Qəbir yerlərinin qiyməti nə qədər olmalıdır?


Digərləri 06 May 2025 15:25:00 75 0

Qəbir yerlərinin qiyməti nə qədər olmalıdır?

Hər hansı bir şəxs dünyasını dəyişdikdə yaxınlarını narahat edən əsas məsələlərdən biri onun harada dəfn ediləcəyidir. Bəzi vətəndaşlar üçün məzar yeri onun sağlığında əldə edilir. Təcrübə göstərir ki, qəbir yerləri heç bir halda pulsuz olmur. Hətta məzar yerlərinin kənar şəxslər tərəfindən alınaraq sonradan yüksək qiymətə satılması halları ilə də rastlaşmaq mümkündür. Qiymətlər isə qəbir yerinin yerləşdiyi ərazidən asılı olaraq dəyişir.  

Maraqlıdır, bəs bu məsələ qanunvericiliklə necə tənzimlənir?

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Qəbiristanlıqların salınması və idarə olunması Qaydalarına əsasən, ölmüş şəxsin qohumları və digərləri qəbir yerinin ayrılması və dəfnlə bağlı digər xidmətlərin göstərilməsi üçün qəbiristanlığın müdiriyyətinə ərizə ilə müraciət etməlidir. Ərizəyə ölüm faktını təsdiq edən sənədin və ölmüş şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmalıdır. Qəbiristanlığın müdiriyyəti ərizəyə dərhal baxılmalı və dəfn yeri ayrılmalıdır. Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır.

Qəbiristanlıqda boş yer olmadıqda və ya bu sənədlər təqdim edilmədikdə, yerin ayrılmasından imtina edilməsi barədə qarşı tərəf dərhal məlumatlandırılmalıdır. 

Qiymətə gəlincə, Azərbaycan Respublikası vətəndaşlarının, ölkədə olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

Ətraflı

Bundan başqa, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Yəni şəxsin ölümündən əvvəl onun üçün məzar yerinin əldə olunması qaydalara ziddir. Qaydalara görə, qonşu qəbir yerinin rezervasiyasına dəfn edilmiş şəxsin yalnız ər və ya arvadına, onların yazılı müraciəti əsasında icazə verilir. 

Hər nə qədər reallıqdan uzaq olsa da, eyni qəbir yerindən təkrar istifadə də mümkündür. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara görə, eyni qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər. Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsi, yalnız dəfndən 25 il müddət keçdikdən sonra və ya müəyyən səbəblərdən qəbrin köçürülməsi yolu ilə mümkündür. 

Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri yerli büdcələrin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və qadağan olunmayan digər mənbələr hesabına ödənilə bilər. Yəni qəbiristanlıqların gəlir mənbələri arasında da qəbir yerlərinin ayrılması ilə bağlı ödənişlər yer almayıb. 

Buradan, həmçinin o da məlum olur ki, pulla əldə edilən qəbir yerlərinin mülkiyyət sənədi mövcud deyil. Bu baxımdan həmin yerlərin qanuni əsaslarla alqı-satqısı da mümkün deyil.   

"Hav hav hav"ın ifaçısı saxlanıldı like
  • 06 May 15:20  
Şou-biznes "Hav hav hav"ın ifaçısı saxlanıldı

Son günlər "havhavhav" mahnısı ilə gündəm olan reper saxlanıl�

arrow Ətraflı
Bu universitetdə yeni ixtisas yaradılacaq like
  • 06 May 15:18  
Digərləri Bu universitetdə yeni ixtisas yaradılacaq

Ölkəmizdə ali məktəblərə qəbul prosesinin birinci mərhələsi artıq ye

arrow Ətraflı
Kreml bağlanır: Bu tarixlərdə like
  • 06 May 15:09  
Dünya Kreml bağlanır: Bu tarixlərdə

Kreml 7-9 may tarixlərində bağlanacaq.

arrow Ətraflı
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs dindirildi like
  • 06 May 15:03  
Siyasət Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs dindirildi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı
Pensiya ilə bağlı vacib xəbər  bu yaşdan... like
  • 06 May 15:00  
Digərləri Pensiya ilə bağlı vacib xəbər bu yaşdan...

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya

arrow Ətraflı
Qala gecəsinə qalmaqallı geyimdə gəldi  Alt paltarında görün kimin şəkli var  FOTO like
  • 06 May 14:42  
Digərləri Qala gecəsinə qalmaqallı geyimdə gəldi Alt paltarında görün kimin şəkli var FOTO

Liza adı ilə tanınan aktrisa Lalisa Manobal "Met Gala" tədbirind�

arrow Ətraflı
Daha bir ölkə müharibəyə hazırlaşır like
  • 06 May 14:30  
Dünya Daha bir ölkə müharibəyə hazırlaşır

İngiltərə savaşa hazırlaşır.

arrow Ətraflı
"ChatGPT"dən məsləhət istədi, şəxsi məlumatları ifşa etdi like
  • 06 May 14:19  
Digərləri "ChatGPT"dən məsləhət istədi, şəxsi məlumatları ifşa etdi

Süni intellekt texnologiyalarının gündəlik həyatımıza sürətlə daxil o

arrow Ətraflı
Makron indi Mersi dilə tutur like
  • 06 May 14:06  
Siyasət Makron indi Mersi dilə tutur

Parisdə yaz qoxusu duyulur, amma bu yalnız Yelisey meydanında çiçək açan

arrow Ətraflı
Meyxanaçı Samirənin qızı ağır əməliyyat keçirdi  reaksiyası müzakirə yaratdı like
  • 06 May 13:56  
Şou-biznes Meyxanaçı Samirənin qızı ağır əməliyyat keçirdi reaksiyası müzakirə yaratdı

Meyxanaçı-müğənni Samirə Yusifqızının qızı Fərəh ağır əməliyya

arrow Ətraflı
Yeməkdən əvvəl dondurma yemək olar?  Mütəxəsisslərdən XƏBƏRDARLIQ like
  • 06 May 13:44  
Digərləri Yeməkdən əvvəl dondurma yemək olar? Mütəxəsisslərdən XƏBƏRDARLIQ

Yaz aylarının yaxınlaşması ilə birlikdə, dondurma sevənlərin sayının

arrow Ətraflı
Təhlükəli okean: Dünyanın ən qorxulu dəniz canlıları like
  • 06 May 13:33  
Digərləri Təhlükəli okean: Dünyanın ən qorxulu dəniz canlıları

Okeanlar, həyatla dolu olan geniş ərazilərdir və burada bir çox təhlükə

arrow Ətraflı
DNTnin cavabı AÇIQLANDI  uşağın atası o deyilmiş like
  • 06 May 13:23  
Digərləri DNTnin cavabı AÇIQLANDI uşağın atası o deyilmiş

"Bizimləsən" verilişinə üz tutan şəxsin "Dnt" testini

arrow Ətraflı
Logistika və koordinasiya: Ərazinin böyüklüyü müharibə taktikasına necə təsir edir?  ARAŞDIRMA like
  • 06 May 13:14  
Dünya Logistika və koordinasiya: Ərazinin böyüklüyü müharibə taktikasına necə təsir edir? ARAŞDIRMA

Müharibə şəraitində bir çox faktor qalibiyyətin və məğlubiyyətin mü�

arrow Ətraflı