Bu gün görkəmli oftalmoloqalim, akademik Zərifə Əliyevanın anım günüdür


Digərləri 15 Apr 2025 00:30:00 103 0

Bu gün görkəmli oftalmoloqalim, akademik Zərifə Əliyevanın anım günüdür

Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır.

Son.az akademik Zərifə Əliyevanın anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.

Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.

Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək "Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı elmi-tədqiqat işləri "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

"Yeşilçam"ın əfsanəsi qorxunc xəstəliyi barədə danışdı like
  • 15 Apr 00:12  
Şou-biznes "Yeşilçam"ın əfsanəsi qorxunc xəstəliyi barədə danışdı

Türk kinosunun məşhur adlarından biri, "Yeşilçam"ın əfsanəsi

arrow Ətraflı
Gürcüstan prezidenti Azərbaycana səfər edəcək like
  • 15 Apr 00:07  
Digərləri Gürcüstan prezidenti Azərbaycana səfər edəcək

Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycanda rəsmi

arrow Ətraflı
Bu yolla birbaşa Naxçıvana gedəcəyik like
  • 15 Apr 00:06  
Digərləri Bu yolla birbaşa Naxçıvana gedəcəyik

"İran tərəfi ilə dəmir yolu hissəsinə dair danışıqlar aparılır.

arrow Ətraflı
Günün qoroskopu: Qarşılıqlı empatiya və anlayış vacibdir like
  • 15 Apr 00:01  
Digərləri Günün qoroskopu: Qarşılıqlı empatiya və anlayış vacibdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Tramp: Üç nəfərə görə milyonlarla insan öldü like
  • 14 Apr 23:54  
Dünya Tramp: Üç nəfərə görə milyonlarla insan öldü

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ silah

arrow Ətraflı
Neft ucuzlaşdı, qiymətlərə necə təsir edəcək? like
  • 14 Apr 23:48  
Digərləri Neft ucuzlaşdı, qiymətlərə necə təsir edəcək?

"Hazırda neft qiymətinin büdcədə nəzərədə tutulan 70 dollardan aş

arrow Ətraflı
Əhali bu bankdan əmanətlərini geri çəkir like
  • 14 Apr 23:41  
Digərləri Əhali bu bankdan əmanətlərini geri çəkir

"Bank Avrasiya" ASC 2025-ci ilin birinci rübünün maliyyə göstəri

arrow Ətraflı
Tramp İranla bağlı nə düşünür? like
  • 14 Apr 23:35  
Dünya Tramp İranla bağlı nə düşünür?

ABŞ lazım gələrsə, İrana qarşı sərt addımlar atmağa hazırdır və Te

arrow Ətraflı
“Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır” like
  • 14 Apr 23:31  
Digərləri “Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır”

"Kibertəhlükəsizlik - informasiya təhlükəsizliyidir. Hər kəs təhl�

arrow Ətraflı
İlqar Mikayıloğlunun oğlu evlənir like
  • 14 Apr 23:23  
Şou-biznes İlqar Mikayıloğlunun oğlu evlənir

Aparıcı İlqar Mikayıloğlu oğlu Mikayıl ailə qurur.

arrow Ətraflı
Aldığı dondurmadan ilan çıxdı  FOTO like
  • 14 Apr 23:11  
Dünya Aldığı dondurmadan ilan çıxdı FOTO

Taylandda bir kişi küçədən aldığı dondurmanın içində bütöv bir ilan

arrow Ətraflı
Dırnaqlardakı bu dəyişiklik xərçəngin xəbərçisidir like
  • 14 Apr 23:00  
Digərləri Dırnaqlardakı bu dəyişiklik xərçəngin xəbərçisidir

Dırnaqla bağlı aparılan araşdırma, dırnaqdakı qəribəliklərin xərçə

arrow Ətraflı
Dolların "evi yıxılır": Hamı artıq bu valyutanı seçir like
  • 14 Apr 22:49  
Digərləri Dolların "evi yıxılır": Hamı artıq bu valyutanı seçir

ABŞ-ın yüksək rüsumları, Avrozonada inflyasiyanın əvvəlki proqnozlara n

arrow Ətraflı