Kürəkənini öldürən qayınataya hökm oxundu
Kriminal 12 May 2025 22:13:00 67 0
Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bu xəbəri də oxu: DTX əməliyyat keçirdi: çox sayda terrorçu xaricdə ƏLƏ KEÇDİ
Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Tayır Tayırov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı onun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Abşeron Rayon Prokurorluğunun yaydığı məlumata görə, ötən il yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin Ələkbərovun Saray qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı onun qayınatası 1975-ci il təvəllüdlü Tayır Tayırovun aralarında yaranmış mübahisə zamanı qohumu Elvin Ələkbərova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.
Məlumata görə, Elvin Ələkbərov əlində bıçaqla qayınatasının evinə gəlib və onu bıçaqlamaq istəyib. Qayınatası isə həmin bıçağı alaraq E.Ələkbərovu qətlə yetirib. Son.az
Bakı şəhər Baş Polis İdarəsi Azərbaycanın Avropa Şurası yanında Daim

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində y

Məşhur müğənni Sıla Gençoğlu,viza problemi ilə üzləşməmək üçün

Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səsy

Kanal D ekranlarının sevilən serialı "Eşref Rüya" böyük maraql

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

"Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək h�

Marketlərdə alış-veriş zamanı post-terminal vasitəsilə vətəndaş tər�

Böyük Britaniyanın Baş naziri Keir Starmerin evində yanğın baş verib.

İctimai nəqliyyat vasitələrindən ən çox istifadə olunanlardan biri - met

Xalq artisti Röya Ayxan aparıcı Zaur Baxşəliyevə səhnədən söz atıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında faydalı qazın

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisind�

Sovet və Rusiya aktrisası Nina Qrebeşkova 95 yaşında vəfat edib.

"Komedixana"nın ulduzları təkcə səhnədəki yumorları və parlaq
