Azərbaycanda ilk dəfə canlıdancanlıya böyrək transplantasiyası əməliyyatı həyata keçirilib
Digərləri 06 Mar 2025 07:01:00 137 0
Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində orqan transplantasiyası əməliyyatı icra olunub. Canlıdan-canlıya köçürülən böyrək transplantasiyası əməliyyatı uğurla başa çatıb.
Bu xəbəri də oxu: Daha iki rayonda bu ailələrə ev veriləcək
Son.az xəbər verir ki, xroniki böyrək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə müraciət edən 26 yaşlı şəxsə (kişi) 59 yaşlı atasından böyrək köçürülməsi əməliyyatı icra edilib. Laparoskopik (qapalı) üsulla baş tutan donorun əməliyyatı və böyrək transplantasiyasından sonra hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda resipiyentin stasionar müalicəsi həkim nefroloqlar Cəbrayıl Cəbrayılov və Nərmin Ömərlinin təqibi ilə davam etdirilir. Pasiyentin yaxın günlərdə evə yazılması planlaşdırılır. Donor olan şəxs isə artıq ambulator müalicə üçün evə buraxılıb.
Əməliyyat tibb müəssisənin direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi, eyni zamanda ümumi cərrah Lalə İsmayılova, ümumi cərrah Günay Allahverdiyeva və anestezioloq Mayıl Sədiyevin iştirakı ilə icra olunub.
Qeyd edək ki, dəyəri yüksək olan - zədələnmiş və ya xəstə böyrəyin sağlam donorun böyrəyi ilə əvəz edilməsi prosesi artıq ölkəmizdə icbari tibbi sığorta ilə qarşılanır. Bundan sonra müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanaya sahib Yeni Klinikada yüksək ixtisaslı, peşəkar komanda sayəsində böyrək transplantasiyası əməliyyatlarının icrası mümkün olacaq.
Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktə

2050-ci ilə qədər dünyada yaşayan yetkin insanların yarıdan çoxu, uşaql

"Ezel" serialındakı "Ramiz Karaeski" obrazı ilə məşhur

Paşinyan faktiki olaraq Zəngəzur dəhlizinin açılması üçün zəmin hazı

Astroloqlar bəzi bürclərin nümayəndələrinin artıq mart ayında maliyyə

Şakiranın "Slotera" klipində yer aldığı və pərəstişkarına h

Həmin gün xanımlara verilən ən məşhur hədiyyələrdən biri də çiçək

Aktyor Can Yaman aktrisa Gözde Gürkanla eşq yaşayır.

Artıq 4 gündür ki, Azərbaycanda 11 ayın sultanı olan Ramazan ayı baş

Müğənni Sevda Yahyayevanın həyat yoldaşı, həkim - genetik Zakir Bayramov

Türkiyəli məşhur müğənni Hadisə Bakıya gələcək.

"Telegram"ın yaradıcısı Pavel Durovun sevgilisinin hamilə olması

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzad

Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yegişe K
