İmtahan nəticələri açıqlandı
Digərləri 16 May 2025 16:36:05 65 0
Azərbaycan dili (dövlət dili) fənni üzrə mayın 4-də keçirilən test imtahanının nəticələri elan olunub.
Bu xəbəri də oxu: Kirayə qalanlara ŞAD XƏBƏR
Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, məlum olduğu kimi, 2025-ci il 4 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.
"İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Cari ilin məzunları 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), əvvəlki illərin məzunları isə şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 27337 nəfərdən 433 nəfər imtahana gəlməyib.
Cari ildə məzun olan iştirakçıların toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan "qeyri-məqbul" alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 29 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat 22 may - 10 iyun tarixlərində aparılacaq",- deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından (4 may və ya 29 iyun) məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.
Yeni araşdırmaya görə, AB qan qrupu olan insanların "Alzheimer" x

Mayın 17-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Fransa sülhün əldə olunması və sülh müqaviləsinin bağlanması üçün

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya və Ukrayna a

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexani

Xəbər verdiyimiz kimi, mayın 13-nə keçən gecə Gəncə şəhər sakini 18

Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantıs

Asiyanın sıx məskunlaşan şəhərləri olan Honq-Konq və Sinqapurda Covid-1

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində be

Mayın 16-da Tiranada "Avropa Siyasi Birliyi" 6-cı Zirvə toplantıs�

Xalq artisti Mələkxanım Əyyubova etirafı ilə diqqət çəkib.

Sosial şəbəkələrdə yollarda videokameralar quraşdırılması sürücül�

Albaniyada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplant

Prezident İlham Əliyev Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Z

Plastik cərahiyyə məsələsi tam həllini tapıb. Bu məsələyə bir də qay
