Aygün Səmədzadəyə yüksək vəzifə verildi
Kriminal 17 May 2025 09:22:00 66 0
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub.
Bu xəbəri də oxu: Yeni "Quli" peyda oldu Böyük "müharibə" olacaq FOTO
Bu barədə Son.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bəstəkar, Xalq artisti Aygün Səmədzadə Gəncə filarmoniyasının direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Aygün Səmədzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.
Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Tarix-nəzəriyyə fakültəsində təhsilini davam etdirib. Konservatoriyanı bitirdikdən sonra bu təhsil ocağının Musiqi tarixi kafedrasında müəllim kimi fəaliyyət göstərib.
2003-cü ildə türkiyəli bəstəkar Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə edib.
Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir. O, həmçinin Elçinin "Qatil", "Şekspir", Hüseyn Cavidin "Əmir Teymur", "İblis", İlqar Fəhminin "Mənəm, mən...", Stefan Sveyqin "Yad qadının məktubu" tamaşalarına, eləcə də "Əlavə təsir", "Sirr", "Axırıncı dayanacaq" kimi filmlərə musiqi yazıb.
Yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bəstəkar 2011-ci ildə "Əməkdar incəsənət xadimi", 2018-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
Yay ayları təkcə günəş, dəniz və istirahət deyil, həm də yeni romanti

"Ukrayna sülh istəyir, lakin Rusiya Prezidenti Vladimir Putin sülhə cid

Abşeron rayonu ərazisində tunelin tikintisi ilə əlaqədar yol bağlanır.

Hamiləlik dövründə sağlam qidalanma həm ana, həm də körpə üçün oldu

"Onlar kimi restoranlarda oturmuram, oxuyub evimə qayıdıram"

ABŞ-da aparılan araşdırma enerji içkilərindəki taurinin qan xərçəngin

Ətir seçimi sadəcə qoxu deyil. Bu, əhval-ruhiyyə, ilk təəssürat və ət

Yayda açıq havada vaxt keçirmək xoş olsa da, gənə təhlükəsini gözard�

Dünya ulduzu Cennifer Lopezin uzun illərdir birlikdə çalışdığı prodüse

Kitab oxuma vərdişi qazanmaq zaman və səbr tələb edir, amma düzgün yana�

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun da

Mayın 16-da saat 21 radələrində Ağdaş rayonu ərazisində 32 yaşlı Məh�

Mayın 17-dən etibarən Bakının İlqar Abdullayev küçəsində (Masazır-Nov

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
