Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
Digərləri 17 Haz 2025 13:52:00 87 0
Bu gün rus bölməsi üzrə birinci siniflərə qəbul çərçivəsində məktəb və müəllim seçimi mərhələsinə start verilib.
Bu haberi de oku: Alimlərdən çox ətir iyləyənlərə BƏD XƏBƏR Təhlükəli imiş
Bu barədə Son.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 25 iyun 2025-ci il saat 18:00-a qədər Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin rus bölməsi üzrə birinci siniflərinə qəbul üçün müsabiqəyə yazılma prosesi davam edəcək.
Bununla yanaşı, 25 iyun saat 18:00-a qədər İ.Əfəndiyev adına Elitar Gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey və "Zəngi" liseyinin rus bölməsi üzrə seçim prosesi aparılacaq.