Məşhur rusiyalı general öldü


Digərləri 16 Eki 2025 12:58:00 353 0

Məşhur rusiyalı general öldü

Moskvada keçirilən İkinci Dünya Müharibəsi ilə bağlı paradlarda Rusiya Prezidenti Vladimir Putinlə görüşləri ilə məşhurlaşan veteran Nikolay Kizyun 97 yaşında dünyasını dəyişib.

Son.az xəbər verir ki, general-polkovnik oktyabrın 16-na keçən gecə Moskvada ölüb.

N.Kizyun çoxsaylı paradlarda ön sırada iştirak edib və Rusiyanın dövlət başçısı ilə isti münasibətləri olub.

Xəbərdə o da bildirilir ki, veteran əvvəllər yaxın qohumlarının qanunsuz hərəkətlərindən əziyyət çəkib. Kizyunun nəvəsi vərəsəlik saxtakarlığı edərək, generalın evini ələ keçiribmiş. O, jurnalistlərin və Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin müdaxiləsi sayəsində mənzilini geri ala bilib.  /Oxu.Az