DSXdən əməliyyat: atəş açıldı, ölən var
Digərləri 02 May 2025 15:37:00 73 0
Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun qarşısı alınıb.
Bu xəbəri də oxu: Türkiyədə yenidən zəlzələ oldu
Bu barədə Son.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, may ayının 1-də saat 21:55-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Salyan reydi istiqamətində sahildən 0.3 mil məsafədə sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum üzmə vasitəsi müşahidə edilib.
Aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri məlumatlandırılaraq sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb.
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsinin cənub-şərq istiqamətində keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı hədəfin saxlanılması məqsədi ilə saat 22:40-da sərhəd gəmisi tərəfindən işıq və səs siqnallarından istifadə edilməklə "Dayan" komandası verilib, xəbərdarlıq atəşi açıləb.
Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərən sərhəd pozucularının saxlanılması məqsədi ilə "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib, nəticədə sərhəd pozucularının hər ikisi yaralanıb.
Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularının ixtisaslaşmış tibb müəssisəsinə göndərilməsi üzrə təxirəsalınmaz tədbirlər görülüb. Təxliyə zamanı həkimlərin səyinə baxmayaraq sərhəd pozucularından birinin həyatını xilas etmək mümkün olmayib. Digər sərhəd pozucusunun isə müasir tibb müəssisəsində müalicəsi davam etdirilir.
Layner tipli itisürətli üzmə vasitəsinə keçirilmiş baxış zamanı 33 kiloqram 75 qram narkotik vasitə marixuana, 2 ədəd "Garmin" markalı GPS və 1 ədəd "THURAYA" markalı peyk telefonu aşkarlanaraq götürülüb.
İlkin araşdırma tədbirləri nəticəsində sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları - 1985-ci il təvəllüdlü Qaranicat Nuri Qurban Məhəmməd (yaralı) və 1990-cı il təvəllüdlü Uməhəmmədi Behsad Saleh (ölən şəxs) olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Age

Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib

Son zamanlar insanların şəxsi həyatına, ailə həyatına müdaxilə hallar�

Kanadada keçirilən festival zamanı dəhşətli hadisə baş verib.

Çində inşa edilən nəhəng "Üç Dərə" (Three Gorges) su bəndin

Mingəçevirdə 5 mərtəbəli binanın blokundan gürzə ilanı çıxıb.

Bill Qeytsin qızı atasının qatıldığı verilişlərin birində bilmədən

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi zərə

Türkiyədə qeydi-adi oğurluq hadisəsi baş verib.

"28 May" stansiyası bağlanmır, müəyyən istiqamətlərdə hərək

Soyqırımı sadəcə kütləvi qətl deyil. Bu, yalnız şəkillərdə və şah

Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şə

Azərbaycanlı reper Asya Alizadenin başına iş gəlib.
