XİNdən Avropa Şurasının insan hüquqları üzrə komissarına ETİRAZ
Siyasət 29 Apr 2025 17:37:00 77 0
Aprelin 29-da Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı Maykl O'Flahertinin Azərbaycanda aparılan bəzi istintaq işləri, habelə bu yaxınlarda verilmiş məhkəmə qərarları ilə bağlı səsləndirdiyi qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatını qətiyyətlə rədd edirik.
Bu xəbəri də oxu: Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ICESCOnun regional ofisinin rəsmi açılış mərasimində iştirak ediblər
Son.az xəbər verir ki, bnu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flahertinin Azərbaycan əleyhinə bəyanatına şərhində deyib.
O bildirib ki, sözügedən bəyanat Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə davam edən müdaxilə istiqamətində növbəti uğursuz cəhddir.
"Milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq Azərbaycan Respublikasında insan hüquq və əsas azadlıqlarına təminat verilir və onlara tam hörmət edilir. Bununla yanaşı, sözügedən hüquq və azadlıqlar Azərbaycanın öz vəzifələrini yerinə yetirmək üçün müstəqil şəkildə fəaliyyət göstərən köklü məhkəmə institutları tərəfindən qorunur.
Azərbaycanın öz suveren ərazilərində qanunun aliliyinə verdiyi təminat bəzi şəxslərə peşə fəaliyyətlərinə görə xüsusi imtiyazlar vermir, habelə onları ölkə qanunlarının tələblərinə əməl etməkdən azad etmir. Eyni zamanda, insan hüquqları üzrə komissarın bəyanatında adıçəkilən şəxslərə qarşı müvafiq qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlı ittiham irəli sürülüb, cinayət-prosessual məcəlləyə ciddi riayət edilməklə müvafiq araşdırmalar aparılıb, onların məhkəmə qarşısında bütün hüquqları tam təmin edilib.
Biz Avropa Şurasının insan hüquqları üzrə ali komissarını Azərbaycanın müstəqil məhkəmə orqanlarında davam edən araşdırmalara müdaxilə etməkdən, habelə qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə, əvəzində isə diqqəti bir sıra digər AŞ ölkələrində insan hüquqları sahəsində mövcud çoxsaylı sistematik problemlərə, artan İslamafobiyaya, miqrantlara və sığınacaq axtaran şəxslərə qarşı ləyaqəti alçaldan rəftara, siyasi təqiblərə, həbsxanalarda baş verən ölüm hallarına, Avropa institutlarında geniş yayılmış korrupsiyaya və s. fokuslanmağa çağırırıq", - Ayxan Hacızadə vurğulayıb.
Azərbaycanda yayımlanan verilişdən olan kadrlar sosial şəbəkələrdə gü

ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya, 2025-ci ilin

2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi il�

Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Y

Fikrət Əmirovun Konfrans-Konsert Mərkəzində Fidan Hacıyevanın İkinci Bey

Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı dayan

Azərbaycanın Almaniya və Fransadakı səfirliklərində təhsil məsələlər

Regional sənəd qəbulu mərkəzlərində müddətdən artıq həqiqi hərbi xi

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertl�

Bəzi insanlar üçün həyatın ayrılmaz prinsipi ədalətdir. Astrologiya mü

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisa

Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə mü
