İstədiyi qızı vermədilər, görün nə etdi Azərbaycanda dəhşət


Kriminal 16 Apr 2025 22:10:00 103 0

İstədiyi qızı vermədilər, görün nə etdi  Azərbaycanda dəhşət

Tərtərdə qız qaçırma hadisəsinə görə 2 nəfərə ağır cəza verilib. Qız qisas məqsədi ilə qaçırdıldığını, oğurlandığını deyib.

Son.az xəbər verir ki, hadisə Tərtərin kəndlərindən birində baş verib. Qaçırılan zaman 20 yaşı olan Sevda (ad şərtidir) kursdan gəlirmiş. Onu avtobusdan düşəndə həmkəndlisi olan iki nəfər zorla maşına mindirib.

Məlumata görə, onun əllərindən və ayaqlarından tutaraq zorla maşına mindiriblər və bu zaman qız bədən xəsarətləri də alıb. Bunu görən qonşulardan biri hadisəyə müdaxilə etmək istəyib. Əlində olan küt alətlə maşına zərbə də vurub. Maşının ön şüşəsi sınıb. Amma həmin şəxslər əməllərini sonlandırmaq üçün yollarına davam ediblər.

Qızı evlənmək niyyəti ilə qaçırdığını deyən 38 yaşlı Rəşada (ad şərtdiri) öz qohumu kömək edib. Onlar qızı Rəşadın qardaşının evinə aparıblar. Amma yolda maşını dəyişiblər. Çünki düşünüblər ki, şüşəsi sınıq maşınla yollarına davam etsələr, polisin diqqətini çəkə bilərlər.

Rəşad qızı zorla Qobu qəsəbəsinə gətirib və onunla cinsi münasibətdə olub. Buna görə ona qarşı adam oğurluğu ilə yanaşı zorlama maddəsi ilə də ittiham irəli sürülüb.

Dindirilən zaman Rəşad deyib ki, qızı evlənmək niyyəti ilə qaçırıb və qızın da bunda razılığı olub. Əlavə edib ki, qızla onun razılığı əsasında münasibətdə olub.

Zərərçəkmiş kimi tanınan Sevdanın dediklərində hadisənin digər təfərrüatları məlum olub.

Sevdanın sözlərinə görə onu qaçıran Rəşad daha əvvəl onun bacısını sevirmiş: "Məni zorla qaçırıblar. Mən onu heç vaxt sevməmişəm. Aramızda yaş fərqi çoxdur. O əvvəl mənim bacımı sevirdi. Lakin bacım öz sevdiyi şəxslə qoşulub qaçdı. Bu adam da atama demişdi ki, səndən qisas alacam. Bacımın qisasını almaq üçün məni qaçırıb. Mən könüllü getmişdimsə, telefonum niyə maşında qaldı? Könüllü getsəydim, atama, anama məlumat verərdim. Məni apardıqları evdə iki xanım da var idi. Ağlayıb onlardan da kömək istədim. Zorla gətirildiyimi dedim. Amma mənə kömək etmədilər".

Açılan cinayət işi üzrə üçüncü şəxs - Rəşadın qardaşı da məsuliyyətə cəlb edilib. Lakin zərərçəkmiş şəxs ondan şikayətçi olmayıb. Digər iki şəxsə isə ağır cəza verilməsini tələb edib.

Məhkəmə Rəşada 11 il, ona kömək edən və adam oğurluğunda təqsirli bilinən qohumuna isə 9 il azadlıqdan məhrum etmə cəzası təyin edib.

Üçüncü şəxs isə şərti cəza alıb. Məhkəmə belə qənaətə gəlib ki, həmin şəxsin qızın zorla qaçırılmasından xəbəri olmayıb. (Musavat.com) Son.az

Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib like
  • 16 Apr 22:06  
Siyasət Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib

15 aprel 2025-ci il tarixində Tehran şəhərində Azərbaycan Respublikasını

arrow Ətraflı
Azərbaycanda bu şəxslərə ictimai nəqliyyat pulsuz ola bilər like
  • 16 Apr 22:03  
Digərləri Azərbaycanda bu şəxslərə ictimai nəqliyyat pulsuz ola bilər

Milli Məclisin deputatı Razi Nurullayev pensiyaçılara, tələbələrə və h

arrow Ətraflı
Bakıda körpü uçdu  Əlaqə kəsildi like
  • 16 Apr 21:58  
Digərləri Bakıda körpü uçdu Əlaqə kəsildi

Yağan aramsız yağış nəticəsində Bakıda körpü uçub. 

arrow Ətraflı
Pezeşkian özünə vitseprezident təyin etdi like
  • 16 Apr 21:48  
Digərləri Pezeşkian özünə vitseprezident təyin etdi

İran Prezidenti Məsud Pezeşkian özünün strateji və parlament işləri üz

arrow Ətraflı
Gülüstanla Elgizin rəqsi gündəm oldu like
  • 16 Apr 21:37  
Şou-biznes Gülüstanla Elgizin rəqsi gündəm oldu

Əməkdar artist Gülüstan Əliyeva və aparıcı Elgiz Əkbərin rəqsi günd�

arrow Ətraflı
Güclü sel bu ərazilərdə qaz xətlərini sıradan çıxardı like
  • 16 Apr 21:25  
Digərləri Güclü sel bu ərazilərdə qaz xətlərini sıradan çıxardı

Siyəzən rayonu ərazisində Ataçaya gələn güclü sel diametri 159 millimet

arrow Ətraflı
Xalidə Musayeva like
  • 16 Apr 21:16  
Digərləri Xalidə Musayeva

Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" lis

arrow Ətraflı
Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar like
  • 16 Apr 21:03  
Digərləri Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Bakının Səbail rayonunda məktəbin həyətində ata iki uşağını dərsə

arrow Ətraflı
Ürəyiniz teztez belə yeməklər istəyirsə...  Diqqət! Bu xəstəliklərin xəbərçisidir like
  • 16 Apr 21:00  
Digərləri Ürəyiniz teztez belə yeməklər istəyirsə... Diqqət! Bu xəstəliklərin xəbərçisidir

Bədənimizdəki kiçik dəyişikliklər böyük sağlamlıq problemlərinin əl

arrow Ətraflı
Bugünkü seldə ölən sahə rəisinin like
  • 16 Apr 20:56  
Digərləri Bugünkü seldə ölən sahə rəisinin

Xəbər verdiyimiz kimi, bu gün Ağsu rayonunda selin ekskavatoru aparması nə

arrow Ətraflı
Bu bürclərə problem lazım deyil  özləri onu yaradar like
  • 16 Apr 20:48  
Digərləri Bu bürclərə problem lazım deyil özləri onu yaradar

Hər şeydən dram yaradan bürclər - Özlərini serial qəhrəmanı kimi apara

arrow Ətraflı
Ayanın ad günündə geyindiyi paltar bəyənilmədi like
  • 16 Apr 20:39  
Şou-biznes Ayanın ad günündə geyindiyi paltar bəyənilmədi

Müğənni Ayan Babakişiyevanın ad günündən yayılan görüntülər tənqid

arrow Ətraflı
Azərbaycanda sel evi yerlə yeksan etdi like
  • 16 Apr 20:29  
Digərləri Azərbaycanda sel evi yerlə yeksan etdi

Xəbər verdiyimiz kimi, ötən gündən başlayan güclü yağış Şabran rayo

arrow Ətraflı
DYPdən XƏBƏRDARLIQ like
  • 16 Apr 20:25  
Digərləri DYPdən XƏBƏRDARLIQ

Ölkə ərazisində gün ərzində müşahidə olunan güclü və fasiləsiz ya�

arrow Ətraflı
Bakının bəzi əraziləri neçə saatdır ki, işıqsızdır like
  • 16 Apr 20:19  
Digərləri Bakının bəzi əraziləri neçə saatdır ki, işıqsızdır

Bakının bir sıra əraziləri saatlardır ki, işıqsız qalıb.

arrow Ətraflı