Xəbərlərin siyahısı
2023-09-12 20:08:00
Bu ilin yanvar-avqust aylarında ölkədə 80 milyard 96,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
2023-09-12 20:00:00
Rusiya Prezidenti Vladimir Putin ölkəni tərk edən sənətçilərin sayını açıqlayıb.
2023-09-12 19:55:00
Cazibədar müğənni Nigar Camal yenidən obyektiv qarşısına keçib.
2023-09-12 19:54:00
Cari il sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 mln. 480 min 258 vergi ödəyicisinin 87,3%-i fiziki şəxslər, 12,7%-i isə hüquqi şəxslər və digər təşkilatlar olub.
2023-09-12 19:46:00
Milli xərc prioritetləri müəyyənləşdiriləcək.
2023-09-12 19:43:00
Aparıcı Kazım Sübhanın MTV ilə bağlı paylaşımı diqqət çəkib.
2023-09-12 19:40:00
Türkiyənin Baş prokuroru Bəkir Şahin ölkəmizdə rəsmi səfərdədir.
2023-09-12 19:21:00
Burda gizlətməli heç nə yoxdur, yaxşı məlumdur ki, biz nizamlanma ilə bağlı öz variantımızı təklif etdik: O vaxt Ermənistan 7 rayona (keçmiş Dağlıq Qarabağ ətrafındakı rayonlar nəzərdə tutulur - red.) nəzarət edirdi. Biz Ermənistana təklif etdik ki, Bakı ilə razılığa gəlsin, Azərbaycanın iki rayonu - Kəlbəcər və Laçın, bütün Qarabağ faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı.
2023-09-12 19:15:00
Teleaprıcı Kseniya Sobçak məşhur müğənni Filipp Kirkorovun şalvarını soyunduraraq, onun arxasını sığallayıb.
2023-09-12 19:10:00
Xəbər verdiyimiz kimi, Türkiyədə yayımlanan "Kim milyonçu olmaq istəyir?" proqramında Rabia Birsen Güveci adlı qız sonuncu suala doğru cavab verərək 1 milyon lirə (təxminən 63.300 manat) qazanıb.
2023-09-12 18:30:00
Türkiyədə ər 32 yaşlı arvadı ilə 45 yaşlı ögey dayısının münasibətindən xəbər tutub. Son.az xarici mətbuata istinadən xəbər verir ki, İslam Keleş qısqanclıq zəmnində 15 illik arvadını güllələyib. Münasibətdən xəbər tutan ər əvvəlcə küçədə ögey dayısını öldürüb, daha sonra isə evə gələrək arvadını 3 uşağının gözü qarşısında ardıcıl güllələyərək qətlə yetirib.
2023-09-12 17:54:00
Türkiyənin məşhur ulduzu Sibel Can son görünüşü ilə görənləri heyrətləndirib. Son.az bizim.media-ya istinadən bildirir ki, İzmir şəhərində canlı solo konsert proqramı ilə çıxış edən sənətçi xeyli çəki alması ilə diqqətləri üzərinə cəmləyib. Sibelin artıq kilolarını gizlətmək üçün əyninə geyindiyi uzun qara libas da köməyinə çatmayıb. Əksinə müğənninin "kökəlməsi" daha da qabarıq formada üzə çıxıb. Sosial şəbəkə əhli bu halını Sibel Cana bağışlamayıblar. İzləyicilər ulduzu artıq çəkili olmasını başına qaxınc ediblər. Onlar "Çox çəki almısan", "Nə günə düşmüsən" kimi şərhlərlə sənətçini tənqid atəşinə tutublar. Sibelin müdafiəsinə isə sosial şəbəkə fenomeni Selin Ciğərci qalxıb. "Bu qadının səsi şərbətdir. İstədiyi çəkidə ola bilər. Bəlkə onun səhhətində problemləri var. Hər zaman 90.60.90 olmaz ki,...", - deyə Selin vurğulayıb.
2023-09-12 17:26:00
Xəbər verdiyimiz kimi, bu gün Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub. Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib. 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
2023-09-12 17:25:00
Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb.
2023-09-12 17:24:00
Bakıda marketlərdən birinin təhlükəsizlik kamerasında oğurluq faktı əks olunub. Son.az xəbər verir ki, bu görüntülər TikTok sosial şəbəkəsində yayılıb. Dayanacaqda gözləyən gənc oğlan müşahidə apardıqdan sonra sərinləşdirici içkilər yığılan hissəyə heç kəsin nəzarət etmədiyindən əmin olub. Daha sonra isə bir qutu içki götürərək oradan uzaqlaşıb. Həmin görüntüləri təqdim edirik: Lalə Son.az
2023-09-12 17:21:00
Günəşə çox bənzəyən çoxlu kiçik ulduz arasında bütün müşahidələr tarixində ən güclü işıq parıltısından biri qeydə alınıb.
2023-09-12 16:27:00
Dağıstanda Çirkeysk Su Elektrik Stansiyasının (SES) yaxınlığında beton plitənin uçması nəticəsində bir nəfər ölüb və bir nəfər yaralanıb.
2023-09-12 16:23:00
Tofiq Məmmədəli oğlu Ağababayev "Şöhrət" ordeni ilə təltif edilib.
2023-09-12 16:22:00
Bu barədə muxtar respublika Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
2023-09-12 16:21:00
"Tesla"nın yaxın vaxtlarda satışa çıxarılacaq olan "Cybertruck"ın sınaq versiyası keçdiyimiz günlərdə Kaliforniyada magistral yolda göründü və bu sınaq zamanı gözlənilməz hadisə baş verdi.
2023-09-12 16:18:00
Xalq artisti, "Şöhrət" ordenli aktyor Rasim Balayev "YouTube"da yayımlanan "Düz danışaq" layihəsinə verdiyi qalmaqallı müsahibəsindən söz açıb.
2023-09-12 16:16:00
Son günlər əhali arasında infeksiyalar və kəskin respirator viruslar yayılıb. Xüsusilə azyaşlı uşaqlarda bu hallara daha sıx rast gəlinir.
2023-09-12 16:08:00
Biz yeni konstitusiya uğrunda səyimizi və mübarizəmizi heç vaxt dayandırmayacağıq.
2023-09-12 16:06:00
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Türkiyəyə səfər edəcək.
2023-09-12 16:05:00
Yağış suları yolları və məhəllələri keçilməz edib.
2023-09-12 15:56:00
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Sabunçu rayonu, Zabrat dairəsində yerləşən mebel sexi və anbar kimi fəaliyyət göstərən obyektdə suyun talanması faktı müəyyən edib.
2023-09-12 15:54:00
Hazırda Rusiyanın Ryazan vilayətində yaşayan Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Sankt-Peterbuq şəhərinə köçməyə qərar verib.
2023-09-12 15:52:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
2023-09-12 15:46:00
Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni kəhanəti ilə gündəmdədir.
2023-09-12 15:43:00
Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə həyat yoldaşı ilə yeni fotolarını yayımlayıb.
2023-09-12 15:37:00
AZAL Bakı-Naxçıvan-Bakı reysinin sərnişinlərini aviabilet alarkən məlumatların düzgünlüyünü təmin etməyə çağırır. "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlər aviabilet alarkən şəxsiyyət vəsiqəsinin və ya pasportun əslini təqdim etməlidirlər. Bu, sərnişinlər haqqında məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi, habelə onların hüquq və mənafelərinin müdafiəsi məqsədinə xidmət edir. Bundan əlavə, AZAL sərnişinlərə kassalarında yarana biləcək növbələrin qaşısını almaq məqsədilə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından onlayn almağı tövsiyə edir. Bu, həmçinin hər bir səyahətçinin vaxtına qənaət etməyə kömək edəcək.
2023-09-12 15:33:00
Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilir.
2023-09-12 15:28:00
Sentyabrın 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ölkəmizdə səfərdə olan Kanada Parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü, İcmalar Palatasının deputatı Çandra Aryanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
2023-09-12 15:00:00
Bu ilin 8 ayı üzrə qaz hasilatı 5 faiz artıb.
2023-09-12 14:58:00
Yeni tədris ilinin başlanmasına 3 gün qalır. Ötən il məktəbli forması almaq istəyən valideynlər Bakı Tikiş Evinin qarşısında izdiham yaratmışdı.
2023-09-12 14:58:00
Bütün dünyaya yalan məlumatlarla car çəkən, hər gün müxtəlif saatlarda təxribatlara əl atan separatçılar son günlər vəziyyəti gərginləşdirərək pik həddə çatdırsalar da, artıq müharibə riski azalmış kimi görünür. Baş verən son proseslər, Paşinyanın axırıncı müsahibəsi bunu deməyə əsas verir.
2023-09-12 14:51:00
Sentyabrın 28-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı" ASC-nin daşınmaz əmlakının satışı üzrə 3-cü dəfə açıq hərrac keçiriləcək.
2023-09-12 14:49:00
"Öpüş kabinəsi" və "İddia" serialının ulduzu Coi Kinq ərə gedib.
2023-09-12 14:29:00
Yeni tədris ili üç gün sonra başlayır. Xüsusilə ali məktəblərin açılması ilə əlaqədar olaraq paytaxta daha çox sərnişin axını olacaq.
2023-09-12 14:27:00
2023-cü ilin sentyabr ayının ən uğursuz bürcləri açıqlanıb. Bu bürclərin sevgi, pul və karyera məsələlərində pis sonluqlar yaşaması mümkündür. Son.az azxeber.com-a istinadən həmin bürcləri təqdim edir: Əkizlər 2023-cü ilin sentyabrı Əkizlər bürcü üçün iş dəyişdirmə vaxtının gəldiyinə işarə olacaq. İşdə arxanızdakı hadisələrin baş verdiyini görə bilərsiniz və onlarla məşğul olmalısınız. Sentyabr ayında özünüzü bir az zehni yorğun hiss edə bilərsiniz. Bu ayda sağlamlığınıza daha çox diqqət yetirməli olduğunuz deyilir. Aromaterapiyanın sağalmasını kəşf edərək yeni təcrübələr əldə edə bilərsiniz. İdeallarınıza gedən yol çətin ola bilər. Tərəzi Sentyabr ayında bəzi öhdəliklərinizin həyat enerjinizi aşağı çəkdiyini hiss edə bilərsiniz. Məsuliyyətləriniz bu ay artacağı üçün əyləncə və romantikaya çox vaxt ayıra bilməyəcəksiniz. Bu səbəbdən partnyorunuz münasibətinizi bitirmək istəyə bilər. Bəzi münasibətlər çətin sınaqdan keçə bilər. Vücudunuzdakı stressi azaltmaq üçün nizamlı qidalanmaya və yuxuya fikir vermək lazımdır. Oxatan 2023-cü ilin sentyabrında ani və tələsik qərarlar verməməyə diqqət edin. İş həyatında çox risk almaqdan çəkinin. İş mühitiniz gözlənilmədən dəyişə bilər və bu səbəbdən maddi çətinliklərlə üzləşə bilərsiniz. Bu ay etdiyiniz spekulyativ qazanclara və investisiyalara son dərəcə diqqətli olmalısınız. Sağlamlıq yoxlamalarınıza laqeyd yanaşmayın. Xizək və paraşütlə tullanma kimi ekstremal idman növləri ilə məşğul olmaq sizin üçün riskli ola bilər. Həyatınızda uğursuzluq olsa belə, bunu həyat təcrübəsi kimi qəbul edin və yolunuza davam edin. Sığınacaqlara kömək etmək və ev heyvanlarına qulluq etmək sentyabr ayında ruhunuz üçün çox faydalı olacaq.
2023-09-12 14:25:00
2023-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,7 milyard manatlıq, o cümlədən, 20,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2023-09-12 14:22:00
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İsveçrədə BQXK prezidenti Miryana Spolyariç Eqqer ilə görüşü zamanı Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə BQXK vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan paralel istifadənin zəruriliyi vurğulayıb.
2023-09-12 14:16:00
Xəbər verdiyimiz ki, yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
2023-09-12 13:54:00
Ermənistanın sərhədlərimizə yaxın ərazilərə silah və sursat yerləşdirməsi prosesi son günlər də davam edir. Yerləşdirilən silahlar arasında Hindistandan aldığı artilleriya qurğuları da ola bilər.
2023-09-12 13:44:00
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı tədbirlər görür.
2023-09-12 13:43:00
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Pirallahı rayonu üzrə 18 saylı bölməsinin həkimi, 1966-cı il təvəllüdlü Təranə Bağırova həbs edilib.
2023-09-12 13:32:00
Problemlərin həlli üçün addımlar atılıb.
2023-09-12 13:30:00
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Baş Assambleyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş 17-ci iclasında Assosiasiyanın vitse-prezidenti seçilib.
2023-09-12 13:21:00
55 yaşlı Əməkdar artist Könül Kərimovanın Türkiyədə istirahət zamanı əyninə geyindiyi yırtmaclı cins şortu sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.