Yeni Roma Papası Leo kimdir? Bilməli olduğunuz 10 vacib fakt


Dünya 10 May 2025 10:01:00 75 0

Yeni Roma Papası Leo kimdir?  Bilməli olduğunuz 10 vacib fakt

Vatikanda keçirilən konklavın üçüncü turunda, Papa Fransiskin vəfatından sonra, yeni papa seçilən- XIV Leo, əsl adı ilə Robert Francis Prevost. O, Amerika qitəsindən seçilən ilk papa olmaqla tarix yazıb.

69 yaşlı Çikaqo mənşəli Prevost qlobal təcrübəyə malik bir lider kimi tanınır. Uzun illər Cənubi Amerikada missionerlik fəaliyyəti ilə məşğul olub və son dövrlərdə Vatikanda yepiskopların təyinatına nəzarət edən mühüm ofisə rəhbərlik edib.

Son.az xəbər verir ki, "CNN International" bildirir ki, onun seçilməsi mərhum Papa Fransiskin islahat kursunun davamı kimi qiymətləndirilir. Prevostun fəaliyyətinin yoxsullara və cəmiyyətin kənarında qalanlara yönələcəyi gözlənilir.

Yeni Papa haqqında bilməli olduğunuz 10 əsas məqam:

Çikaqoda doğulsa da, uzun illər Peruda yaşayıb və xidmət edib, ABŞ kardinalları arasında ən universal düşüncəli hesab olunurdu.

10 il Trujillo şəhərində, daha sonra isə Çiklayo yepiskopu kimi fəaliyyət göstərib.

İspan və italyan dillərində sərbəst danışır.

Papa Fransiskin rəğbətini qazanmışdı

Papa Fransisk ona xüsusi hörmət bəsləyir, onu bacarıqlı və uzaqgörən lider kimi qiymətləndirirdi.

Avqustin ordeninin üzvüdür

Uzun illər Avqustin rahiblər ordeninin başçısı olub.

İlk çıxışında Müqəddəs Avqustindən sitat gətirərək təvazökarlıq nümayiş etdirdi: "Sizin üçün mən yepiskopam, sizinlə birlikdə isə sadəcə bir xristianam."

Geniş liderlik təcrübəsinə malikdir

Yepiskoplar Prioriyasının rəhbəri olub, həmçinin Latın Amerikası üzrə Papa Komissiyasının prezidenti vəzifəsini daşıyıb.

Missionerlik ruhu ilə yaşayır.Özünü hələ də missioner kimi görür və harada olur-olsun, Müjdəni yaymağı əsas vəzifəsi hesab edir. Peruda keçirdiyi illəri şəxsi və ruhani inkişafında ən təsirli dövr kimi dəyərləndirir.

İkili vətəndaşlığa sahibdir. ABŞ və Peru vətəndaşıdır. 2015-ci ildə Peru pasportu alıb.

"Leo" adını seçməsi təsadüfi deyil - sonuncu Papa VIII Leo da yoxsul və zəhmətkeşlərin hüquqlarının müdafiəçisi olub.

Kilsənin daha inklüziv və qlobal istiqamətə yönəlməsində Papa Fransiskin xəttini davam etdirəcək, lakin öz fərdi liderlik tərzini də nümayiş etdirəcək.

Sosial məsələlərdə mütərəqqi, əxlaqi məsələlərdə isə mötədil mövqe tutması gözlənilir.

Riyaziyyat və ilahiyyat üzrə təhsil alıb.  Peruda seminariyada kanon hüququ üzrə dərs də deyib.Tennis və səyahət həvəskarıdır

"Mən özümü kifayət qədər həvəskar tennisçi hesab edirəm. Perudan ayrıldıqdan sonra məşq üçün az imkanım oldu, korta qayıtmağı səbirsizliklə gözləyirəm," - deyə o, kardinal olduqdan sonra Avqustin Ordeninə müsahibəsində bildirib.

Asudə vaxtlarında kitab oxumaq, gəzmək və yeni yerləri kəşf etmək onun sevdiyi məşğuliyyətlərdəndir.

Fidan Son.az

İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib like
  • 10 May 09:58  
Siyasət İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayo

arrow Ətraflı
Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları like
  • 10 May 09:48  
Siyasət Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş "Ko

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs vəfat etdi like
  • 10 May 09:35  
Digərləri Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.

arrow Ətraflı
Hindistanla Pakistan arasında gərginlik artdı  Şiddətli döyüşlər gedir like
  • 10 May 09:31  
Dünya Hindistanla Pakistan arasında gərginlik artdı Şiddətli döyüşlər gedir

Hindistan və Pakistan arasında uzun illərdir davam edən sərhəd münaqişə

arrow Ətraflı
Mərkəz və qəsəbə bazarlarında nə qədər qiymət fərqi var? like
  • 10 May 08:48  
Digərləri Mərkəz və qəsəbə bazarlarında nə qədər qiymət fərqi var?

Bakı qəsəbələrinin ucuz bazarları... Hətta bu bazara digər qəsəbələr

arrow Ətraflı
“Anamla bacımı itirdikdən sonra sənətdən getmək istədim” like
  • 10 May 08:08  
Şou-biznes “Anamla bacımı itirdikdən sonra sənətdən getmək istədim”

Əməkdar artist Nüşabə Ələsgərli efirdə kövrəlib.

arrow Ətraflı
Yekun qələbə yaxındır  Medvedyev like
  • 10 May 07:07  
Digərləri Yekun qələbə yaxındır Medvedyev

Rusiya nasistləri yenidən darmadağın etməyə hazırdır, çünki onun arxas

arrow Ətraflı
Bu bürclər çox çətin seçim qarşısında qalacaq like
  • 10 May 06:06  
Digərləri Bu bürclər çox çətin seçim qarşısında qalacaq

Bəzən həyat yol ayrıcında dayanır, səni yollardan birini seçməyə məcb

arrow Ətraflı
"Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə" like
  • 10 May 04:04  
Şou-biznes "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"

Əməkdar artist Vasif Məhərrəmli bağını satıb.

arrow Ətraflı
"İndi də bədənimdə qəlpələr var"  Xalq artisti like
  • 10 May 00:15  
Şou-biznes "İndi də bədənimdə qəlpələr var" Xalq artisti

Xalq artisti Şükufə Musayeva "AStar" verilişində qonaq olub. 

arrow Ətraflı
Günün qoroskopu: Rəqəmlərlə ünsiyyətiniz bu gün güclüdür like
  • 10 May 00:01  
Digərləri Günün qoroskopu: Rəqəmlərlə ünsiyyətiniz bu gün güclüdür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Heydər Əliyevin anadan olmasının 102ci ildönümüdür like
  • 10 May 00:00  
Siyasət Heydər Əliyevin anadan olmasının 102ci ildönümüdür

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü

arrow Ətraflı