"Kaldı" deyib almırıq, amma faydası çoxdur
Digərləri 19 Apr 2025 02:02:00 111 0
Banan adətən sarı rəngi ilə tanınsa da, yaşıl, yəni tam yetişməmiş banan da sağlamlıq baxımından olduqca dəyərlidir. Tropik iqlimlərdə geniş istifadə olunan yaşıl banan həm mətbəxlərdə bişirilərək istehlak olunur, həm də pəhrizlərdə özünə yer tapır. Tərkibindəki yüksək lif və rezistent nişasta sayəsində yaşıl banan bir çox sağlamlıq probleminin qarşısını almağa kömək edir.
Bu xəbəri də oxu: Kommunal xidmətlərlə bağlı
Son.az sizə yaşıl bananın əsas faydalarını təqdrim edir:
Qan şəkərini tənzimləyir Yaşıl banan tərkibindəki rezistent nişasta sayəsində qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alır və şəkər xəstələri üçün uyğun alternativ sayılır.
Bağırsaq sağlamlığını dəstəkləyir Prebiotik təsir göstərərək bağırsaq florasının balansda qalmasına kömək edir, həzm sistemini gücləndirir.
Arıqlamağa kömək edir Toxluq hissini artırdığı üçün aclığı azaldır və kalori qəbulunu məhdudlaşdırır.
İmmuniteti gücləndirir Vitamin və minerallarla zəngin olan yaşıl banan, orqanizmin müdafiə sistemini möhkəmləndirir.
Mədə turşusunu azaldır Mədə problemləri, xüsusilə reflü və yanma hissi yaşayanlar üçün faydalıdır, mədə turşusunu tarazlaşdırmağa kömək edir.
Enerji mənbəyidir Karbohidratlarla zəngin olduğundan bədəni uzun müddət enerjili saxlayır.
Ürək sağlamlığını qoruyur Tərkibindəki kalium sayəsində təzyiqin tənzimlənməsinə və ürək ritminin qorunmasına dəstək verir.
Yaşıl banan bişmiş halda və ya püre formasında daha asan həzm olunur. Xüsusilə sağlam qidalanmaq istəyənlər üçün gündəlik rasiona əlavə edilə biləcək faydalı bir seçimdir.
Fidan Son.az
Türkiyəli aktrisa Afra Saraçoğlu reklam siması olduğu geyim markasından

İslam dünyasının məşhur alimi İbn Sinan yaddaşı gücləndirmək və zeh

Dünya şöhrətli pop ulduz Castin Biber adının ətrafında yenidən maliyyə

Əvvəlki aylarla müqayisədə tikinti materialları bazarında qiymət artım�

Rusiyanın "Birinci Kanal" telekanalının xəbər aparıcısı Yekate

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

İspaniyada məktəblərdə uşaqların qidalanma sistemində ciddi dəyişiklik

"Üçüncü övlad dünyaya gətirmək planda yoxdur. Düşünürəm ki, h�

Türkiyəli müğənni Bülent Ersoyun meneceri kimi tanınan Fevzi Siverek mily

"Aprelin 18-də saat 12:20-də Bakı-Quba yolunun 29-cu kilometrliyində a�

Tıxanmış damarları yağ kimi açır və kalsium, dəmir və maqnezium depozi

Müğənni Xatirə İslam geyimini tənqid edən izləyiciyə sərt cavab verib.

Yağıntılardan sonra bəzi bölgələrdə geoloji aktivlik artıb.

Bəzən həyat ən yaxşısını sona saxlayır.
