Qabiliyyət imtahanı tələb edən ixtisasların
Digərləri 30 Apr 2025 20:36:00 68 0
Ali və orta ixtisas təhsili müəssisələrində bəzi ixtisaslara qəbul zamanı xüsusi qabiliyyət imtahanları tətbiq olunur. Bu ixtisaslar yalnız imtahan nəticələri ilə deyil, eyni zamanda abituriyentin yaradıcı və fiziki qabiliyyətlərinin qiymətləndirilməsi ilə müəyyən edilir.
Bu xəbəri də oxu: Bağ evi almaq istəyənlərin NƏZƏRİNƏ
Ali təhsil müəssisələrində xüsusi qabiliyyət tələb edən ixtisaslar altı istiqamət üzrə qruplaşdırılır:
1. Təsviri sənət 2. Musiqi sənəti 3. Teatr, kino və xoreoqrafiya sənəti 4. Bədən tərbiyəsi və idman 5. Memarlıq 6. Jurnalistika
Təsviri sənət, musiqi sənəti, teatr və xoreoqrafiya, bədən tərbiyəsi və idman ixtisasları V ixtisas qrupuna aiddir.
Memarlıq ixtisası I ixtisas qrupuna, jurnalistika isə III ixtisas qrupuna daxildir.
V ixtisas qrupu üzrə cari ilin məzunları yalnız buraxılış imtahanı nəticəsi ilə müsabiqəyə qoşulurlar. Əvvəlki illərin və xarici ölkə məzunları isə qəbul imtahanı verərək müsabiqədə iştirak edirlər.
Memarlıq ixtisası üzrə abituriyentlər əvvəlcə I qrup üzrə test imtahanı verir, sonra qabiliyyət imtahanına buraxılırlar.
Jurnalistika ixtisası üzrə abituriyentlər III qrup üzrə test imtahanında iştirak edir, nəticələri müəyyən həddi keçdikdən sonra qabiliyyət imtahanına qeydiyyatdan keçə bilirlər.
İslamşünaslıq ixtisası isə xüsusi qaydalarla həyata keçirilir. Bu ixtisasa qəbul üçün III ixtisas qrupu üzrə imtahan nəticəsi ilə yanaşı, abituriyentin Dini-Psixoloji Komissiyada keçirilən müsahibədən məqbul qiymət alması tələb olunur.
Abituriyentlər elektron ərizələrini təsdiqlədikdən sonra Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış və ya qəbul imtahanında iştirak edirlər. Yekunda topladıqları bal müsabiqə şərtlərinə uyğun olduqda, qabiliyyət imtahanı komissiyalarına elektron qeydiyyatdan keçərək imtahanlara buraxılırlar.
Abituriyent eyni vaxtda həm qabiliyyət tələb edən ixtisasların (V qrupu), həm də digər ixtisas qruplarına (I-IV qruplar) aid ixtisasların müsabiqəsində iştirak edə bilər. Eyni zamanda V ixtisas qrupu üzrə əldə olunan nəticələrlə orta ixtisas təhsili müəssisələrinin uyğun ixtisaslarına da müraciət etmək mümkündür.
Son.az qabiliyyət tələb edən ixtisaslara keçid ballarını təqdim edir:
Bakı Dövlət Universiteti: Jurnalistika fakültəsi (əyani) - 371.4 (386.9) bal, qiyabi 253.5 (-) bal, tədris ingilis dilində (əyani) - 445.5 (445.5) bal;
Bakı Dövlət Universiteti Qazax filialı: Fiziki Tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (əyani) - 126.8(176.4 bal);
Azərbaycan Memarlıq və İnşaat Universiteti: Memarlıq (əyani) 310.0 (310.0), tədris indilis dilində 483.3 (483.3) Dizayn (interyer dizayn, qrafik dizayn) (əyani) : 6/126/6(8/64.8), tədris ingilis dilində (əyani) - 7/198.7(7/227.6);
Azərbaycan Dövlət Pedaqoji Universiteti: Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (əyani) - 135.5(160.4) bal, Musiqi müəllimliyi (fortepiano, violon, qarmon,tar, saz, kamança, qanun, klarnet, vokal, balaban)(əyani) -100.5 (108.9) bal, Təsviri incəsənət müəllimliyi(əyani) - 145.1 (154.5) bal;
Bakı Mühəndislik Universiteti: Memarlıq (əyani) 200.0 (303.6), tədris ingilis dilində (əyani) 317.3 (317.3), Dizayn (sənaye dizaynı, interyer dizayn, qrafik dizaynı, geyim dizaynı (əyani) 187.9 bal, tədris ingilis dilində - 228 (239.4) bal;
İtaliya - Azərbaycan Universiteti: Dizayn (interyer dizaynı) (əyani) tədris ingilis dilində - 243.9 bal;
Azərbaycan Dillər Universiteti: Jurnalistika (əyani) tədris ingilis dilində 343.8 (388.9) bal;
Bakı Slavyan Universiteti: Jurnalistika (əyani) 335.3 (399.4) bal;
Azərbaycan Dövlət İqtisad Universiteti: Dizayn (əyani) -203.6 (236.9) bal;
Bakı Musiqi Akademiyası: Musiqi müəllimliyi (fortepiano, violin, viola, violonçel, kontrabas, arfa, fleyta, qoboy, klarnet, saksofon, faqot, valtorna, truba, trombon, tuba, zərb alətləri)-117.8 bal, Bəstəkarlıq- 9/114.8, bal, Dirijorluq- 6/60( 8/103.1), İnstrumental ifaçılıq (fortepiano, orqan, klavesin,violin, viola, violonçel, kontrabas, arfa, fleyta, qoboy, klarnet, saksofon, faqot, valtorna, truba, trombon, truba və zərb alətləri)-6/60 (8/179.6) bal, Musiqişünaslıq-9/94.1 bal, Populyar musiqi və caz ifaçılığı-8/143 bal, Vokal sənəti(akademik vokal)- 6/60 (8/119.2) bal;
Azərbaycan Milli Konservatoriyası: Musiqi müəllimliyi (fortepiano)- 121.3 bal, Bəstəkarlıq-8/98.4 bal, Dirijorluq (xalq çalğı alətləri orkestrinin dirijorluğu, xor dirijorluğu)-6/60 bal, İnstrumental ifaçılıq (tar, kamança, qanun, saz, balaban, klarnet)- 6/60 (9/75.6) bal, Musiqişünaslıq-6/60 (7/102.9) bal, Populyar musiqi və caz ifaçılığı- (vokal, alətlər üzrə: fortepiano, violin, akkordeon, klarnet, saksofon, fleyta, qoboy, truba, gitara, tar, kamança, balaban, qanun, zərb alətləri)-6/60 (7/75.2) bal, Vokal sənəti (xanəndəlik)- 7/121.6 (7/162.6) bal, Vokal sənəti (milli vokal)-7/60 (7/147.9) bal;
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti: Musiqi müəllimliyi (fortepiano, violin, viola, klarnet, saksofon, fleyta,zərb alətləri, tar, kamança, saz, qanun, nağara, qarmon,vokal)-115.7 bal, Təsviri incəsənət müəllimliyi-166.8 bal, Aktyor sənəti-9/178.8 bal, Aktyor sənəti- 6/60 (6/63.9) bal, Aktyor sənəti (qiyabi)- 6/60 bal, Dekorativ-tətbiqi sənət (bədii xalça, bədii toxuculuq)-6/60 (6/162.5), Dizayn (geyim dizaynı, interyer dizaynı,sənaye dizaynı, qrafik dizayn, animasiya və kompüter qrafikası)-6/134 (8/111.3) bal, İnstrumental ifaçılıq (tar, kamança, saz, qanun, nağara, balaban, qarmon)-9/60 (9/63.9) bal, İnstrumental ifaçılıq (fortepiano, violin, viola, gitara, klarnet, saksofon, zərb alətləri)-9/124.4 bal, Musiqişünaslıq- 8/123.7 bal, Operator sənəti- 6/104.3 bal, Operator sənəti (qiyabi)-6/60 bal, Populyar musiqi və caz ifaçılığı- 6/60 bal (7/106.9 bal), Qrafika (sahələr üzrə)- 6/100.1 (7/131.1) bal, Rejissorluq (sahələr üzrə)- 6/120 (6/143) bal, Rəngkarlıq (sahələr üzrə)-6/60 (6/168.1) bal, Vokal Sənəti (xanəndəlik)- 9/79.5 bal;
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası: Memarlıq (əyani) 285.5 (304.3) bal, Təsviri incəsənət müəllimliyi- 172.8 bal, Dekorativ-tətbiqi sənət (bədii xalça, bədii toxuculuq, bədii keramika və şüşə, bədii metal) 6/60 (6/99.7) bal, Dizayn (sənaye dizaynı, qrafik dizayn, geyim dizaynı, interyer üzrə dizayn)-6/115.3 bal, 7/226.9 bal, Heykəltəraşlıq- 6/102.5 (6/103.6) bal, Qrafika- 7/60 (7/112.1) bal, Rəngkarlıq- 6/76.8 (6/157.7) bal;
Bakı Xoreoqrafiya Akademiyası: İnstrumental ifaçılıq (nağara, qarmon)-6/60 (0/108.1) bal, Xoreoqrafiya sənəti (modern rəqs, milli rəqs, baketmeyster, rəqs müəllimliyi, balet pedaqogikası) 6/30 (6/32.3) bal, Xoreoqrafiya sənəti (modern rəqs, milli rəqs, baketmeyster, rəqs müəllimliyi, balet pedaqogikası) qiyabi 6.30 (7/46) bal;
Azərbaycan İdman Akademiyası: Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi-139.2 (159.5l) bal, Məşqçilik (atletika, tədris ingilis dilində) 7/97.8 bal, Məşqçilik (avarçəkmə, tədris ingilis dilində)-6/60 bal, Məşqçilik (basketbol, tədris ingilis dilində)-6/60 bal, Məşqçilik (cüdo, tədris ingilis dilində)-9/94.7 bal, Məşqçilik(gimnastika, tədris ingilis dilində)-6/60 (10/198.3) bal, Məşqçilik (Yunan-Roma güləşi,tədris ingilis dilində)-9/120.1 bal, Məşqçilik (həndbol, tədris ingilis dilində)-6/60 bal, Məşqçilik (taekvondo, tədris ingilis dilində)- 8/77.5 (10/104.5) bal, Məşqçilik (voleybol, tədris ingilis dilində)- 9/84.9 bal, Məşqçilik (ağırlıqqaldırma)-6/60 (10/107.8) bal, Məşqçilik (ağırlıqqaldırma, qiyabi)- 6/60 bal, Məşqçilik (alpinizm)- 6/60 (10/115) bal, Məşqçilik (atıcılıq)- 7/110, (10.109.1) bal, Məşqçilik (atletika) 8/85.8 (10/122.2/ bal, Məşqçilik (atletika, qiyabi)-7/102.6 (10/104.1) bal, Məşqçilik (kanoe və avarçəkmə)- 6/60 (10/105.5) bal, Məşqçilik (badminton)- 9/112.6 (10/106.2) bal, Məşqçilik (basketbol)-6/60 bal, Məşqçilik (boks)- 10/113.3 bal, Məşqçilik (boks, qiyabi) 10/77.2 (10/103.1) bal, Məşqçilik (cüdo) 10/94.9 (108.9) bal, Məşqçilik (cüdo, qiyabi)-8/103 (10.223.8) bal, Məşqçilik (futbol)-10/68.9 (10/102.2) bal, Məşqçilik (gimnastika)-8/86.8 (10/110.7) bal Məşqçilik (gimnastika, qiyabi)- 6/60 bal (10/113.4) bal, Məşqçilik (sərbəst güləş)- 10/96.6 (10/109.4) bal, Məşqçilik (sərbəst güləş, qiyabi)- 9/91.4 bal, Məşqçilik (Yunan-Roma güləşi)- 10/110.1 bal, Məşqçilik (Yunan-Roma güləşi, qiyabi)-9/90.2 (10/104.7) bal, Məşqçilik (həndbol)-7/87.3 (8.86.5) bal, Məşqçilik (kamandan oxatma)-6/60 (10/166.3) bal, Məşqçilik (karate)- 6/60, (10/114.2) bal, Məşqçilik (qılıncoynatma)- 9/60 (10/102.4) bal, Məşqçilik (qış idman növləri)- 6/60 bal, Məşqçilik (şahmat)-6/60 (10/131/2) bal, Məşqçilik (sambo)-9/114.1 (10/102.8) bal, Məşqçilik (stolüstü tennis)-6/60 bal, Məşqçilik (taekvondo)-9/111.2 (10/103.6) bal, Məşqçilik (taekvondo, qiyabi)-7/116.2 (10/105.6) bal, Məşqçilik (tennis)-6/60 (10/197/3) bal, Məşqçilik (triatlon)-6/60 (10/204.1) bal, Məşqçilik (triatlon, qiyabi)- 6/60 bal, Məşqçilik (üzgüçülük)- 6/60 bal, Məşqçilik (üzgüçülük, qiyabi)6/60 bal, Məşqçilik -(velosiped)-6/80.8 (10/106.2) bal, Məşqçilik (velosiped, qiyabi)-6/60 bal, Məşqçilik (voleybol)- 9/90.8 (10/119.1) bal, Ümumi fiziki hazırlıq- 121.2 (146.1) bal,Ümumi fiziki hazırlıq (qiyabi)-111.5 (150.5) bal, Kütləvi-sağlamlaşdırıcı idman- 122.4 (147.9) bal, Kütləvi-sağlamlaşdırıcı idman qiyabi)- 119.7 (150.3) bal, Adaptiv bədən tərbiyəsi- 124.4 (150.7) bal;
Naxçıvan Dövlət Universiteti: Dizayn (sahələr üzrə) (əyani) - 175.9 ( 250.9) bal, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (əyani) - 123.7 (163.4) bal, Musiqi müəllimliyi( fortepiano, tar, kamança, qarmon, nağara, saz, zurna) (əyani) - 93.5 (123.6) bal, Təsviri incəsənət müəllimliyi (əyani) - 109 bal, Məşqçilik (futbol) (əyani) - 9/98.4 bal, Məşqçilik (futbol, qiyabi) (əyani) - 9/91.4 bal, Məşqçilik (atletika) (əyani) - 7/75.4 (10/131.4) bal, Məşqçilik (atletika, qiyabi) (əyani) - 6/95.8 bal, Məşqçilik (basketbol) (əyani) - 6/60 bal, Məşqçilik (basketbol, qiyabi) (əyani) - 6/60 bal, Dirijorluq (xor dirijorluğu, nəfəs alətlərinin dirijorluğu) (əyani) -6/60 bal, İnstrumental ifaçılıq (tar, kamança, qarmon, balaban, qanun, nağara, saz) (əyani) -8/82 (8/198 bal), İnstrumental ifaçılıq (tar, kamança, qarmon, balaban, qanun, nağara, saz-qiyabi)- 9/76.2 bal, İnstrumental ifaçılıq (fortepiano) (əyani) -8/76.9 (1/184.8) bal, İnstrumental ifaçılıq (nəfəs alətləri: fleyta, klarnet, saksofon, truba, trombon, qoboy, valtorna, faqot, tuba, zərb alətləri) (əyani) - 6/60 bal, Musiqişünaslıq (əyani) - 6/60 (8/112.1) bal, Musiqişünaslıq (qiyabi)- 6/60, (7/102) bal, Rəngkarlıq (əyani) - 6/93.5 (7/72) bal, Vokal sənəti (milli vokal, xanəndəlik) (əyani) - 6/60 (8/76.2) bal;
Naxçıvan Müəllimlər İnstitutu: Təsviri incəsənət müəllimliyi (əyani) - 96.6 bal;
Azərbaycan İlahiyyat İnstitutu: İslamşünaslıq (əyani) - 166.4 (166.4) bal;
Azərbaycan Dövlət Aqrar Universiteti: Dizayn (əyani) -176.7 bal;
Gəncə Dövlət Universiteti: Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (əyani) - 131.7 (160.7) bal, Musiqi müəllimliyi (fortepiano, violin,tar, kamança, saz,vokal, qarmon, xanəndəlik, musiqi nəzəriyyəsi) (əyani) - 95.7 (109.7) bal, Təsviri incəsənət müəllimliyi (əyani) - 103.6 (189.3) bal, Məşqçilik (futbol) (əyani) - 9/110.3 (10/129) bal, Məşqçilik (atletika) (əyani) - 7/98.5 bal, Məşqçilik (atletika, qiyabi)- 6/106.2 bal, Məşqçilik (boks) (əyani) - 9/81 (9/106.6) bal, Məşqçilik (güləş) (əyani) - 9/106.6 bal, Ümumi fiziki hazırlıq (əyani) -124.1 (148.7) bal;
Azərbaycan Texnologiya Universiteti: Dizayn (əyani) - 166.5 (240.3) bal;
Sumqayıt Dövlət Universiteti: Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (əyani) - 136.6 (163.8) bal
Lənkəran Dövlət Universiteti: Musiqi müəllimliyi (fortepiano, tar, kamança, qarmon, saz, qanun, violin, klarnet, balaban, nağara, gitara, vokal, zor dirijorluğu, musiqi nəzəriyyəsi) (əyani) - 70.4 bal, Təsviri incəsənət müəllimliyi (əyani) - 111.2 bal;
Qarabağ Universiteti: Musiqi müəllimliyi (fortepiano, violin, klarnet, tar, kamança, saz, nağara, qarmon) (əyani) - 87 bal, Dekorativ tətbiqi sənət (bədii toxuculuq, keramika) (əyani) - 6/60 (6/149.4) bal, Dizayn (interyer dizaynı, qrafik dizayn, geyim dizaynı) (əyani) - 6/182.2 bal, İnstrumental ifaçılıq ( Fortepiano, violin, klarnet) (əyani) - 8/130.8 bal, Vokal sənəti (xanəndəlik) (əyani) - 6/108.2 bal, Vokal sənəti (milli vokal) (əyani) - 6/60 (7/61.2) bal;
Qərbi Kaspi Universiteti: Dizayn (əyani) (qrafik dizayn, interyer dizaynı)-187.8 bal;
Xəzər Universiteti: Təsviri incəsənət müəllimliyi (əyani) - 138.4 (155.5) bal, Dizayn (sahələr üzrə, tədris ingilis dilində)-6/83.9 bal;
Odlar Yurdu Universiteti: Dizayn (əyani) ( interyer dizaynı, qrafik dizayn, modelyer) - 6/60 bal
İxtisaslar üzrə abituriyentlər yalnız minimal bal və qabiliyyət imtahanından məqbul nəticə toplamaqla müsabiqəyə buraxılırlar.
I ixtisas qrupu:
Memarlıq: Qəbul imtahanında minimal bal: 150, buraxılış üzrə minimal bal: 50, qabiliyyət imtahanının yekun nəticəsi: Məqbul
III ixtisas qrupu:
İslamşünaslıq: Qəbul imtahanında minimal bal: 100, buraxılış üzrə minimal bal: 50, qabiliyyət imtahanının yekun nəticəsi: Məqbul
Jurnalistika: Qəbul imtahanında minimal bal: 150, buraxılış üzrə minimal bal 50, qabiliyyət imtahanının yekun nəticəsi: Məqbul
V ixtisas qrupu:
Aşağıdakı ixtisaslar üzrə minimum 60 bal toplamaq və qabiliyyət imtahanından məqbul qiymət almaq tələb olunur:
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qadın və kişi), Musiqi müəllimliyi, Rəqs müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Dizayn, Bədən tərbiyəsi və idman, Məşqçi (idman növü üzrə), Dekorativ sənət, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq, Musiqişünaslıq, Estrada sənəti, Musiqili aktrə və bəstəkar ifaçılığı, Aktyor sənəti, Rejissor sənəti, Rəngkarlıq, Qrafika, Heykəltəraşlıq, Xoreoqrafiya sənəti (sahələr üzrə).
Bu ixtisaslardan yalnız xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisası üzrə qabiliyyət imtahanından keçmək üçün 6 bal toplamaq kifayətdir.
Qeyd edək ki, qabiliyyət imtahanlarında iştirak üçün ödəniş edilməlidir. Son.az
Türkiyənin Diyarbəkir şəhərinin Kayapınar rayonundakı Güleçoba Aşıka

Sosial şəbəkə istifadəçiləri "TikTok"da yayılan yeni dələduz

Sosial media fenomenləri Dilan və Engin Polat cütlüyü və onların ailəsin

Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:3

15.8 manatlıq alışverişin çekini müştəriyə verməkdən imtina edən ma�

Mütəxəssislər yanacağa qənaət etməyə kömək edən sürətli rejimini a

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fidan

Gəzi Parkı hadisələri ilə bağlı aparılan istintaqda "Türkiyə Cüm

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə

30 aprel 2025-ci il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müə

Səhərlər cəmi 10 dəqiqəlik məşq ilə sürətli arıqlama və qarın piyl

Heydər Əliyev prospekti, metronun "Koroğlu" stansiyasının qarşı

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişik

Türkiyənin Marmaris şəhərində keçirilmiş "KURTARAN-2025" sualt

"Venesiya" şadlıq sarayında baş verən hadisənin səbəbi məlum
