Elgünün anası danışdı: "Bazar günləri restoranda ofisiant işləyirdi" FOTO


Digərləri 16 May 2025 12:45:06 79 0

Elgünün anası danışdı: "Bazar günləri restoranda ofisiant işləyirdi"  FOTO

Mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülüb və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Hadisəni kimin törətdiyi məlum deyil. Hüquq-mühafizə orqanları cinayət əməlini törədən şəxs və şəxslərin axtarışını davam etdirir.

Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı

Son.az xəbər verir ki, modern.az Elgün İbrahimovun anası Fizzə xanımla əlaqə saxlayıb.

O, oğlunun çox sakit təbiətli olduğunu bildirib.

"Bəlkə də bu vəhşiliyi Elgünün dost bildiyi kimsə edib. Dünən axşam prokurorluqda olmuşuq, dedilər narahat olmayın, mütləq tapılacaq. O nə dalaşqan, nə pis iş tutan uşaq olub. Həm oxuyurdu, həm  işləyirdi. 5 fənndən hazırlığa gedirdi. Onun boş vaxtı yox idi ki, kənar işlərlə məşğul olsun. Əksinə hamını bir araya gətirən uşaq idi. Dostları çox idi, həm qız, həm də oğlan. Hamı ilə də mehriban idi. Sevdiyi bir qız da olmayıb ki, deyim onun üstündə olub bu dəhşət.

Fizzə İbrahimova Elgünlə olan son söhbətindən də danışıb:

"Repetitor yanında hazırlıqlarından başqa o bazar günləri restoranda ofisiant işləyirdi. İmtahanına 15 gün qalmışdı, istəmirdim dərslərindən yayınsın, gecə yorğun gəlib yatdı, ertəsi gün informatika hazırlığına hazırlaşdı, öpüb yola saldıq, axırıncı dəfə elə o hazırlıqda olub. Danışdım, dedi  son zəng hazırlığına gedirəm. Ondan sonra neçə dəfə yığsam da, zəng çatmadı Elgünə. Sinif yoldaşları ilə də danışdım, ümumiyyətlə son zəng hazırlığına getməyib, informatika hazırlığı yoldaşları da Elgünün onlardan aralanıb, tək getdiyini bildirdi. Mənim övladım həyat dolu idi, ona restoranda son zəng qonaqlığı verəcəkdik. Arzuları gözündə qaldı. Heç bir səbəb mənim balamı o vəziyyətə qoymağa əsas vermir. Onun məktəbində də son zəng ləğv edildi, bütün dostları imtahana hazırlaşmağa həvəslərini itiriblər. Mən də onlara Elgün üçün oxuyun deyirəm".

Qeyd edək ki, qətlə yetirilən Elgün Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.

Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxanasının həyətində almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.

Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbərə aid video

Peter Mixalko gedir like
  • 16 May 12:35  
Siyasət Peter Mixalko gedir

Peter Mixalko Azərbaycandakı diplomatik missiyasını başa vurur.

arrow Ətraflı
Huawei Berlində yeni nəsil biləyə taxılan cihazların model xəttini təqdim etdi və bununla da biləyə taxılan innovativ qurğuların yeni dövrünün başlandığını elan etdi  FOTO like
  • 16 May 12:35  
Digərləri

Bugün Berlində keçirilən innovativ məhsulların təqdimat tədbirində Huaw

arrow Ətraflı
Əslində Ermənistan Konstitusiyasında nə var?  Paşinyan növbəti dəfə yalan danışdı like
  • 16 May 12:27  
Siyasət Əslində Ermənistan Konstitusiyasında nə var? Paşinyan növbəti dəfə yalan danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya açıqlama verib.

arrow Ətraflı
Türkiyədə azərbaycanlı qadını qətlə yetirən şəxsə hökm oxundu like
  • 16 May 12:21  
Digərləri Türkiyədə azərbaycanlı qadını qətlə yetirən şəxsə hökm oxundu

Türkiyədə azərbaycanlı qadını qətlə yetirən şəxsə hökm oxunub.

arrow Ətraflı
Kursant hərbi rütbəsi əsgər hərbi rütbəsinə bərabər tutulacaq like
  • 16 May 12:12  
Digərləri Kursant hərbi rütbəsi əsgər hərbi rütbəsinə bərabər tutulacaq

Kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulaca

arrow Ətraflı
İsti havada avtomobili sərin saxlamaq üçün 5 effektiv ÜSUL like
  • 16 May 12:05  
Digərləri İsti havada avtomobili sərin saxlamaq üçün 5 effektiv ÜSUL

İsti havalarda avtomobil salonunu sərin saxlamaq çətindir, xüsusilə günə

arrow Ətraflı
ABŞnin dövlət katibi İstanbuldadır like
  • 16 May 12:02  
Digərləri ABŞnin dövlət katibi İstanbuldadır

ABŞ-nin dövlət katibi Marko Rubio İstanbuldadır.

arrow Ətraflı
İlham Əliyevin Tiranada Antonio Koşta və Ursula fon der Lyayen ilə görüşü olub  FOTO like
  • 16 May 11:58  
Siyasət İlham Əliyevin Tiranada Antonio Koşta və Ursula fon der Lyayen ilə görüşü olub FOTO

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Azərbaycanda ən çox maaş alan bu şəxslərdir like
  • 16 May 11:53  
Digərləri Azərbaycanda ən çox maaş alan bu şəxslərdir

2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan i

arrow Ətraflı
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı like
  • 16 May 11:44  
Siyasət Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı

Son günlər sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin gu

arrow Ətraflı
"Diqlas"ın yerində ticarət mərkəzi tikiləcək  RƏSMİ like
  • 16 May 11:36  
Digərləri "Diqlas"ın yerində ticarət mərkəzi tikiləcək RƏSMİ

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəl

arrow Ətraflı
Bakıda yeni bulvar salınacaq like
  • 16 May 11:27  
Digərləri Bakıda yeni bulvar salınacaq

Bülbülə gölündə təmizlik və quruculuq işləri davam etdirilir.

arrow Ətraflı
Azərbaycanda ticarət mərkəzində FACİƏ like
  • 16 May 11:13  
Digərləri Azərbaycanda ticarət mərkəzində FACİƏ

Şamaxıda xadimə hündürlükdən yıxılıb.

arrow Ətraflı
MuğanlıİsmayıllıQəbələ yolunda tunel olacaq  960 metr like
  • 16 May 11:08  
Digərləri MuğanlıİsmayıllıQəbələ yolunda tunel olacaq 960 metr

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsm

arrow Ətraflı
Taksilərdə yeni tələblər   Dəyişikliklər var like
  • 16 May 11:00  
Digərləri Taksilərdə yeni tələblər Dəyişikliklər var

Taksilərdə müştərilərin nəğdsiz ödəniş edə bilməsi üçün postterm

arrow Ətraflı