffüs yollarına aspirasiya edirlər) anaerob və onların anaerob qrammənfi mikroflora ilə birgə iştirakı nəticəsində baş verir. Bu zaman baş verən pnevmoniya çoxlu miqdar qusuntu kütləsi aspirasiya olunduqda və ya onun içərisində anaerob mikroflora olduqda törənir. Öskürmə funksiyasının pozulması, həmçinin mukosiliar klirensin pozulması pnevmoniya riskini artırır. Pnevmoniyanın anareob törədicilərinin mənbəyi aşağıdakılar hesab edilir: - diş ərpi - dişlər - dişlərarası yırtıqlar. Xəstəliyin baş verməsi ağciyər iltihabının yaranmasına səbəb olan infeksiyanın oraya daxil olması və orqanizmin zəif olması ilə əlaqədardır. İnhalyasion hissəciklərin tənəffüs yollarında paylanması ilk növbədə onların ölçülərindən asılıdır. Diametri 10 mkm-dən böyük olan hissəciklər başlıca olaraq burun boşluğuna və yuxarı tənəffüs yollarına daxil olurlar. Bu infeksiyalar bronxlara və alveollara çokdükdən sonra daxilə nüfuz edir və xəstəlik törədirlər. Buna görə də pnevmoniyanı əmələ gəlməsində çox vaxt inhalyasiya edə biləcək törədicilərin rolu olduğu öz təsdiqini tapır. Vərəm, qrip, histaplazmoz xəstəliklərinin törədiciləri də bu yolla pnevmoniyanın əmələ gəlməsinə səbəb olur. Pnevmoniyanın törədiciləri bilavasitə alveollarla baş verdiyinə görə aspirasion pnevmoniya adlanır. Aspirasion pnevmoniya zamanı xəstələrin şikayətləri aşağıdakılardan ibarət olur: - zəiflik - iştahanın itməsi - titrətmə - təngnəfəslik - döş qəfəsində ağrı. Xəstəliyin başlanğıc dövründə öskürək quru, əziyyətverici olur, sonra isə yumşalır və bəlğəm əmələ gəlir. Xəstəliyə diaqnozun qoyulmasında rentgenoloji müayinənin və həkimin obyektiv müayinəsinin rolu böyükdür.

Sentyabrda Tehran Bakının qarşısını alıb –

2023-02-02 08:18:00

İran-Azərbaycan münasibətlərinin gərginləşməsindən istifadə etməyə çalışan Ermənistan rəsmiləri dövriyyəyə daha bir "məlumat" buraxıblar.

Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini

2023-02-02 08:17:00

Qazaxıstanın Sənaye və Ticarət Nazirliyi ölkənin Rusiyadakı ticarət nümayəndəliyinin ləğvi ilə bağlı sənəd layihəsi hazırlayıb.

Qan dövranını yaxşılaşdırmanın bir neçə üsulu.

2023-02-02 08:15:00

Qan dövranında problem olarsa, buna diqqət etməmək mümkün deyil. Təzyiqin düşməsi, yorğunluq, təngnəfəslik, soyuq əllər və ayaqlar - qan dövranının pozulmasının aşkar əlamətləridir. Qan dövranının belə dayanması hipertoniya, damarlarda varikoz genişlənməsi və gözlərin altında tünd kölgələrin əmələ gəlməsi ilə nəticələnir. Bundan əlavə zəif qan dövranı - ürək çatışmazlığını yaradan amillərdən biridir. Sağlamlıqla bağlı ciddi problemlərdən uzaq olmaq və ürəyin işini yaxşılaşdırmaq üçün bir neçə təbii üsullardan istifadə etməyiniz vacibdir.

Dorandan İrəvana çağırış: “Paşinyan razılaşmaları həyata keçirməlidir”

2023-02-02 08:14:00

"Yeni reallıqların işığında regionda öz gücündən söz etdirən Azərbaycan dünyanın xüsusi əhəmiyyətli qovşağında Amerikanın etibarlı tərəfdaşına çevrilməkdə davam edir".

İran evdar qadınları, ziyarətə gedənləri öz şəbəkəsinə necə daxil edib? –

2023-02-02 08:13:00

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

İsrail ordusu Qəzzadakı hədəflərə

2023-02-02 08:12:00

İsrail Müdafiə Qüvvələri cümə axşamı səhər saatlarında Qəzza zolağındakı hədəflərə hava zərbələri endirib.

Ağciyərlərin alveolyar mikrolitiazı

2023-02-02 08:11:00

Ağciyərlərin alveolyar mikrolitiazı alveollarda mineral birləşmələr və proteinlərdən təşkil olunmuş maddələrin çikməsi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyə 20-40 yaşlı adamlarda rast gəlinir. Xəstəliyin əmələ gəlməsində irsi faktor və peşə zərərlərinin təsi olduğu güman edilir. Xəstəliyin mahiyyəti alveollarda zülalların hiperproduksiyası və yığılmasından ibarətdir ki, burada da kalsium fosfat və karbonatın mikrokristalları toplanaraq ventilyasiya sistemini pozur.Bu da intersistal fibroz və tənəffüs çatışmazlığına səbəb olur. Xəstəlik aşağıdakı patologiyalara səbəb olur: - ağciyər toxumasının, xüsusən aşağı payıarın sıxılması artır - alveollarda və bronxiollarda kalsiumkarbonat, mis, natrium, kalium, sink, maqnezium mikroelementlərinin 1-3 mm diametrli mikrokonkrementləri aşkar edilir - xəstəlik proqressivləşdikcə mikroelementlər artır - mikrolitlər yerləşən zonada makrofaqlar qalır. Xəstəlıik uzun müddət narahatçılıq vermədən keçir. Lakin əlamətlər artdıqda xəstələrdə aşağıdakı şikayətlər baş qaldırır: - tez yorulma - təngnəfəslik - ümumi zəiflik - ürəkdöyünmə - döş qəfəsində ağrı.

“102ci” rus hərbi bazası, sərhədçilər Ermənistandan çıxarılır

2023-02-02 08:10:00

Avropa İttifaqının Ermənistana uzunmüddətli missiya göndərməsində niyyət aydındır. Bu, ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyanın arzusu idi. Çünki o, bütün imkanlardan istifadə edib Qərbin tədricən Ermənistanda Rusiyanın təsirinə son qoymaq istəyir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqdan başlamış Ermənistanın sərhədlərini mühafizə edən rus sərhədçilərinin ölkədən çıxarılması məsələsinə qədər hər şey planlaşdırılıb. Eyni zamanda Gümrüdə yerləşən "102-ci" rus hərbi bazasının da Ermənistandan qısa zamanda çıxarılması məsələsi var. Paşinyan məhz bu layihənin reallaşmasına çalışır. Bununla yanaşı erməni baş nazir yaranmış situasiyadan Azərbaycana qarşı da istifadə etmək niyyətindədir. "Azərbaycan Ermənistanın sərhədlərini təhdid edir" kimi bir absurd anlayış ortaya atılır. Məqsəd Aİ-nin missiyasının Azərbaycanla Ermənistan arasındakı şərti sərhəd boyu ərazidə yerləşməsinə nail olmaqdır.

İsrail narahatdır: Bakıya bir gündə

2023-02-02 08:08:00

İsrailin müdafiə nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsiylə bağlıdır.

Misirdə xəstəxanada yanğın olub,

2023-02-02 08:07:00

Misirin paytaxtı Qahirənin əl-Matariya rayonunda yerləşən xəstəxanada baş verən yanğın zamanı 3 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Çoxdöllü hamiləlik

2023-02-02 08:05:00

Çoxdöllü hamilə qadınlar bütün doğan qadınların 1,5%-i təşkil edir. Çoxdöllü hamiləlikdə ölüm halları digər doğuşlardan 3-4 dəfə artıq olur. Hamiləlik zamanı qadında 2 və daha artıq döl ayırd edilərsə, çoxdöllü hamiləlik adlanır. Çoxdöllü hamiləlikdən dünyaya gələn uşaqlar əkiz uşaqlar adlanır. Hər 70-80 doğulan uşaqdan birində əkiz, 6000-7000 doğuşdan birində isə 3 uşaq doğulur. Çoxdöllü hamiləliyin səbəbləri bir sıra faktorlardan asılıdır: * ər və arvadın ailələrində yaxud nəslində əkizlərin olması * qadının yaşı 18 az və ya 30-dan yuxarıdırsa * hamiləliyə qədər aybaşı tsiklinin pozulması * hormonal müalicə * ovulyasiyanın stimulyasiyası * hormonal kontraseptivlərin qəbulu. Çoxdöllü hamiləlik eyni vaxtda yetişmiş 2 yumurtahüceyrənin mayalanması və ya döllənmiş bir yumurtahüceyrədən iki dölün inkişaf etməsi nəticəsində baş verir. Eyni yumurta əkizləri bir yumurtahüceyrədən əmələ gəlir və ya bir spermatozoidlə mayalanır. Bu zaman hər iki dölün ciftində qan damarları arasında anastamozlar olur. Tək yumurta əkizləri adətən eyni cinsdən olur. Müxtəlif yumurta əkizləri mütəlif ciftə, su və xorion qişasına malik olur. Çoxdöllü hamiləlikdə hamilə qadının orqanizmində adi hamiləliyə nisbətən daha yüksək dəyişikliklər gedir. Əksər hallarda ürək-damar sistemi, tənffüs sistemi, qaraciyər, böyrəklər və digər orqan və sistemlərdə bir sıra pozğunluqlar baş verir. Çoxdöllü hamiləlikdə toksiplazmoz və nefropatiya təkdöllü hamilələrdəki kimi müxtəlif əlamətlərlə özünü göstərir. Bu zaman ürəkbulanma, qusma, qəbizlik, ödem, ağız suyunun axması baş verə bilir.

Rusiya Kramatorsku vurdu,

2023-02-02 08:04:00

Rusiya ordusu Ukraynanın Kramatorsk şəhərində yaşayış binasını vurub.