Attestasiya imtahanından keçməyən incəsənət müəllimlərinə ikinci şans veriləcək!
Digərləri 01 Tem 2025 17:26:00 69 0
Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin taleyinə aydınlıq gətirilib.
Bu haberi de oku: Göydən pul yağdı insanlar onu tutmaq üçün yarışa girdi
Son.az xəbər verir ki, Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehovun jurnalistlərə verdiyi məlumata görə, Nazirlik attestasiya imtahanında beş ekspertdən üçündən mənfi, ikisindən isə müsbət rəy alan incəsənət müəllimlərinə ikinci şans verməyi planlaşdırır:
"Mədəniyyət Nazirliyinin tabeliyində olan üç məktəbdə bu kateqoriyaya aid müəllimlər üçün ixtisaslı mütəxəssislərin iştirakı ilə təlimlər keçirilir. Məqsəd, onların Dövlət İmtahan Mərkəzinin test və müsahibə mərhələlərindən uğurla keçməsini təmin etməkdir. Bu mərhələləri müvəffəqiyyətlə tamamlayan müəllimlərə əvvəlki iş yerlərində yenidən pedaqoji fəaliyyət göstərmək imkanı yaradılacaq".
Nazir müşavirinin sözlərinə görə, attestasiya prosesinin birinci mərhələsində 110-dan artıq müəllim bu kateqoriyaya aid olub. İkinci mərhələdə də bu istiqamətdə işlər davam etdiriləcək.
Asya Son.az