Bu ərazilərdə söküntü olacaq Kompensasiya şərtləri:
Digərləri 23 Apr 2025 00:25:00 117 0
Bakıda köhnə, qəzalı vəziyyətdə olan tikililərin söküntüsü davam edir.
Bu xəbəri də oxu: Mayın 1dən qüvvəyə minir
Son.az Xəzər TV-yə istinadən bildirir ki, Xətai, Sabunçu, Suraxanı rayonlarında söküntü aparılacaq ünvanlar açıqlanıb.
Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən bir neçə qəzalı binanın sökülməsi, o cümlədən Zabrat qəsəbəsi, Babək küçəsi 23, N. Allahverdiyev (keçmiş Frunze) küçəsi 16 və 6-cı Mədən küçəsi 38 ünvanlarında yerləşən binaların sakinlərinə birdəfəlik maddi kompensasiya ödənilərək köçürülməsi barədə müvafiq qurumlar tərəfindən qərar verilib.
Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi ev 87, Xətai rayonu, Oksigen küçəsi ev 1, Marat Əmirxanov küçəsi ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalar da söküntü işlərinin başlanacağı ünvanlar siyahısında yer alıb.
Qeyd olunan binalarda mənzillərin sahələrinin müəyyənləşdirilməsi ilə bağlı ölçü işlərinin aparılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Sabuncu və Xətai rayon İcra Hakimiyyətlərindən bildirilib ki, artıq investorlar cəlb olunub, işlər mərhələlərlə davam etdiriləcək.
Qəzalı binaların sakinləri isə hələlik onlara kompensasiya ilə bağlı konkret söz deyilmədiyini bildirirlər.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyir ki, söküntü işləri Baş Plana əsasən reallaşdırılır. Söküləcək bəzi binaların yerində isə park, yeni yaşıllıq zonalarının salınması nəzərdə tutulur.
Xətai, Sabunçu, Suraxanı rayonlarında qəzalı bina sakinlərinə ödəniləcək kompensasiyanın məbləğinə gəlincə, ekspert qeyd edib ki, əlavə artırmalar belə, nəzərə alınır. Kompensasiya zamanı dövlət ehtiyacları üçün alınma varsa, 20 faiz əlavə hissə və yaxud məbləğin ödənilməsi ilə bağlı qərar tələb şəklində qoyulub.
Daha ətraflı videomaterialı təqdim edirik: Son.az
Moskvada müstəntiqlər Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və �

Müğənni Günel Ələkbərova qalmaqallı açıqlamalar verib.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Rusiya prezidenti Vladimir Putin özü ABŞ-a hazırkı cəbhə xəttində Ukray

Əməkdar artist Elza Seyidcahan qalmaqal yaşadığı mərhum Xalq artisti İlh

Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq.

"Avroviziya 2011" qalibi Nigar Camal açıqlaması ilə diqqət çəki

Filippinin cənubundakı Mindanao bölgəsinin sahillərində rixter cədvəli �

Aprelin 21-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəq�

"Ukrayna Krımın Rusiya tərəfindən işğalını hüquqi baxımdan tanı

Türkiyəli aktyor İlyas Salman, 3 il əvvəl BirGün qəzetinə verdiyi müsah

Son zamanlarda Bakı Metropolitenində sərnişinlərin maşinistlə rabitə xid

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali n
