Biznesin inkişaf etdirilməsi ilə bağlı İmişlidən olan sahibkarlarının təklifləri dinlənilib
Digərləri 15 Apr 2025 14:54:00 120 0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda sahibkarlarla görüş keçirilib.
Bu xəbəri də oxu: Faciəvi şəkildə ölən 25 yaşlı Orxanın
Sənaye, pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq sahələrində fəaliyyət göstərən 120-dən çox sahibkarın iştirak etdiyi tədbirdə görüşün formatına uyğun olaraq, rayonda sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeni çağırışlar, eləcə də rayonun iqtisadi potensialı və biznes imkanları barədə məlumat veriblər. Qeyd olunub ki, sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud biznesin inkişaf etdirilməsi üçün dövlətin dəstək alətləri, bu sahədə yeniliklər və rayonun biznes və investisiya potensialı barədə ətraflı məlumat üçün sahibkarlar ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostu ofislərinə müraciət edə bilərlər. İmişli rayonu ilə yanaşı, KOB dostu ofisləri Mil-Muğan iqtisadi rayonu üzrə Beyləqan və Sabirabadda da fəaliyyət göstərir.
Tədbir çərçivəsində sahibkarların güzəştli kredit, KOBİA-nın dəstək mexanizmlərindən olan "Startap" şəhadətnaməsi və qrant aləti, regionda biznes fəaliyyəti üçün imkanlar və digər məsələlərlə bağlı fikir, təklif və ehtiyacları dinlənilib, müvafiq məsələlərlə bağlı müzakirələr aparılıb, sualları cavablandırılıb.
2025-ci il ərzində sahibkarlarla belə görüşlər ölkənin digər şəhər və rayonlarında da təşkil olunacaqdır.
Səfər çərçivəsində KOBİA nümayəndələri İmişli rayonunda fəaliyyət göstərən "İmişli R-Aqro"nun heyvandarlıq təsərrüfatında və "İmişli Mall"da olub, sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar.
"TikTok" əməliyyatları nəticəsində saxlanılan "Rosh life&q

Ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təhsil

Əməkdar artist Mehriban Xanlarova "Bizimləsən" verilişində gər

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan aparıcı

Minumum pensiya kapitalı tələb olunan həddən aşağı olan şəxslər rahat

Əməkdar artist Könül Kərimova Xalq artisti Niyaməddin Musayevlə ilk tanı

Bakı şəhəri, Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan

Torpaqla tanış olan, yəni təbiətlə daha çox vaxt keçirən, palçıqla ç

Almaniyanın lüks avtomobil istehsalçısı "Isdera" iflas etdiyini e

Hesabatda deyilir: Pessimist ssenaridə Brent markalı neftin qiymətinin kəski

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təran�

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə bugünkü çıxışı

Ağdamda doğuş zamanı ana kliniki ölüm keçirib.

Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-na keçən gecədən ya�

Birinci sinfə qəbulda Şəxsi kabinetə giriş "Digital Login" vasit
