Tiktokda keçirilən Novruz festivalının nəticələri açıqlandı FOTO


Digərləri 16 Apr 2025 11:58:00 106 0

Tiktokda keçirilən Novruz festivalının nəticələri açıqlandı  FOTO

Qısa videoların yaradılması və izlənməsi üzrə aparıcı platforma olan TikTok Azərbaycanda ilk dəfə keçirilən #Novruz2025 onlayn festivalının nəticələrini açıqlayıb. 

Bu təşəbbüs platforma istifadəçiləri arasında böyük marağa səbəb olub: layihənin həştəqi ilə 12 mindən çox video hazırlanıb. TikTok, həmçinin, müsabiqənin qaliblərini elan edib: ən yaxşı videoların müəllifləri dəyərli hədiyyələr qazanıblar. 

TikTok-da keçirilən onlayn festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.

Artıq iki ildir ki, TikTok Azərbaycanda yerli mədəniyyətin və maarifləndirici məzmunun təbliği istiqamətində təşəbbüslər həyata keçirir. Azərbaycanın zəngin mədəni irsi ölkədəki bir çox məzmun yaradıcıları və təşkilatlar üçün ilham mənbəyinə çevrilib. Onlar həm yerli, həm də xarici auditoriya üçün maraqlı olan unikal və cəlbedici videolar hazırlayırlar.

TikTok-un bu istiqamətdə həyata keçirdiyi əvvəlki təşəbbüslər arasında mədəni layihə olan "Muzeylər gecəsi" xüsusi yer tutur. Layihə çərçivəsində ölkənin 10 aparıcı muzeyi canlı yayımlar təşkil edərək istifadəçilərə evdən çıxmadan virtual ekskursiyalara qoşulmaq, incəsənət dünyasına səyahət etmək və Azərbaycanın muzeylərində qorunan eksponatlar haqqında daha ətraflı məlumat almaq imkanı yaradıb. Bundan əlavə, TikTok "Ədəbi qonaq otağı" layihəsini də təqdim edib. Bu layihə çərçivəsində platformada tanınmış simalar və Azərbaycanın ədəbiyyat xadimlərinin muzeyləri ilə birlikdə şeir dinləmələri təşkil olunub. TikTok-un ən genişmiqyaslı layihələrindən biri isə #TikTokdanÖyrən təşəbbüsü olub. Bu layihə Azərbaycanın 22 mədəniyyət müəssisəsini bir araya gətirib. Layihədə 14 teatr, 6 muzey, Azərbaycan Milli Kitabxanası və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu iştirak edib.

#Novruz2025 TikTok-da

Platforma bu il ilk dəfə Azərbaycandakı istifadəçilərlə birlikdə yazın gəlişini və Novruz bayramını qeyd edib. TikTok bu münasibətlə genişmiqyaslı onlayn bayram festivalının keçirildiyi əsas platformaya çevrilib. #Novruz2025 həştəqi çərçivəsində istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd etdiklərini göstərən, bayram süfrəsinə aid yemək reseptlərini paylaşdıqları, eləcə də ölkələrinin zəngin adət-ənənələrinin gözəlliyini nümayiş etdirdikləri 12 mindən çox video hazırlayıblar.

Bayram süfrəsi

Novruz bayramında milli mətbəx ənənələrinin önəmli yeri var.İstifadəçilər ən çox sevdikləri milli yemək və şirniyyatların, məsələn, şəkərbura, paxlava və plovun reseptini paylaşıblar, eləcə də qonaqlar üçün gözəl və zəngin bir süfrənin necə qurulduğunu göstəriblər. Bütün bunlar dərin mədəni məna daşıyır, firavanlığı və möhkəm can sağlığını simvolizə edir.

Novruz sevdiklərinizlə

Bayram günlərində ailə və yaxınlarınızla vaxt keçirmək vacibdir. Azərbaycanın müxtəlif yerlərindən olan istifadəçilər sevimli bayramlarını ailə və dostlarının isti çevrəsində necə qeyd etdiklərini nümayiş etdiriblər. Bəziləri üçün isə bu, ilk Novruz olub.

Milli musiqi və rəqslər

Novruzun əsas aspektlərindən biri onun musiqisidir. Bayram zamanı TikTok-da milli melodiyalar daha da gur səslənib: İstifadəçilər milli Azərbaycan musiqisi ilə videolar çəkiblər, şəhərin küçələrindəki musiqi çıxışlarından reportajlar paylaşıblar və bir-birilə bayramın ab-havasını bölüşüblər.

Milli moda

Festivalın diqqətçəkən trendlərindən biri milli modaya marağın artması olub. İstifadəçilər aktiv şəkildə milli geyimləri yenidən yaradır, milli paltarların müasir təsvirlərini təqdim edir, bayram zamanı şəhərdə gəzintiyə çıxmaq üçün bu paltarları geyinib, nəsillər arasındakı əlaqəni və mədəni irsə olan hörməti nümayiş etdirirdilər.

Xalq şənlikləri

Platforma xalq şənlikləri sayəsində rəngləndi. Minlərlə insan küçələrə çıxaraq yazın gəlişini qeyd edib, milli yeməklərdən dadıb, müxtəlif fəaliyyətlərdə iştirak edib və bayram əhval-ruhiyyəsini TikTok-da paylaşıblar.

İncəsənət və ənənələr

TikTok-da rəssamlar və sənətkarlar öz əsərlərini bayrama həsr ediblər. Onlar bayram üçün Azərbaycan mədəniyyətindən və ənənəvi Novruz elementlərindən ilhamlanan rəsmlər, eləcə də əl işləri hazırlayıblar.

Alovun gücü

Alov Novruzun simvoludur, isti, yenilənmə və işığın qaranlıq üzərində qələbəsini təmsil edir. TikTok istifadəçiləri Azərbaycanda, tonqal ətrafında toplaşaraq ruhlandırıcı rəqslər etdikləri anları paylaşıblar. Bu ənənəvi Novruz rituallarının ruhu təmizlədiyinə və gələcək ildə uğur gətirəcəyinə inanılır.

Novruz bayramı haqqında ən kreativ videolar

Layihədə iştirak edən bütün istifadəçilər arasında ən kreativ videoların müəllifləri müəyyən olundu. Qaliblər layihənin tərəfdaşı - kurort şəhəri Sea Breeze tərəfindən təqdim olunan hədiyyələrin sahibləri oldular:

1-ci yer: @chinivibess adlı istifadəçi Çinarə Axundova və @aydankhalilzada adlı Aydan Xəlilzadədir. Onlar bayram ab-havasını bölüşdükləri, milli ənənələrin və geyimlərin gözəlliyini nümayiş etdirdikləri şəhər gəzintisi formatında hazırladıqları gözəl video ilə qalib oldular. Mükafat olaraq kontent müəlliflərinə DREAM Fest 2025 festivalının bütün günləri üçün fan zonaya 2 bilet təqdim olunub. 2-ci yer: Rəssam Firuza İmanova @firca.darbesi, Novruzdan və onun ənənəvi elementlərindən ilhamlanaraq çəkdiyi rəsmin hazırlanma prosesini əks etdirən video təqdim edib. Mükafat olaraq Firuza Xəzər dənizi sahilində yerləşən Sea Breeze Resort-un apartamentlərində 2 günlük qalmaq üçün vauçer qazanıb. 3-cü yer: @food_channel kanalının müəllifi Yusunova Rəhimə, paxlavanın hazırlanma prosesini ətraflı və estetik şəkildə təqdim edən video hazırlayıb. Mükafat olaraq müəllifə Bakıda yerləşən Crocus fitness klublarından birində altı aylıq üzvlük kartı təqdim edilib.

"TikTok-da #Novruz2025 onlayn festivalının necə gözəl keçməsindən çox razıyıq. Hər kəsin Novruzu bu qədər sevgi və yaradıcılıqla qeyd etməsi, ənənələrimizi belə sevinc əhvallı və canlı şəkildə paylaşması təqdirə layiqdir. Bu, sanki böyük, şən bir ailə bayramıdır və mədəniyyətimizin bu gözəl təşəbbüslə  yaşadılması əsl qürur verir!" - deyə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib.

"Bu il biz ilkl dəfə Novruz bayramını Azərbaycandakı istifadəçilərimizlə birlikdə qeyd etdik və onlayn festival üçün parlaq, rəngarəng bir platforma olduq.  İstifadəçilərimizə təşəkkür edirik ki, TikTok-u bayramın bütün rəngləri, melodiyaları, iştahaaçan təamları, rəqsləri və əla əhval-ruhiyyəsi ilə doldurdular! Sizin sayənizdə dünyanın dörd bir yanındakı insanlar Azərbaycanın mədəniyyətinin necə gözəl və bənzərsiz olduğunu daha yaxından tanıya bildillər", - deyə TikTok-un Azərbaycanda, Türkiyədə, Şərqi Avropada və Mərkəzi Asiyada əməliyyatlar üzrə rəhbəri Melis Çağlar bildirib.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.


Xəbərə aid fotolar

Həkimlər qadınların yumurta hüceyrələrini ABŞyə satıbmış  Ölkə bundan danışır like
  • 16 Apr 11:53  
Dünya Həkimlər qadınların yumurta hüceyrələrini ABŞyə satıbmış Ölkə bundan danışır

İstanbulda qadınların yumurta hüceyrələri toplanaraq ABŞ-dəki süni maya

arrow Ətraflı
Bakıda güclü yağış davam edir  Hərəkət çətinləşdi, obyektləri su basdı like
  • 16 Apr 11:22  
Digərləri Bakıda güclü yağış davam edir Hərəkət çətinləşdi, obyektləri su basdı

Bu gün Bakıda yağan güclü yağış nəticəsində şəhərin müxtəlif ər

arrow Ətraflı
Paşinyan müxalifəti ƏLƏ SALDI: jestləri gündəm oldu  VİDEO like
  • 16 Apr 11:15  
Digərləri Paşinyan müxalifəti ƏLƏ SALDI: jestləri gündəm oldu VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkə oarlamentində emosional ç

arrow Ətraflı
Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz  Bu halda müddətsizdir like
  • 16 Apr 11:11  
Digərləri Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz Bu halda müddətsizdir

Vətəndaşların ən çox üzləşdiyi məsələlərdən biri də əlilliyin t�

arrow Ətraflı
"Bomj" lotoreyadan 1 milyon uddu, həyatı dəyişdi  FOTO like
  • 16 Apr 11:10  
Digərləri "Bomj" lotoreyadan 1 milyon uddu, həyatı dəyişdi FOTO

ABŞ-nin Kaliforniya ştatında evsiz kişi içki dükanından aldığı loterey

arrow Ətraflı
İndilərdə Sədərək  VİDEO like
  • 16 Apr 10:54  
Digərləri İndilərdə Sədərək VİDEO

Bakıda ötən gündən etibarən davam edən intensiv yağış paytaxtın bir s

arrow Ətraflı
Qızıl rekord BAHALAŞDI like
  • 16 Apr 10:38  
Digərləri Qızıl rekord BAHALAŞDI

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

arrow Ətraflı
Azərbaycanda bütün limanlar bağlandı like
  • 16 Apr 10:34  
Digərləri Azərbaycanda bütün limanlar bağlandı

Azərbaycanda yağışlı hava şəraiti ilə əlaqədar bütün limanlar bağla

arrow Ətraflı
Bir günə bank kartlarından 32 min manat oğurlanıb like
  • 16 Apr 10:32  
Digərləri Bir günə bank kartlarından 32 min manat oğurlanıb

Ötən gün vətəndaşların bank kartlarından 32306 manat oğurlanıb .

arrow Ətraflı
3 uşaq belə xilas olundu  Təxliyyə aparılır like
  • 16 Apr 10:28  
Digərləri 3 uşaq belə xilas olundu Təxliyyə aparılır

Ötən gündən başlayan intensiv yağışlarla əlaqədar yaranmış fəsadlar

arrow Ətraflı
Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  FOTO like
  • 16 Apr 10:27  
Siyasət Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib FOTO

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Fəxri xiyabana gələr

arrow Ətraflı
Bakıda taksilərin qiyməti qalxdı like
  • 16 Apr 10:00  
Digərləri Bakıda taksilərin qiyməti qalxdı

Bakıda yağan leysan yağışları taksi xidmətlərinin qiymətinin artmasına

arrow Ətraflı
"Uçan taksi"nin sürücüsü Qabili söydüyünə görə xəstəxanadan qovulub? like
  • 16 Apr 09:54  
Digərləri "Uçan taksi"nin sürücüsü Qabili söydüyünə görə xəstəxanadan qovulub?

Ötən gün sosial şəbəkələrdə "uçan taksi" ilə bağlı iddia

arrow Ətraflı