Döyməsi olanlara bəd xəbər Ölümünüzə səbəb ola bilər


Digərləri 24 Apr 2025 21:05:00 93 0

Döyməsi olanlara bəd xəbər  Ölümünüzə səbəb ola bilər

Danimarka və Finlandiyadan olan tədqiqatçılar döymə (tatuaj) ilə xərçəng arasında illərdir davam edən müzakirəyə dair yeni elmi nəticələr açıqlayıblar.

Son.az xəbər verir ki, araşdırma çərçivəsində 2367 əkiz bacı üzərində aparılan təhlillərə əsasən, ovuc içindən böyük ölçüdə döyməyə sahib şəxslərdə dəri xərçəngi riski 2,7 dəfə artır. Bu nəticə döymənin ölçüsünün də risk faktorlarından biri ola biləcəyini göstərir.

İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi Dəri və Zöhrəvi Xəstəliklər Bölümündən Prof. Dr. Zekayi Kutlubay döymənin xərçəngə səbəb olan dəqiq mexanizminin hələ də tam bilinmədiyini qeyd edərək bildirib:

"Tatu mürəkkəbinin keyfiyyəti risklə birbaşa əlaqəlidir. Tatu etdirmək istəyənlər istifadə olunan mürəkkəbin sertifikatlı, tərkibi açıq şəkildə göstərilən və etibarlı markalardan olan məhsullardan istifadə olunduğuna əmin olmalıdırlar. Həmçinin prosedur steril şəraitdə həyata keçirilməlidir."

Dermatologiya mütəxəssisi Dr. Emre Araz isə qeyd edib ki, döymələrdə ən çox istifadə edilən qara mürəkkəb karbon qarasından ibarətdir və bu maddə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi tərəfindən "kanserogen" olaraq tanınıb.

Danimarkada aparılan əlavə tədqiqat döyməli şəxslərdə:

Dəri xərçəngi riskinin 62% daha yüksək olduğunu,

Lenfoma riskinin isə iri ölçülü döymələrdə 27 dəfə artdığını göstərib.

Bu təhlükələri nəzərə alan Avropa Birliyi 2022-ci ilin yanvarından etibarən döymə və qalıcı makiyaj boyalarında minlərlə kimyəvi maddənin istifadəsini məhdudlaşdırıb.

Dermatologiya üzrə mütəxəssis Dr. Dilek Akça isə belə əlavə edib:

"Qara mürəkkəb hissəcikləri limfa sistemində toplanaraq lenfoma kimi xəstəliklərlə əlaqələndirilir. Döyməli dəri günəş şüalarına məruz qaldıqda bu maddələr reaktiv reaksiyaya girə və DNT zədələnməsi baş verə bilər. Bu səbəbdən döyməsi olan şəxslər günəşdən qoruyucudan istifadə etməli və UV şüalarından mümkün qədər uzaq durmalıdırlar."

Fidan Son.az

Avroviziyada Azərbaycan adından xalları Safura elan edəcək like
  • 24 Apr 20:51  
Şou-biznes Avroviziyada Azərbaycan adından xalları Safura elan edəcək

Avroviziya 2025-in finalında Azərbaycan adından xalları Safura Əlizadə ela

arrow Ətraflı
"Efirə qaloşla çıxırdım” like
  • 24 Apr 20:47  
Şou-biznes "Efirə qaloşla çıxırdım”

Müğənni Nadir Qafarzadə çətin günlərini yada salıb.

arrow Ətraflı
İstanbuldakı zəlzələdə azərbaycanlılar xəsarət alıb?  Açıqlama like
  • 24 Apr 20:35  
Digərləri İstanbuldakı zəlzələdə azərbaycanlılar xəsarət alıb? Açıqlama

Türkiyədə baş vermiş zəlzələdə azərbaycanlıların xəsarət alması b

arrow Ətraflı
Zəlzələ anında həkimlərdən əsl qəhrəmanlıq  VİDEO like
  • 24 Apr 20:27  
Digərləri Zəlzələ anında həkimlərdən əsl qəhrəmanlıq VİDEO

İstanbulda baş verən zəlzələ zamanı Başakşehir Çam və Sakura Xəstəx

arrow Ətraflı
Uzanaraq kitab oxuyanlara BƏD XƏBƏR  Belboyun hissələrdə... like
  • 24 Apr 20:15  
Digərləri Uzanaraq kitab oxuyanlara BƏD XƏBƏR Belboyun hissələrdə...

Uzanaraq kitab oxumağı rahatlıq və istirahət üçün ideal hesab edirsiniz?

arrow Ətraflı
Elgizin ayaqqabısının qiyməti təəccübləndirdi  FOTO like
  • 24 Apr 20:03  
Şou-biznes Elgizin ayaqqabısının qiyməti təəccübləndirdi FOTO

Teleaparıcı Elgiz Əkbər maraqlı açıqlama verib. 

arrow Ətraflı
Tatlısəsin oğlu əməliyyat olundu  FOTO like
  • 24 Apr 19:38  
Şou-biznes Tatlısəsin oğlu əməliyyat olundu FOTO

İbrahim Tatlısəsin nəvələri əməliyyat olunub.

arrow Ətraflı
Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub like
  • 24 Apr 19:37  
Digərləri Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuran

arrow Ətraflı
Onlar irəli getmək üçün hər şeyi edə bilərlər  Ən yaltaq 2 bürc like
  • 24 Apr 19:12  
Digərləri Onlar irəli getmək üçün hər şeyi edə bilərlər Ən yaltaq 2 bürc

Onlar güclü gördüklərinə həddən artıq təriflər yağdırır, daim raz

arrow Ətraflı
İstanbulda dəhşətli partlayış  yaralılar var like
  • 24 Apr 19:04  
Digərləri İstanbulda dəhşətli partlayış yaralılar var

İstanbulun Tuzla rayonunda Dəri Sənaye Bölgəsindəki su təmizləyici qurğ

arrow Ətraflı
İstanbul zəlzələsində 1 nəfər ölüb like
  • 24 Apr 18:57  
Digərləri İstanbul zəlzələsində 1 nəfər ölüb

Özbəkistan vətəndaşı İstanbul zəlzələsi zamanı qorxudan həyatını i

arrow Ətraflı
Mahsun Kırmızıgül xəstəxanaya yatırıldı  FOTO like
  • 24 Apr 18:48  
Şou-biznes Mahsun Kırmızıgül xəstəxanaya yatırıldı FOTO

Mahsun Kırmızıgül ürək şikayətləri ilə xəstəxanaya müraciət edib

arrow Ətraflı
63 min manat mənimsəyən direktor: "Pulu müalicəmə xərclədim" like
  • 24 Apr 18:39  
Kriminal 63 min manat mənimsəyən direktor: "Pulu müalicəmə xərclədim"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam o

arrow Ətraflı
Turisti quru sərhədlə Gürcüstana aparacağını deyib, 200 dollarını aldı like
  • 24 Apr 18:28  
Digərləri Turisti quru sərhədlə Gürcüstana aparacağını deyib, 200 dollarını aldı

Bakıda əcnəbi vətəndaşa qarşı xuliqanlıq hərəkəti etmiş taksi sür�

arrow Ətraflı