İranAzərbaycanGürcüstan tranzit dəhlizi: Üç ölkənin iqtisadiyyatına necə təsir edə bilər?
Digərləri 16 May 2025 00:39:00 64 0
Bir müddət əvvəl İranın ölkənin yol və şəhərsalma nazirinin müşaviri Əmin Tərəffo TRACECA çərçivəsində İran-Gürcüstan-Azərbaycan tranzit dəhlizinin yaradılmasını təklif edib.
Bu xəbəri də oxu: Vüsal Məmmədov vəzifəsindən azad edildi
Bu dəhliz üç ölkə arasındakı iqtisadi münasibətlərə necə təsir edə bilər?
Mövzu ilə bağlı Trend-ə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, TRACECA-nın genişləndirilməsi bütövlükdə region yüklərinin daşınmasının həcminin artırılması baxımından vacibdir:
"Nəzərə alsaq ki, Azərbaycanın inkişaf etmiş infrastrukturu həm orta dəhlizin imkanlarının artırılmasına həm də Gürcüstan və Azərbaycan tranzit dəhlizinin TRACECA vasitəsilə genişləndirilməsinə şərait yaradır. Bu regionun, o cümlədən Azərbaycan və Gürcüstanın, eləcə də İranın beynəlxalq yük daşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradacaq. Digər tərəfdən bunun ən vacib üstünlüklərindən biri də ondan ibarətdir ki, region üçün öz istehsal etdikləri məhsulları ixrac imkanı deməkdir".
Millət vəkili vurğulayıb ki, Azərbaycan və Gürcüstan üçün daha çox ixrac prioritet məsələlərdəndir:
"Azərbaycan qeyri-neft ixracatını genişləndirmək istəyir. Bu konteksdən yeni bir dəhlizin formalaşması həm də regionda ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə imkan yaradacaq. Artıq Azərbaycan-Gürcüstan-Türkiyə strateji əməkdaşlığı var. Bu əməkdaşlığa İranın da qoşulması region ölkələrinin strateji əməkdaşlığının daha çox region ölkələrini əhatə etməsinə gətirib çıxara bilər. Ona görə də həm regiondakı əməkdaşlığın gücləndirilməsi, həm də region üzərindən yüklərin daşınması, eyni zamanda regionun geosiyasi əhəmiyyətinin artırılması baxımından bu vacib dəhliz hesab olunur".
Siyasi şərhçi Əziz Əlibəyli isə Trend-ə qeyd edib ki, bu təklifin İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra gündəmə gəlməsini unutmaq lazım deyil:
"Həm də unutmaq lazım deyil ki, İranda Ermənistanın sifarişləri ilə danışan kifayət qədər siyasətçi var. Xüsusən də Zəngəzur dəhlizi üzərində müzakirələr ərəfəsində bu təklif yaxşı bir cavab kimi səsləndirildi. Azərbaycan həm də paralel şəkildə Zəngəzur üzərində təzyiqi artırıb. Ermənistandan keçən yola paralel İran ərazisindən başqa bir yol çəkməsi də Ermənistana ciddi bir zərbə oldu".
Ə.Əlibəylinin sözlərinə görə, Ermənistana ən böyük zərbə TRACECA çərçivəsində Azərbaycan ərazisindən keçməklə Avropaya çıxış imkanının səsləndirilməsi oldu:
"Bu dəhliz Azərbaycan-İran-Gürcüstan münasibətləri üçün unikal bir imkandır. Məncə bu Ermənistanın bölgədə ciddi şəkildə təklənməsinə, zərər çəkməsinə gətirib çıxaracaq. Bizim üçün isə iqtisadi imkanlar kimi yüksək dərəcədə potensial üstünlüklər vəd edir".
ABŞ-ın birinci xanımı Melaniya Trampın doğma vətənində-Sloveniyada ə

Son.az 16 may 2025-ci il üçün bürc proqnozunu təqdim edir:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tə

Yatmazdan əvvəl qəbul edilən zülal sayəsində yatarkən əzələ inkişaf�

6 il əvvəl yanan "Diqlas"ın yerində yeni ticarət mərkəzi tikil�

Xalq artisti Rasim Balayev Cəfər Cabbarlı adına Kinostudiya ilə bağlı aç

Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliy

Son.az Kulis.az-a istinadla Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhim�

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə beş nəfər xəsarət

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Bakının Qaradağ rayonu, "Qobu park" yaşayış massivində yerləş

Mayın 15-də Heydər Əliyev Mərkəzində ümumi təhsil müəssisələrinin I

Texnologiya dünyasının iki nəhəngi- Bill Qeyts və İlon Mask bu dəfə el

Azərbaycanın 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəllə
