Çiçəkləriniz solmasın deyə nə etmək olar? VİDEO
Digərləri 12 May 2025 14:05:00 72 0
Çiçəklərinizin solmasına imkan verməyin - bu TikTok hesabları evinizi yaşıllaşdıracaq
Bu xəbəri də oxu: İrəvanda “Azərbaycan” yazılan pasportlar Ermənilər ŞOKDA
İlk baxışda TikTok viral trendlərlə dolu bir platforma kimi görünə bilər. Amma bu rəqəmsal dünyanın dərinliklərinə enəndə, tamamilə fərqli və faydalı bir aləmə düşürsən. Burada bəziləri dadlı yeməklərin, digərləri incəsənətin, bir başqaları isə bitkilərin dilini danışır. Bəli, TikTok sadəcə əyləncə deyil, eyni zamanda öyrədən, ilham verən və gündəlik həyatımıza praktik töhfə verən bir mənbəyə çevrilib.
Bitkilərlə maraqlananlar üçün TikTok tam bir xəzinədir. Bu platformada evdəki sukulentin niyə solduğunu, orxideyanın hansı işıqda daha sağlam böyüdüyünü və ya sadəcə saksı dəyişdirməyin ən estetik yolunu öyrənmək mümkündür. Ən gözəli isə odur ki, bu məlumatlar quru akademik dillə yox, vizual, səmimi və bəzən də olduqca emosional formatda təqdim olunur. İndi isə gəlin TikTok-da yaşıl aləmin sözçülərinə çevrilmiş dörd yerli hesabla tanış olaq.
@rufan_amiraslanov - Bitkilərlə empati quran adam
Rufan Amiraslanovun TikTok hesabı adi bir "bitki baxımı" səhifəsi deyil. O, hər bir bitkini canlı varlıq kimi təqdim edir və onların ehtiyaclarını sanki bir psixoloq kimi izah edir. Onun ən məşhur paylaşımlarından biri - "Bu bitki filtr rolunu oynayır" - dediyi videodur. Bu məlumat minlərlə insanın marağına səbəb olub. Rufan sadəcə gübrə və ya torpaq tövsiyəsi vermir, həm də izləyiciləri bitkilərlə ruhsal bir bağ qurmağa təşviq edir. Sanki hər yeni video, bir çiçəyin iç dünyasını açır.
@plant_house_baku - Bitkiləri estetikaya çevirən məkan
Plant House Baku-nun səhifəsi yaşıllığın zövqlə birləşdiyi bir instinkt festivalıdır. Bu hesabda sırf baxım yox, həm də "bitki dizaynı" haqqında danışılır. Dipçəyin seçimi, bitkinin evin hansı bucağına qoyulması, onun məkanla uyğunluğu - hər detal düşünülüb. Ən çox izlənilən paylaşımlarından biri bitkilərdəki zəzərvericilərə üçün hazırladığı qarışımı göstərdiyi videodur. Plant House Baku-nun hər videosu göstərir ki, bir bitki evin dekorundan daha artıq bir şey ola bilər - o, evin ruhudur.
Əməkdar artist Nigar Şabanova yenidən cərrah bıçağı altına uzanacaq.

Gəncə şəhərində yaşayış binasında partlayış baş verib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında müasi

"TikTok"da özünü şair kimi təqdim edən İlhamə Elşadqızının

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ümummilli Lider Heyd�

ABŞ və Çin arasında uzun müddətdir davam edən ticarət müharibəsi İsve

"İstəyirdim ki, susum, bu haqda video çəkməyim. Amma bu videonu çəkm

Elimizin toy kimi gözəl adəti var. Amma bu adətin xərci çox olur. Belə ki

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i ax

Ermənistanda doğum yeri "Azərbaycan" yazılan pasportların hələ

Bakıda narkotik satışı ilə məşğul olan şəxs 3 nəfər tərəfindən o�

PKK terror təşkilatı 12-ci qurultayından sonra yayımladığı bəyanatda ö
