İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 08 May 2025 15:14:00 65 0

İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli Zirvə Toplantısının iştirakçıları,

Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə salamlayıram.

Builki Zirvə Toplantısı əlamətdar hadisə - Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin qurulmasının 40-cı ildönümünə təsadüf edir. Bu münasibətlə Vəqfin bütün üzvlərini ürəkdən təbrik edirəm. 1985-ci ildə sülh və dialoq təşəbbüsü olaraq təsis olunmuş Vəqf bu gün öz sıralarında nüfuzlu siyasətçiləri, politoloqları, iqtisadçıları, akademik dairələrin nümayəndələrini və iş insanlarını birləşdirərək qlobal və regional əməkdaşlığın genişləndirilməsinə, sülhün, sabitliyin qorunmasına, mədəniyyətlərarası dialoqun təşviqinə böyük töhfə verən mühüm platformalardan birinə çevrilmişdir.

Mərmərə Qrupu Vəqfinin və onun rəhbəri hörmətli Akkan Suverin Azərbaycan və Türkiyə arasında əlaqələrin genişlənməsində xidmətlərini xüsusi vurğulamaq istərdim.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Mərmərə Qrupu Vəqfinin fəaliyyətini daim yüksək qiymətləndirmiş və təşəbbüslərini dəstəkləmişdir. Qeyd etmək lazımdır ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən Avrasiya İqtisadi Zirvə Toplantıları keçirilməyə başlamış və həmin ildə Heydər Əliyev Mərmərə Qrupu Vəqfinin fəxri sədri seçilmişdir.

Mərmərə Qrupu Vəqfinin qurulmasının 40 illiyi münasibətilə təsis edilən 16 mükafat arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə "Türk Dünyası Mükafatı"nın yer alması bizim üçün böyük şərəfdir. Ümummilli Liderin adına ithaf edilən mükafata dünyaşöhrətli alim, Nobel mükafatı laureatı və Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü - Əziz Sancarın layiq görülməsi xüsusi məmnunluq doğurur.

Bu gün Azərbaycan ilə Türkiyə arasındakı birlik, qardaşlıq və həmrəylik bütün Türk dünyası üçün böyük töhfədir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, strateji müttəfiqliyimizin gücləndirilmisində əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri vardır. Ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın birliyindən qaynaqlanan və hazırda dinamik inkişaf edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə rifaha, sülhə və təhlükəsizliyə töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.

Avrasiya İqtisadi Zirvə Toplantısının builki iclası "Yaşana bilən bir dünya üçün dialoq" mövzusuna həsr olunub. Hansı sahədə olursa olsun, istər dövlətlərarası münasibətlərdə, istərsə də insanlararası təmaslarada dialoq mühüm sabitləşdirici faktor və körpü olaraq çıxış edir. Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu məkanda yerləşən Azərbaycanda əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri dostluq, qardaşlıq, qarşılıqlı etimad və anlaşma şəraitində birgə yaşayırlar. Xalqlararası dostluğun, dinlərarası dialoqun, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması bizim yaşam tərzimiz olmaqla yanaşı, dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Ölkəmiz eyni zamanda qlobal müstəvidə də mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalararası dialoq zəminində təşəbbüslərlə çıxış edir.

Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, sosial-iqtisadi rifahın təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Hesab edirəm ki, hazırda bu bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır.

Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar, beynəlxalq münasibətlər sistemində artan parçalanma və gərginlik dövründə dünyada sülh, əmin-amanlıq və dinc birgəyaşayışın təmin olunmasında dialoqun rolu danılmazdır. Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatına, keçən ilin noyabrından etibarən isə COP29-a sədrlik edərək Qlobal Cənub ilə Qlobal Şimal arasında uzun illərdən bəri formalaşmış etimadsızlıq mühitinin aradan qaldırılması, onlar arasında dialoq körpüsünün qurulması və qarşılıqlı anlaşmanın bərqərar olması uğrunda səylərini əsirgəmirdi. Məhz Azərbaycanın tutduğu balanslaşdırılmış mövqe COP29-da qlobal iqlim fəaliyyətinə müsbət təkan verən və çoxtərəfliliyin təntənəsi olan "Bakı sıçrayışı"nın əldə edilməsini şərtləndirdi.

İnanıram ki, builki Avrasiya İqtisadi Zirvə Toplantısı iqtisadiyyat, enerji, rəqəmsallaşma, süni intellekt, səhiyyə, ətraf mühit və digər aktual mövzular və yeni əməkdaşlıq imkanları ətrafında faydalı müzakirələrin aparılması, ideyaların və təcrübələrin mübadiləsi, səylərin əlaqələndirilməsi üçün əhəmiyyətli platforma olacaq.

Bir daha Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin bütün üzvlərini yubiley münasibətilə təbrik edir, Vəqfin fəaliyyətinə bundan sonra da müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Zirvə Toplantısının işinə uğurlar arzulayıram".

Azərbaycanda bu şəxslərə pulsuz evlər veriləcək  120 milyonluq layihə like
  • 08 May 15:05  
Digərləri Azərbaycanda bu şəxslərə pulsuz evlər veriləcək 120 milyonluq layihə

Kəlbəcər rayonunun Zar kəndində fərdi yaşayış evlərinin tikintisinə s

arrow Ətraflı
Umico kredit xətti ilə alışverişə 50% komissiya endirimi like
  • 08 May 15:00  
Digərləri Umico kredit xətti ilə alışverişə 50% komissiya endirimi

11 may 2025-ci il tarixinədək Umico kredit xətti istifadəçiləri üçün x�

arrow Ətraflı
To Lamın Azərbaycana səfəri başa çatıb  FOTO like
  • 08 May 14:53  
Siyasət To Lamın Azərbaycana səfəri başa çatıb FOTO

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin

arrow Ətraflı
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi  FOTO like
  • 08 May 14:50  
Digərləri “Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi FOTO

"Nar"ın baş icraçı direktoru Qunnar Panke Azərbaycan Texnologiya

arrow Ətraflı
Şərif Pakistanın qələbəsini elan etdi like
  • 08 May 14:45  
Dünya Şərif Pakistanın qələbəsini elan etdi

Pakistan xalqı 7 may gecəsi Hindistan Hərbi Hava Qüvvələrinin kütləvi ha

arrow Ətraflı
Əməkdar artist dəvət aldığı toydan oxumadan göndərildi  gəlin İSTƏMƏYİB like
  • 08 May 14:38  
Şou-biznes Əməkdar artist dəvət aldığı toydan oxumadan göndərildi gəlin İSTƏMƏYİB

Əməkdar artist Babək Niftəliyev ilə bağlı şok iddia səslənib.

arrow Ətraflı
Məktəbdə VƏHŞİLİK  7 nəfər yığışıb 15 yaşlı qızı döydü like
  • 08 May 14:30  
Digərləri Məktəbdə VƏHŞİLİK 7 nəfər yığışıb 15 yaşlı qızı döydü

Türkiyənin Sivas şəhərində məktəbdə baş verən dəhşətli zorakılıq

arrow Ətraflı
Pakistana uçuşları təxirə saldı like
  • 08 May 14:00  
Dünya Pakistana uçuşları təxirə saldı

Türkiyənin "Turkish Airlines" aviaşirkəti Pakistana mayın 8 və 9

arrow Ətraflı
Hadisə konsert zamanı özünü saxlaya bilmədi like
  • 08 May 13:53  
Şou-biznes Hadisə konsert zamanı özünü saxlaya bilmədi

Türkiyənin məşhur sənətçisi Hadisə həm şəxsi həyatı, həm də səh

arrow Ətraflı
Azərbaycanlı sərnişinlər Moskvadan Bakıya uça bilmir, aeroportda yatırlar like
  • 08 May 13:40  
Digərləri Azərbaycanlı sərnişinlər Moskvadan Bakıya uça bilmir, aeroportda yatırlar

Moskvanın  Vnukovo hava limanında uçuşlarını gözləyən insanlar yerdə

arrow Ətraflı
HindistanPakistan gərginliyindən ən qazanclı çıxan onlar oldu like
  • 08 May 13:30  
Dünya HindistanPakistan gərginliyindən ən qazanclı çıxan onlar oldu

Hindistan və Pakistan arasında artan gərginlik Asiyada müdafiə şirkətlər

arrow Ətraflı
39 yaşlı tibb bacısı vəfat etdi like
  • 08 May 13:20  
Digərləri 39 yaşlı tibb bacısı vəfat etdi

Qobustan Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı vəfat edib.

arrow Ətraflı
Prezidentdən Arif Babayevlə bağlı sərəncam like
  • 08 May 13:06  
Siyasət Prezidentdən Arif Babayevlə bağlı sərəncam

Arif Babayevə Heydər Əliyev Mükafatı verilib.

arrow Ətraflı