“Qayınanam məni gəlin kimi qəbul etmir” – Qumral
Şou-biznes 28 Apr 2025 20:54:00 76 0
Müğənni Təranə Qumralın qızı Qumral qayınanası ilə danışmadığını açıqlayıb.
Bu xəbəri də oxu: Bu dəfə də artıq dərilərini kəsdirəcək
Son.az xəbər verir ki, Qumral qayınanasının ona qarşı münasibətinin səbəbini bilmir:
"Qayınanam mənimlə danışmır. Gəliş-gedişimiz yoxdur, arada soyuqluq var. Səbəbini bilmirəm, ona görə ismarış göndərmişəm, demişəm ki, öpürəm sizi. Niyə məni heç vaxt istəmədiniz? Nəvələrini də illərdir görmür. Dəqiq desəm, 2-3 il olar. Ola bilər ki, səbəb mənəm. Natiqlə danışanda bizə salam göndərir. Lakin çox həssas insanam. Hər kəsin məni nə qədər çox istədiyini yaxşı hiss edirəm. Heç vaxt məni gəlin kimi qəbul edib, sevməyib. Adət-ənənə ilə elçi gəlib, mənə toy ediblər. Qayınanamın bir gəlini var, o da mənəm. Qarşısına çay da qoymuşam, yemək də bişirmişəm. Heç vaxt ondan "qızım", "gəlinim" sözünü eşitməmişəm. Mən də səbəbini axtarmışam, evimdə də söz-söhbət olub.
İnsan deyib ki, "mən beləyəm". Məcburiyyət yoxdur. Məcbur sevgi necə ola bilər? Mən kasıb oğlana ərə getmişəm, hər şeyi qəbul edib getmişəm. Ailəmdə bir əlim yağda, bir əlim balda olmuşam. Anam məni şahzadə kimi böyüdüb, heç yumurta qırmaq bilməmişəm. Kasıb oğlanı da özüm seçib, sevib ailə qurmuşam. Üç otaqlı həyət evinə gəlin köçmüşəm, həmin evi kirayə vermişik. Biz başqa evdə qalırıq, onu anam bağışlayıb. Öz böyüdüyüm evdir.
Hamı deyir ki, qayınanan müğənni olmağını istəməyib bəlkə... Deyirəm, o vaxt oxumurdum, universitetdə təhsil alırdım. O, məni əzəldən istəməyib. Bilmirsiniz kim nə həyat yaşayır, mən heç vaxt qudurğan gəlin, qız olmamışam. Natiqin böyüyü mənim böyüyümdür, başım üstə yeri var. Mən çox addım atmışam. Ona o qədər səslənmişəm ki... Amma hər şey eyni davam edir. Onun əllərindən öpürəm ki, mənə Natiq kimi oğul vermisiniz. Siz məni istəməsəniz də, qayınanamı da, baldızımı da çox istəmişəm. Əgər layiq olsa, ayağını da yuyaram, Amma mənə belə aqressiya ilə yanaşsa yox... İndi qızlar deyirlər ki, qayınana ilə yaşamaram. Lakin mən yaşamışam. Məndə nömrəsi də yoxdur, danışmadığım adamın nömrəsi niyə olsun? Mən nə qədər edim, soyuqluq varsa...". (Bizim.Media) Son.az
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan-İran

Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirili

Keçən ilin avqust ayında beyin qanaması keçirdiyi iddia edilən və bir ne�

Biz sülh, təhlükəsizlik və rifah dolu bir region yarada bilərik.

Bizim universitetlərimiz bir-biri ilə əlaqədə ola, təcrübələrini, elm,

Türk kinosunun əfsanəsi "Sultan" ləqəbli Türkan Şorayın son za

Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dü

Teleaparıcı Zaur Kamal açıqlaması ilə diqqət çəkib.

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata k

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

Naməlum şəxslər Suriyanın keçmiş prezidenti Hafiz Əsədin Latakiya əyal

Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir dah

Yeni Zelandiyada aparılan araşdırmalar göz sağlamlığı ilə erkən yaşda

Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbayca
