Metroda azyaşlıya qeyrietik hərəkətlər edən şəxs həbs edildi
Digərləri 17 Haz 2025 13:19:00 60 0
Metronun "28 May" stansiyasında azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs həbs olunub.
Bu haberi de oku: Bakının bu ərazilərində qaz olmayacaq
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl saat 18:48-də baş verib.
Belə ki, qatardan düşən azyaşlı metropoliten əməkdaşına yaxınlaşaraq tanımadığı şəxsin vaqonda ona qarşı əxlaqsız hərəkətlər etdiyini deyərək kömək istəyib. Azyaşlı həmin şəxsin qatardan düşərək gəldiyini və əməllərinə davam etdiyini deyib.
Dərhal metro əməkdaşı yaxınlıqdakı polisi çağırıb və həmin şəxs saxlanılıb. Bu zaman 30-35 yaşlı şəxs müqavimət göstərərək səs-küy salıb. Sərxoş halda olan həmin adam polis şöbəsinə aparılıb və onun Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Ş.İsmayılov (şərti) olduğu müəyyənləşib. Sərxoş halda olan vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib.