SSRİnin 1972ci ildə Veneraya atdığı raket yerə düşür Azərbaycan da risk altında
Digərləri 08 May 2025 08:47:00 86 0
Sovetlər tərəfindən 1972-ci ildə Venera planeti üçün buraxılan, lakin orbitdə qalan "Kosmos 482" kapsul 53 il sonra Türkiyəyə düşə bilər. Alimlər onun quruluşuna görə atmosferdə yanmadan yerə çatma ehtimalının yüksək olduğunu bildirirlər.
Bu xəbəri də oxu: “Həyat yoldaşım olaola başqa qızlara...” – Nəriman Həsənzadə
Son.az xəbər verir ki, 1972-ci ildə Sovet İttifaqı tərəfindən buraxılan "Kosmos 482" adlı kosmik gəmi Veneraya enmək üçün nəzərdə tutulmuşdu.
Lakin buraxılış mərhələsində nasazlıq səbəbindən o, Yerin orbitini tərk edə bilməyib. Kosmik gəminin böyük hissəsi ilk onillikdə atmosferə girərək yoxa çıxıb.
Bununla belə, diametri təxminən bir metr olan eniş kapsulu 53 ildir ki, elliptik orbitdə fırlanır.
Alimlərin fikrincə, bu metal obyekt yaxın günlərdə nəzarətsiz şəkildə Yerə düşə bilər.
"Kosmos 482"nin ilk olaraq, titan yanacaq çənləri Yeni Zelandiya sahillərinə düşüb. Bu hadisə keçmiş sovet kosmik gəmisinin uzun illərdən sonra Yerə qayıtmasının ilk əlamətləri kimi qeydə alınıb.
Hollandiyalı astronom Marko Lanqbroek yarım tonluq parçanın mayın 10-da yenidən atmosferə girəcəyini proqnozlaşdırır.
Əgər obyektə kənar təsirlər olmasa, o, saatda təxminən 242 kilometr sürətlə yerə dəyəcək. "Risk tamamilə aradan qalxmayıb, lakin çox narahat olmağa ehtiyac yoxdur" deyən Lanqbroek, qəza riskinin hər il baş verən təsadüfi meteor hadisələrinə bənzədiyini əlavə etdi.
Telegram-da kosmosla bağlı paylaşımlar edən Georgi Trişkinin sözlərinə görə, bu parçalar orbiti tərk edərək bir neçə gün ərzində yerə çatıb. Kosmik gəminin bir hissəsi və raketin "Blok L" adlı dördüncü mərhələ raket hissəsi hələ də elliptik orbitdə uçur.
Ən yüksək nöqtəsi Yerdən 9800 kilometr uzaqlıqda, ən aşağı nöqtəsi isə 2010 kilometr yüksəklikdədir. NASA-nın məlumatına görə, düşməsi gözlənilən obyektin çəkisi 495 kiloqramdır.
Lenqbroek qeyd edir ki, eniş üçün kapsul Veneranın sıx karbon dioksid atmosferinə daxil olmağa tab gətirmək üçün quraşdırılıb. Bu səbəbdən kosmik gəmi atmosferdə kül qoymadan Yerə düşəcək.
Trişkin təsdiq edir ki, modul Veneraya çətin atmosferə yenidən daxil olmaq üçün qurulub, ona görə də onun istilik qalxanı və xarici qabığı yenidən daxil olarkən toxunulmaz qalmalıdır. Bununla belə, bütün strukturun toxunulmaz qalması ehtimalı azdır.
Çünki müşahidələr paraşütün daha əvvəl buraxıldığını göstərir. Bu da strukturun bütövlüyünü itirdiyini deməyə əsas verir. Trişkinin sözlərinə görə, orbital hesablamalar dağıntıların böyük ehtimalla quruya düşəcəyini deyir. Bu səbəbdən Misir, Suriya, Türkiyə və Azərbaycanda yaşayış məntəqələri risk altındadır.
Əgər modul proqnozlaşdırıldığı kimi 150 mil/saat (saatda 242 kilometr) sürətlə düşərsə, yaranan partlayış enerjisi təxminən 1,1-1,2 meqajoul olacaq. Bu, bir neçə yüz qram trotilin partlayışına bərabərdir. "Kosmos 482"nin 8-14 may tarixləri arasında Yerə düşəcəyi gözlənilir. Son.az
Əməkdar artist Gövhər Rzayeva ona edilən hədiyyədən danışıb.

Son günlər Abşeron rayonunun Saray qəsəbəsində baş verən su qıtlığı

Yaxın gələcəkdə bürcün üç əlaməti xoşagəlməz xəbərlərlə qarş�

Sarımsaq balı, ənənəvi Çin təbabətində yüksək dəyərləndirilir və

Teleaparıcı Zümrüd Bədəlova verilişinin olan qadağa siyahısından danı

Alimlərin apardığı yeni araşdırmaya görə, insanların xoşbəxtlik səvi

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni fotoları i

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradı

Məşhur tiktoker Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaş

''Onsuz da kartımda pul yoxdur'' deyib həmin kartlarınızı k

Xaçapuri - Gürcüstan mətbəxinin ən məşhur və sevilən yeməklərindən

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

30 yaşdan yuxarı şəxslərə çağırış mesajı gəlir
