“Heydər Əliyev 102” adlı təntənəli ədəbibədii tədbir təşkil edilib
Kriminal 07 May 2025 22:06:00 97 0
6 may tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş "Heydər Əliyev 102" adlı təntənəli ədəbi-bədii tədbir təşkil edilib. Konsert proqramının keçirilməsində əsas məqsəd müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi siyasi xadim Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərini bir daha xatırlatmaq, Ulu Öndərin zəngin irsini gənc nəsil arasında təbliğ etmək olub. Gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrin iştirak etdiyi tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında və müstəqil dövlət kimi formalaşmasında əvəzsiz xidmətlərindən danışıb. Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış sənətçiləri və gənc ifaçılar səhnəyə çıxaraq Ulu Öndərin sevdiyi vətənpərvərlik ruhunda mahnıları səsləndiriblər. Eyni zamanda, gənclər tərəfindən şeirlər səsləndirilib və rəqs kompozisiyaları nümayiş olunub. Tədbir boyu qonaqlara Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı videomateriallar təqdim olunub və ölkəmizdə gənclər siyasətinin formalaşmasında gördüyü işlər göstərilib. Tədbirin yekununda xatirə fotosu çəkilib.
Bu xəbəri də oxu: “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmipraktiki seminar keçirilib FOTO
"Aygün Kazımova evini satıb, sənətinə qoydu. Risk edir, sənətinə p

Mayın 7-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikas�

Bəli, astroloji proqnozlara görə, MAY ayı beş bürc üçün xüsusilə uğu

Makaron illərdir səhv üsulla bişirilir.

Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Az

Ölkələrimiz (Vyetnam və Azərbaycan - red.) arasında əlaqələr dövlət r

Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 7-də Bakıda, "Gülüst

Bakı Ağır Cinayətlər Məhkəməsinin 65 yaşlı hakimi Azad Məcidov təqa�

Son.az Xalq Şairi Nəriman Həsənzadə ilə müsahibəni sizə təqdim edir:

Türkiyənin Sivas şəhərində iki bacı-qardaş evlərində bıçaqlanaraq ö

2019-cu ildən "Xəzər" telekanalında yayımlanan "Komedixana&q

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata ke�

Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda ar
