Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində olub
Siyasət 15 Apr 2025 19:42:00 107 0
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Heydər Əliyev Mərkəzində olub.
Bu xəbəri də oxu: İlham Əliyev: Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik
Son.az AZƏRTAC-a istinadən bildirir ki, qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və ictimai-siyasi irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Mərkəzdəki Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.
Gürcüstan Prezidenti əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.
Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.
"Azərbaycan inciləri" sərgisi ilə də tanış olan Gürcüstan Prezidentinə bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, milli çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
"Klassik avtomobillər sərgisi" ilə də tanış olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili daha sonra xatirə kitabına ürək sözlərini yazıb.
Gürcüstan Prezidenti Mərkəzdən xoş təəssüratla ayrılıb. Son.az
Xalq artisti Miri Yusifin həyat yoldaşı "food" bloger Nərgiz Mirba

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndində yanğ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Hey

Sakinlərin kütləvi müraciəti nəzərə alınaraq 8-ci kilometr topdansatı�

Yaponiya hökuməti ölkədəki Yaponiya vətəndaşlarının sayının əvvəlk

Aprelin 14-də Dənizkənarı Milli Park yaxınlığında dənizdə (ən yaxın

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər

Gələn il üçün proqnozlaşdırılan səhiyyə xərcləri məlum olub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına �

Aprelin 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgəl�

Çətin günlər yaşayan "Nissan"a bir zərbə də ABŞ-dən gəlib.

Rusiyanın Rostov vilayətində "Sadkinskaya" yeraltı mədəni uçub. Milli.A

Avropa bu ata və oğuldan danışır. Belə ki, onlar üç il ərzində yüzd�
