Özbəkistan parlamenti Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib
Siyasət 30 Apr 2025 17:55:00 59 0
Özbəkistan parlamenti Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib.
Bu xəbəri də oxu: Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib
Trend xəbər verir ki, bu barədə Özbəkistan senatının rəsmi internet səhifəsində məlumat yayılıb.
Məlumata görə, bu gün Özbəkistan Senatının altıncı plenar iclasında "Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin (2024-cü il 23 avqust, Daşkənd) ratifikasiyası haqqında" Qanun müzakirə olunub.
Qeyd olunub ki, bu Qanunla ratifikasiya edilən Müqavilə Özbəkistan və Azərbaycan Prezidentləri tərəfindən 2024-cü il avqustun 23-də Daşkənd şəhərində keçirilmiş Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında Ali Hökumətlərarası Şuranın ilk iclası çərçivəsində imzalanıb.
Müqavilədə dövlətlərarası münasibətlərin yeni mərhələsinin müqavilə-hüquq müstəvisində rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu mərhələ hər iki ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və davamlı iqtisadi inkişafının daha da möhkəmləndirilməsinə yönəlib.
Sənəddə həmçinin, aşağıdakı öhdəliklər əks olunub: tərəflər bir-birinə qarşı yönəlmiş hər hansı blokda və ya ittifaqlarda iştirak etməyəcək, habelə onlardan birinin fikrincə, strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə zərər yetirən hər hansı fəaliyyətlərdə iştirakdan çəkinəcəklər.
Müqavilənin qanunla ratifikasiyası iki ölkə arasında qarşılıqlı etimadı, dostluq əlaqələrini və strateji tərəfdaşlığı daha da gücləndirəcək.
Yunanıstanda süni intellektin kofe falı bir ailənin dağılmasına səbəb o

“Canlı Nostradamus” 2025-ci ilin sonu üçün qorxulu proqnoz verdi: Bəş�

Xalq artisti Röya Ayxan efirlərə çıxmama səbəbini açıqlayıb.

Türkiyə polisi İstanbul meri Əkrəm İmamoğlu barəsində aparılan araşd�

Türkiyədə nadir tibbi əməliyyatla həyata qaytarılan xəstə gündəm olub

Müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib.

Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirlə

Son illərdə qlobal iqlim dəyişiklikləri təbiətdə gözlənilməz təsirl�

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin

Azərbaycan-İran münasibətləri əsrlər boyu davam edən tarixi bağlara əs

Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq və respublika müsabiqələr laure

İtmiş sivilizasiya çox inkişaf etmiş və sosial baxımdan çox mürəkkəb

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gənc və istedadlı p

Bir müddət əvvəl anası və nənəsini faciəvi şəkildə itirən müğənn

Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e
