Misir Mərdanov maaşını açıqladı


Digərləri 17 May 2025 18:45:00 58 0

Misir Mərdanov maaşını açıqladı

"Əməkhaqqı məsələsi ən ciddi problemdir. Məsələn, mənim aylıq əməkhaqqım 1370 manatdır, digərlərinin əməkhaqqı 600-900 manatdır".

Bu xəbəri də oxu: Bu yol tam bağlanacaq

Son.az xəbər verir ki, bunu keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov "AzPolitika"ya müsahibəsində deyib.

O qeyd edib ki, hazırda İnstitutda 180 nəfər çalışır, onlardan 117 nəfəri elmi işçi, qalanları isə köməkçi heyətə daxildirlər:

"Professorların maaşı 1000 manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz, ona görə də onlara qanunvericiliyin tələbinə uyğun olaraq digər müəssisələrdə yarım ştat işləməyə imkan verilir.

Onu da qeyd edim ki, son bir ildə Elm və Təhsil Nazirliyi çox vacib və müsbət bir qərar qəbul edib. Nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrə görə alimlərə aylıq mükafatlar verilir. A, B, C kateqoriyalı sistem formalaşıb. A qrupuna düşən alimə ayda 1300 manat, B qrupuna görə 1000 manat, C qrupuna görə isə 650 manat əlavə ödəniş edilir. Təbii ki, bu məqalələr nüfuzlu bazalarda yer alan jurnallarda çap olunmalıdır. Bu sahədə institutumuz ilk sıralardadır. Məsələn, son aylarda 30-dan çox əməkdaş bu mükafata layiq görülüb".

Misir Mərdanov təhsil naziri Emin Əmrullayevin "İndiki problemlər 20 il əvvəl yol verilən nöqsanlarla bağlıdır" fikrinə belə münasibət bildirib:

"Bu məsələni nazirlə müzakirə etmişik. Dediyinə görə, jurnalistlər onun fikrini təhrif ediblər. 20 il əvvəl ölkəmizdə bütün sahələrdə, o cümlədən təhsil sahəsində də çox ciddi problemlər var idi. Azərbaycanda 50-dən çox özəl universitet var idi. O zaman ümummilli lider məni nazir təyin edəndə demişdi ki, bu sahədə nizam-intizam yaratmaq lazımdır. Mənə qədər həmin universitetlər artıq fəaliyyətə başlamışdılar, onlara lisenziya verilmişdi. Amma mənim nazirliyim dövründə onların sayı 12-yə endirildi. Bu, çox çətin idi. Çünki hər birinin arxasında nüfuzlu və imkanlı şəxslər dayanırdı. Onlara qarşı mübarizə aparmaq asan deyildi, amma biz bu sayı minimuma endirə bildik. Həmin universitetləri bitirənlərin diplomlarının qanunsuz olması ilə bağlı konkret qərar yox idi. Biz qərara gəldik ki, diplom yalnız TQDK-nın yolu ilə qəbul olunan tələbəyə verilsin. O vaxtlar bəzi universitetlər özləri imtahansız tələbə qəbul edirdilər. Eyni zamanda, o dövrdə Qərbi Azərbaycandan təxminən 300 min insan köç etmişdi. Onların içində müəllim də vardı, şagird də. Onların yerləşdirilməsi məsələsi asan deyildi. Həmçinin, Qarabağdan da 700 minə yaxın insan məcburi köçkün düşmüşdü.

Hesab edirəm ki, bu gün yaranmış imkanlardan səmərəli istifadə etməli, problemlərin həlli üzərində dayanmalıyıq. Yoxsa keçmişə dönüb kiminsə günahını axtarmaqla heç nəyə nail olmaq olmaz". Son.az

“Oqtaydan sonra heç yerə getmirəm” like
  • 17 May 18:38  
Şou-biznes “Oqtaydan sonra heç yerə getmirəm”

"Bu gün verilişlərə gələn adamların əksəriyyəti həyatın dibind�

arrow Ətraflı
Şantaj edərək bu hotellərdən pul alıb  FOTO like
  • 17 May 18:28  
Kriminal Şantaj edərək bu hotellərdən pul alıb FOTO

Şantaj ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilən "Azerinfo.az

arrow Ətraflı
Elçin Quliyev generalı vəzifəsindən azad etdi like
  • 17 May 18:16  
Digərləri Elçin Quliyev generalı vəzifəsindən azad etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi əvəzi general-mayo

arrow Ətraflı
Bunu yesəniz, dəriniz gözəlləşəcək, like
  • 17 May 18:11  
Digərləri Bunu yesəniz, dəriniz gözəlləşəcək,

Yaşıl soğan tərkibindəki vitamin və minerallarla sağlamlıq üçün bir �

arrow Ətraflı
"Onun haqında danışmaq hər adamın başı üçün deyil" like
  • 17 May 17:56  
Şou-biznes "Onun haqında danışmaq hər adamın başı üçün deyil"

Müğənni Kəmalə Qaramollayeva qalmaqallı açıqlamalar verib.

arrow Ətraflı
Gəlindən qaynanasına böyük HÖRMƏTSİZLİK VİDEO like
  • 17 May 17:45  
Digərləri Gəlindən qaynanasına böyük HÖRMƏTSİZLİK VİDEO

Sosial şəbəkələrdə yayılan görüntü narazılıq doğurub.

arrow Ətraflı
Bu BÜRCLƏRƏ həftəsonu çox uğurlu olacaq like
  • 17 May 17:24  
Digərləri Bu BÜRCLƏRƏ həftəsonu çox uğurlu olacaq

Bu həftənin sonunda ulduzlar israrlı, dəyişməyə açıq və məsuliyyəti

arrow Ətraflı
AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib  FOTO like
  • 17 May 17:23  
Digərləri AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib FOTO

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, "Nazar

arrow Ətraflı
"Məni kim almaz ki?" like
  • 17 May 17:09  
Şou-biznes "Məni kim almaz ki?"

"Gözümün yiyəsi bu gözü çıxardar"

arrow Ətraflı
Makronun barmağı Ərdoğanın əlində "ilişib qaldı"  VİDEO like
  • 17 May 17:08  
Dünya Makronun barmağı Ərdoğanın əlində "ilişib qaldı" VİDEO

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirv�

arrow Ətraflı
Melaniya Trampı digər birinci xanımlardan fərqləndirən 10 gözlənilməz FAKT like
  • 17 May 16:59  
Digərləri Melaniya Trampı digər birinci xanımlardan fərqləndirən 10 gözlənilməz FAKT

Melaniya Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti Donald Trampın həyat yolda�

arrow Ətraflı
TÜRKSOY Baş Katibindən Şamaxı Türk Şəhidliyinə anlamlı ziyarət  FOTO like
  • 17 May 16:47  
Digərləri TÜRKSOY Baş Katibindən Şamaxı Türk Şəhidliyinə anlamlı ziyarət FOTO

TÜRKSOY Baş Katibi Sultan Raev, Azərbaycanının tarixi və mədəniyyəti ba

arrow Ətraflı
Məşhur müğənni kəndə köçüb  tovuz quşu saxlayır, banka bağlayır like
  • 17 May 16:40  
Şou-biznes Məşhur müğənni kəndə köçüb tovuz quşu saxlayır, banka bağlayır

Məşhur müğənni Candan Erçetin illərdir qurduğu layihəsini axır ki, hə

arrow Ətraflı