Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib!


Digərləri 28 Apr 2025 15:25:00 81 0

Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib!

Azərbaycanda estetik cərrahiyyə sahəsində yaşanan qalmaqallar cəmiyyətin diqqət mərkəzindən düşmək bilmir. Son illər bu sahədə çalışan bəzi şəxslərin tibbi səlahiyyətlərinin olmaması, lisenziyasız fəaliyyət göstərməsi və nəticədə insan sağlamlığını təhlükə altına atması ilə bağlı çoxsaylı faktlar üzə çıxıb. Bu hallarla bağlı rəsmi qurumlar dəfələrlə açıqlama versələr də, yeni hadisələr ard-arda baş verir və ictimai qınaq daha da güclənir.

Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, son günlər medianın və sosial şəbəkələrin gündəmində "Gül Əliyeva" adı ilə tanınan Gülsüm Əliyeva var. O, rəsmi tibbi təhsilə malik olmadan estetik əməliyyatlar aparmaqda ittiham olunur. İddialara görə, Gülsüm Əliyevanın rəhbərlik etdiyi "VMR Estetik Klinika"da liposaksiya əməliyyatı olunan Gülbəniz Bayramova adlı qadın həyatını itirib. Bundan əlavə, paytaxt sakini Zarina Minkovskaya klinikada ayağına yeridilən maddədən sonra bədənində uzun müddət irin axını və çürümə ilə qarşılaşdığını bildirir. O, bu prosedurun illər öncə Gülsüm Əliyeva tərəfindən həyata keçirildiyini deyir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən rəsmi açıqlamaya əsasən, Gülsüm Əliyevanın adı həkim kimi qeydiyyatda yoxdur. AEM əməkdaşları 2024-cü ildə "VMR Estetik Klinika"da plandankənar yoxlama aparıb və nəticədə müəssisənin lisenziyasız fəaliyyət göstərdiyi müəyyən edilib. Bu səbəblə, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən, klinikaya qarşı protokol tərtib olunub və məsələ müvafiq instansiyalara yönləndirilib.

Gülsüm Əliyeva ilə bağlı qalmaqallar bir başqa tanınmış və mübahisəli estetik prosedur icraçısı - Rəna Soltanovanı da yenidən diqqətə gətirib. Sosial mediada paylaşılan foto və məlumatlara əsasən, Gülsüm Əliyeva və Rəna Soltanova arasında yaxın münasibətlər olub. Rəna Soltanova sözügedən klinikada istifadə olunan və çoxsaylı sağlamlıq problemlərinə yol açdığı iddia edilən Auqafilling adlı preparatın təbliğatını aparan və təlimlərini keçirən əsas fiqurlardan biri olub. 

İlham Əliyev: Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar like
  • 28 Apr 15:19  
Siyasət İlham Əliyev: Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar

Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar

arrow Ətraflı
Ən ideal bürclər  Həyatın hər sahəsində irəlidədirlər like
  • 28 Apr 15:18  
Digərləri Ən ideal bürclər Həyatın hər sahəsində irəlidədirlər

Astrologiya sahəsində aparılan son araşdırmalar bəzi bürclərin xarakter

arrow Ətraflı
Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər like
  • 28 Apr 15:16  
Siyasət Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Azərbaycan və İran arasında bir sıra sənədlər imzalanıb like
  • 28 Apr 15:12  
Siyasət Azərbaycan və İran arasında bir sıra sənədlər imzalanıb

Aprelin 28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasın

arrow Ətraflı
Bu dəfə də artıq dərilərini kəsdirəcək like
  • 28 Apr 15:09  
Şou-biznes Bu dəfə də artıq dərilərini kəsdirəcək

Meyxanaçı-müğənni Samirə Yusifqızı yenidən əməliyyata hazırlaşır.

arrow Ətraflı
Savaş başlayandan bəri ilk dəfə  Şimali Koreya etiraf etdi like
  • 28 Apr 15:00  
Dünya Savaş başlayandan bəri ilk dəfə Şimali Koreya etiraf etdi

Şimali Koreya ilk dəfə olaraq Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya

arrow Ətraflı
İylə, saatına 50 manat qazan  Qəribə iş elanı like
  • 28 Apr 14:43  
Dünya İylə, saatına 50 manat qazan Qəribə iş elanı

ABŞ-da fəaliyyət göstərən it yemi şirkəti qeyri-adi iş elanı ilə gü

arrow Ətraflı
Məhkəmədə Ermənistan generalının etirafı nümayiş etdirildi like
  • 28 Apr 14:36  
Siyasət Məhkəmədə Ermənistan generalının etirafı nümayiş etdirildi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ş

arrow Ətraflı
Fidan Qafarov vəfat etdi like
  • 28 Apr 14:35  
Şou-biznes Fidan Qafarov vəfat etdi

Rusiyanın Xalq artisti Fidan Qafarov vəfat edib.

arrow Ətraflı
“Yeni Adlar” layihəsi çərçivəsində növbəti konsert baş tutdu  FOTO like
  • 28 Apr 14:32  
Kriminal “Yeni Adlar” layihəsi çərçivəsində növbəti konsert baş tutdu FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
Övladı I sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ like
  • 28 Apr 14:17  
Digərləri Övladı I sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Mayın 1-i saat 11:00-dan etibarən yeni tədris ili üzrə ümumi təhsil müə

arrow Ətraflı