Bədən yaxşı görünsün deyə içirik, ancaq öldürə bilər Həkim açıqladı
Digərləri 08 May 2025 22:00:00 81 0
Son illərdə gənclər arasında protein tozu istifadəsi sürətlə artıb. Bədən quruluşunu inkişaf etdirmək və əzələ kütləsini artırmaq məqsədilə istifadə edilən protein tozları əslində yanlış istifadə hallarında ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Bu xəbəri də oxu: Avro ucuzlaşdı, rubl bahalaşdı dollar isə...
Qastroenterologiya üzrə mütəxəssis Prof. Dr. Vedat Göral protein tozlarının zərərli tərkib hissələrinin qaraciyər funksiyasını pozaraq, qaraciyər çatışmazlığı, siroz və hətta qaraciyər transplantasiyasına qədər ciddi problemlərə səbəb ola biləcəyini bildirib.
"Protein tozları məsum deyil", - deyən Prof. Dr. Göral gənclərin xüsusən də əzələ kütləsini artırmaq məqsədilə protein tozlarına yönəldiklərini bildirib. Bu tozlar daha fit bədən təqdim etsə də, həmişə zərərsiz olmurlar. Protein tozları əsasən süd, yumurta, soya və peynir altı suyu (whey proteinləri) əsasında hazırlanır. Lakin bunlara bəzən toksik maddələr və anabolik steroidlər də əlavə oluna bilər ki, bu da bədənin əzələ kütləsini artırmaqla yanaşı, qaraciyər funksiyalarını pozaraq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Prof. Dr. Göral, xüsusən alkoqol ilə birlikdə istifadə olunan protein tozlarının daha təhlükəli olduğunu və qaraciyər xəstəlikləri və qaraciyər yağlanması olan insanlar üçün ciddi təhlükə yaratdığını bildirdi. Bu məhsullar yalnız qaraciyəri deyil, həmçinin böyrək funksiyalarını da poza bilər. Bəzən bu tip əlavələr ürək problemlərinə və hətta ölüm hallarına gətirib çıxara bilər.
Apple şirkətin tarixində ən nazik smartfonu - "iPhone 17 Air"i bur

Çox tezliklə bürcün dörd nümayəndəsi Kainatdan xüsusi sürpriz alacaqla

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Müğənni Şəbnəm Tovuzlu həmkarı Xuraman Şuşalının onun kliplərini, m

Bir neçə aydır ki, Çin istehsalı olan avtomobillərə maraq artıb. 22 min

Yasamal rayonu Zahid Xəlilov 43 ünvanında yerləşən ərzaq mağazasında d�

Xolesterini təbii üsullarla aşağı salmaq istəyənlər üçün son dövrdə

Aparıcı-prodüser Tarix Əliyev yeni doğulan qızından danışıb.

8 may 2025-ci il tarixində Vatikan şəhərində keçirilən konklav nəticəsi

"Azərbaycanda bəzi vətəndaşlar müddətli həqiqi hərbi xidmətə ça

Azərbaycan ilə Türkiyə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqəl

Hələ də bəzi sahələrdə təkmilləşməyə, asanlaşmaya ehtiyac var. Bunl

"Malibo" MTK binasında yaşayan vətəndaşa liftdən istifadə etmə
