73 yaşlı Putinin sağlam qidalanma sirri Hər səhər bunu yeyirmiş


Digərləri 13 Ara 2025 11:47:00 243 0

73 yaşlı Putinin sağlam qidalanma sirri  Hər səhər bunu yeyirmiş

Rusiya Prezidenti Vladimir Putinin qidalanma vərdişləri və xüsusi dietası dünya mediasında yenidən gündəm olub. 73 yaşlı liderin sağlam və enerjili qalmasının arxasında ciddi qida rejimi və yüksək təhlükəsizlik tədbirləri dayanır.

Son.az xəbər verir ki, Rusiya mediasına görə Putin günə yulaf sıyığı və ballı kəsmiklə başlayır. Daha sonra mütləq bildirçin yumurtası yeyir. İçki olaraq isə çuğundur və üzüm suyundan hazırlanmış xüsusi qarışığa üstünlük verir.

Putin daha əvvəl verdiyi müsahibələrdə pomidor, xiyar və kahı kimi tərəvəzləri çox sevdiyini bildirib. Protein seçimində isə qırmızı ət və toyuqdan uzaq dayanaraq, balıq yeməyi üstün tutur. Axşam ağır yeməklərdən uzaq durur və çox vaxt yalnız meyvə, kefir və yaşıl çayla kifayətlənir.

Rusiya lideri şirniyyat, yağlı yeməklər və ədviyyatlı qidalardan uzaq durur. Qida rejiminin beynin və yaddaşın güclənməsi, immunitetin artırılması və əzələ sağlamlığına kömək etdiyi bildirilir.