Distant təhsil müəllimlə tələbənin monitor arxasında əyləşməsi DEYİL


Digərləri 13 May 2025 07:07:00 58 0

Distant təhsil müəllimlə tələbənin monitor arxasında əyləşməsi DEYİL

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) distant təhsil xidmətlərinin təşkili ilə yeni dövlət standartı qəbul edib.

AZSTAND-ın yaydığı məlumata görə, bu standart distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini əhatə edir və bu sahədə beynəlxalq normalara uyğunluğun təmin olunmasına xidmət edir.

Yeni standartın tətbiqində əsas məqsəd müasir texnologiyaların imkanlarından istifadə etməklə təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eyni zamanda vətəndaşlara yerindən asılı olmayaraq keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır.

Ekspertlər deyir ki, bu standartın qəbul olunması hazırda xarici ali məktəblərdən distant formada alınan diplomların avtomatik tanınacağı anlamına gəlmir. Bununla belə, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri bu standart əsasında distant təhsil xidmətlərini qurmaqla beynəlxalq tələblərə uyğun fəaliyyət göstərə biləcəklər.

Standart xüsusilə əyani təhsilə davam edə bilməyən - rayonda yaşayan, xəstəliyi olan, iş həyatı ilə təhsili uzlaşdırmağa çalışan şəxslər üçün daha əlverişli təhsil imkanları yaradılmasına töhfə verəcək.

Qeyd edək ki, yeni standartın qəbul edilməsi distant təhsil formasının yaradılacağı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Modern.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyir ki, yaşadığımız dövr təhsillə bağlı yeni yanaşmalar diqtə edir:

"Təhsil hər zaman özünü inkişaf etdirən proses olduğu üçün bundan qaçmaq mümkün deyil. Dövrün tələbləri özünü ilk növbədə təhsilin üzərində həyata keçirib. İT yanaşmaları, digər formasiyalar biraz yaxından, biraz uzaqdan təhsildə öz əksini tapır. Biz bunun fərqində olmuruq. Bu gün dərsliklərə baxsaq görəcəyik ki, təhsildə mahiyyət xeyli dəyişib. Təhsil artıq əzbərlətmək yox, düşündürmək istəyir. 21-ci əsr həm də onlayn əlaqələr əsridir. Distant təhsil tədris prosesinin məsafədən təşkili deməkdir. Bu gün bütün cəmiyyətlərdə insanlar arası münasibətlər müəyyən qədər onlayn məsafədən təşkil olunursa, bu təhsildən yan keçə bilməz. Gələcəkdə bu daha da çox artacaq. Biz pandemiya dövründə bunu gördük. O dövrdə bu məcburiyyətdən yaranmışdı. Amma əmin olun ki, dünyanın bir çox ölkələrində distant təhsilə münasibət var idi, bu proses başladılmışdı".

Ekspert qeyd edib ki, pandemiya dövründə distant təhsilə hazır olmadığımızı gördük.

"Məcburi şəkildə təhsil prosesini onlayn təşkil etmək ayrıdır, distant təhsili peşəkar səviyyədə qurmaq, təhsilin onlayn şəkildə tədrisini faydalı şəkildə həyata keçirmək ayrıdır. Mən onlayn tədrislə bağlı bir kitabla tanış oldum. Onlayn tədrisi necə qurmaq, necə faydalı almaq barədə məlumatları özündə ehtiva edirdi. Bu kitaba göz gəzdirəndən sonra mən sözün əsl yaxşı mənasında dəhşətə gəldim. Biz elə bilirdik ki, monitorun arxasında a nöqtəsində tələbə, b nöqtəsində müəllim varsa, distant təhsil var. Amma orada o qədər incəlikləri oxudum ki, sözün yaxşı mənasında təəccübləndim".

Ekspert bildirib ki, Təhsil haqqında qanunda təhsil formaları əyani, qiyabi və distant olmaqla 3 forma göstərilir:

"İcra prosesində isə ancaq əyani və qiyabi formalar var. Distant təhsilə keçid zəruridir. Əgər zəncirin 3-cü halqası varsa, dördüncü də olmalıdır. Distant təhsil də tədrisin növbəti halqasıdır. Bir müddət əvvəl distant təhsillə bağlı standartlar təsdiq olundu, bu sevindirici haldır. Amma burada sui-istifadə hallarının olması da gözləniləndir. Distant təhsil tədris prosesinin vaxt amilinə xüsusi diqqət yetirilməsini, burada zaman amilinin qorunmasını və paralel olaraq prosesin daha faydalı olunmasını nəzərdə tutan mexanizmdir. Bir şəxs bu faydalılıq mexanizmdən imtina edəcək, sui-istifadə edəcəksə, onun haqqında nəsə deməyə ehtiyac yoxdur. O artıq öz gələcəyini, kadr kimi formalaşmasını, fərddən şəxsiyyətə uğurlu keçid mexanizmini özü məhv etmiş olur. Distant təhsildən insan niyə sui-istifadə etməlidir?!

"Sui-istifadə halları distant təhsilin əsas risklərindəndir"

E.Nuri qeyd edib ki, bu gün yetəri qədər təhsildə sui-istifadə hallarının şahidi oluruq:

"Amma təhsilin mahiyyətini duyan insanlar distant təhsili iki əlli alqışlamalıdırlar. Sui-istifadə hallarının mexanizmini müəyyənləşdirmək üçün ümumiyyətlə distant təhsilin təşkili mexanizmini öyrənməliyik. Bu gün bizim orta və ali təhsil seqmentimizdə distant təhsilin düzgün təşkili və faydalı çatdırılması ilə bağlı nə qədər şəxs biliklidir?! Dediyim kimi, distant təhsil monitor arxasında müəllim və tələbənin əyləşməsindən ibarət deyil. Orada elə incəliklər var ki, təlimlərdə keçirilməlidir. Bu mövzuda xüsusi seminarlar təşkil olunmalıdır. Bu seminarlarda qarşı tərəfin sui-istifadə mexanizmləri araşdırılmalı və qarşısının alınması yolları öyrənilməlidir". Son.az


Xəbərə aid fotolar

Yayda üz dərisinə necə qulluq edək? like
  • 13 May 06:06  
Digərləri Yayda üz dərisinə necə qulluq edək?

Yaz aylarının gəlişi ilə birlikdə dərimizin daha çox təmiz hava ilə t�

arrow Ətraflı
Alçanı duzla yeməyin ziyanları like
  • 13 May 04:04  
Digərləri Alçanı duzla yeməyin ziyanları

Yazın başlanğıcı ilə təbiət yenidən həyat tapır, ağaclar meyvə veri

arrow Ətraflı
Ləzzətli keks bişirməyin 4 sadə sirri  pufpuf olan möhtəşəm dad like
  • 13 May 03:03  
Digərləri Ləzzətli keks bişirməyin 4 sadə sirri pufpuf olan möhtəşəm dad

Ev şəraitində bişirilən kekslərin o mis kimi ətri və yumşaq teksturası

arrow Ətraflı
Solaxaylara pis xəbər  Bu xəstəliklərə daha çox meyllidirlər like
  • 13 May 02:02  
Digərləri Solaxaylara pis xəbər Bu xəstəliklərə daha çox meyllidirlər

Dünyadakı insanların təxminən 10 faizinin solaxay olduğu məlumdur. Lakin

arrow Ətraflı
“Ayla”nın real qəhrəmanı öldü like
  • 13 May 01:10  
Şou-biznes “Ayla”nın real qəhrəmanı öldü

"Ayla" filmi ilə hekayəsi böyük maraq doğuran koreyalı Kim Eunja

arrow Ətraflı
Ən bədbəxt 4 bürc  Ulduzlar onları daim sınayır like
  • 13 May 01:01  
Digərləri Ən bədbəxt 4 bürc Ulduzlar onları daim sınayır

May ayının sonuna doğru ulduzların düzülüşü bəzi bürclər üçün kə

arrow Ətraflı
Bakıda mağazanın tualetindən meyit tapıldı like
  • 13 May 00:52  
Digərləri Bakıda mağazanın tualetindən meyit tapıldı

Bakıda mağazanın tualetindən meyit tapılıb.

arrow Ətraflı
Azərbaycanda nə qədər tibb bacısı var?  Rəsmi RƏQƏMLƏR like
  • 13 May 00:47  
Digərləri Azərbaycanda nə qədər tibb bacısı var? Rəsmi RƏQƏMLƏR

Hər il 12 May Tibb bacıları günü qeyd olunur. Bu gün Beynəlxalq Tibb bac�

arrow Ətraflı
Samir Bayramlı MTVdən sonra bu kanalda! like
  • 13 May 00:36  
Şou-biznes Samir Bayramlı MTVdən sonra bu kanalda!

Aparıcı Samir Bayramlı bir müddət öncə uzun illərdir çalışdığı MTV

arrow Ətraflı
Rusiya ilə ultimatumla danışmaq mümkün deyil  Peskov like
  • 13 May 00:25  
Digərləri Rusiya ilə ultimatumla danışmaq mümkün deyil Peskov

Rusiya Ukraynada uzunmüddətli nizamlanmaya nail olmaq yollarını ciddi şəki

arrow Ətraflı
"Adamın ürəyi partlayır, amma danışa bilmirəm" like
  • 13 May 00:13  
Şou-biznes "Adamın ürəyi partlayır, amma danışa bilmirəm"

Müğənni Qumral Musayeva maraqlı açıqlama verib.

arrow Ətraflı
"Elza onun yolunu kəsir" like
  • 12 May 23:47  
Şou-biznes "Elza onun yolunu kəsir"

Aparıcı Elgiz Əkbər verilişinə Rasimə Seyidcahanı dəvət edib.

arrow Ətraflı
1 km piyada gəzib ər axtardılar  FOTO like
  • 12 May 23:32  
Digərləri 1 km piyada gəzib ər axtardılar FOTO

Çanaqqalanın Bayramiç rayonunda gənclər "Aşiqlər küçəsi" adl

arrow Ətraflı
Aleyna Tilki səhnədə qorxulu anlar yaşadı  Anbaan VİDEO like
  • 12 May 23:03  
Şou-biznes Aleyna Tilki səhnədə qorxulu anlar yaşadı Anbaan VİDEO

Türkiyəli məşhur müğənni Aleyna Tilki həyəcanlı anlar yaşayıb.

arrow Ətraflı
Samir Əliyev infarkt keçirdi  Həyatını itirdi like
  • 12 May 22:48  
Digərləri Samir Əliyev infarkt keçirdi Həyatını itirdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəy

arrow Ətraflı