Müştərini "Tarqovı"dan Nəsimiyə 700 manata apardı Bakıda film kimi hadisə
Digərləri 29 Apr 2025 11:29:00 77 0
Bakıda film kimi hadisə yaşanıb.
Bu xəbəri də oxu: “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsi yaradıldı
Son.az xəbər verir ki, ayıq sürücünün etdiyi hərəkət başına bəla olub. Müştəri Nizami küçəsindən ("Tarqovı") adlanan ərazidən Nəsimiyə getmək üçün ayıq sürücü çağırıb. Taksi sürücüsü isə içkili müştərinin 7 manat təşkil edən gediş haqqına görə kartından 700 manatı özünə göndərib.
Artıq sürücü həbs edilib.
Taksi sürücüsü və "ayıq sürücü" kimi də xidmət göstərən Orxan H. barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Şakir adlı şəxs Səbail rayonu, "Tarqovı" kimi bilinən ərazidə yerləşən restoranların birində spirtli içkidən istifadə edib. Evinə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan Orxan H.-nın avtomobilinə əyləşib.
Təqsirləndirilən şəxs onu "Tarqovı"dan yaşadığı Nəsimi rayonu, A.Məhərrəmov küçəsinə aparıb. Üzərində nağd pul olmayan müştəri mobil telefondakı tətbiq vasitəsilə kartdan karta köçürməklə ödəniş etmək istəyib. Spirtli içkinin təsirinə görə gözü yaxşı görməyən müştəri telefonunu taksi sürücüsünə verərək öz kartına 7 manat ödəniş etməsini xahiş edib.
Bir gün sonra kartdan başqa bir karta 700 manat pul köçürüldüyünü aşkar edib. O, pulu geri qaytarmasını tələb etsə də, qarşı tərəf boyun qaçırıb.
Məhkəmənin qərarı ilə, ayıq sürücü 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakıdakı "General Hospital" klinikası 6 min manat məbləğində c�

"Premium Bank"dan külli miqdarda mənimsəmə etməkdə təqsirləndi

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən ç

Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən, axtar�

Dünyanı silkələyən hadisələrin gurultusu, çökən nizamların xışılt�

Sosial şəbəkələrdə müzakirələrə çevrilən Çadırda yaşayan Səbin�

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və resto

Bakıda onlayn elan saytlarının birində paylaşılmış bir məhsul qiyməti

Xaricdə işə düzəltmək adı altında dələduzluq edənlərin sayı artıb.

Uzun illər Bakı Dövlət Universitetində (BDU) rektorun müşaviri işləmiş

Avropada baş verən genişmiqyaslı elektrik kəsintiləri sosial mediada böy�

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Müğənni Mətanət Əsədova maraqlı etiraf edib.
