Azərbaycanda 71 yaşlı kişi haqsız yerə mühakimə edilir?


Digərləri 14 Apr 2025 12:39:00 116 0

Azərbaycanda 71 yaşlı kişi haqsız yerə mühakimə edilir?

71 yaşlı Nazim Xudaverdiyev 35 il dostluq etdiyi şəxsin şikayəti ilə cinayət məsuliyyətinə cəlb olunub. 

Ahıl yaşında haqsız yerə mühakimə edildiyini düşünən vətəndaş "Qafqazinfo"ya müraciət edib. Onun sözlərinə görə, ittiham edildiyi hallar üzrə əleyhinə heç bir mötəbər sübut təqdim olunmayıb. N.Xudaverdiyev işinin xüsusilə Məhkəmə-Hüquq Şurası tərəfindən nəzarətə götürülməsini istəyir.

İttihamda yazılıb ki, təqsirləndirilən şəxs "Our Orchards" MMC-nin idarə heyətinin sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etməklə ona 153 min 500 manatlıq ziyan vurub. N.Xudaverdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Bu gün Xudaverdiyev məhkəmənin ədalətli hökm çıxaracağına ümid edir: "Özünü zərərçəkmiş kimi təqdim edən köhnə dostum müxtəlif vasitələrlə məhkəməyə təsir etməyə çalışır. Hətta bunu çəkinmədən açıq şəkildə dilə gətirir. Məhkəmə də bu hərəkətlərinə görə ona irad bildirir. Mən heç bir təqsirim olmaya-olmaya bu yaşımda mühakimə edilirəm. Əleyhimə heç bir mötəbər sübut təqdim olunmayıb. Zərərçəkmişin istintaqda və məhkəmədə müxtəlif ifadələr verməsi, şahidlərin əvvəl başqa, məhkəmədə isə başqa cür danışması, eyni zamanda sənəd saxtalaşdırma ilə bağlı irəli sürülmüş ittihamın əsassızlığını sübut edən ekspert rəylərinin mövcudluğu bunun bariz nümunəsidir. Ekspertiza müəyyən edib ki, həmin sənəddəki imzaların heç biri mənə məxsus deyil, amma yenə də ittiham tərəfi əksini iddia edir".

Müttəhimin vəkili Esmira Tağıyeva isə müdafiə çıxışına hazırdır. Xanım vəkilin sözlərinə görə, əllərində müvəkkilinin təqsirsizliyini təsdiq edən kifayət qədər sübutlar var, növbəti iclasda onlar tək-tək məhkəməyə təqdim ediləcək: "Elə prosesin gedişini tamamilə dəyişə biləcək sübutlarımız var. Həmçinin biz əlavə şahidlərin hakim qarşısında dindirilməsini istədik. Bu vəsatətimiz də təmin edilib. Lakin müvəkkilimin də dediyi kimi istintaq və məhkəmə mərhələsində müşahidə etdiyimiz təzyiqlər bizi ciddi şəkildə düşündürür. Narahatıq ki, bəzi təzyiqlər nəticəsində 71 yaşlı bir insanın ömrünün son illəri həbsdə keçə bilər. Bu da təkcə hüquqi yox, həm də mənəvi faciə olar".

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ like
  • 14 Apr 12:30  
Digərləri Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən ba

arrow Ətraflı
Gecə səsküy salan iaşə obyektləri cərimələndi  VİDEO  FOTO like
  • 14 Apr 12:21  
Digərləri Gecə səsküy salan iaşə obyektləri cərimələndi VİDEO FOTO

Polis Nərimanovda gecə saatlarında məişət səs-küyü normalarına əməl

arrow Ətraflı
Mətanət Əsədova: "Mən sənətkar deyiləm!" like
  • 14 Apr 12:13  
Şou-biznes Mətanət Əsədova: "Mən sənətkar deyiləm!"

Müğənni Mətanət Əsədova "Mən sənətkar deyiləm" ifadəsi il�

arrow Ətraflı
Vergi hesabatlarında şirkətlər üçün əsas təhlükələr hansılardır?  AÇIQLAMA like
  • 14 Apr 12:04  
Digərləri Vergi hesabatlarında şirkətlər üçün əsas təhlükələr hansılardır? AÇIQLAMA

"Mənim tövsiyəm, şirkətlərin hər zaman kameral yoxlamalar üçün ha

arrow Ətraflı
VTB (Azərbaycan) I rübü 3,3 milyon manat mənfəətlə başa vurub like
  • 14 Apr 12:00  
Digərləri VTB (Azərbaycan) I rübü 3,3 milyon manat mənfəətlə başa vurub

VTB (Azərbaycan) ASC 2025-ci ilin birinci rübünün nəticələrini açıqlay�

arrow Ətraflı
Dubay şokoladı qalmaqalı  Milyonlarla insan xərçəng yaradan bu maddəni yeyibmiş like
  • 14 Apr 12:00  
Digərləri Dubay şokoladı qalmaqalı Milyonlarla insan xərçəng yaradan bu maddəni yeyibmiş

Bir müddət əvvəl sürətlə populyarlaşan dubay şokoladları ilə bağlı

arrow Ətraflı
Dələduz vətəndaşa dəyən ziyanı qaytarmaq imkanı yoxdursa, pulu kim ödəyir? like
  • 14 Apr 11:49  
Digərləri Dələduz vətəndaşa dəyən ziyanı qaytarmaq imkanı yoxdursa, pulu kim ödəyir?

Son zamanlar bir çox insanlar dələduzların qurbanına çevrilirlər. Onları

arrow Ətraflı
FHNdən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT like
  • 14 Apr 11:38  
Digərləri FHNdən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti i

arrow Ətraflı
7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib like
  • 14 Apr 11:30  
Digərləri 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

"Startap" şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik

arrow Ətraflı
"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ like
  • 14 Apr 11:24  
Dünya "Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

ABŞ Dövlət Departamentinin DV Lotereya səhifəsində açıqlanacaq 2025 &quo

arrow Ətraflı
Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrılıb  SƏRƏNCAM like
  • 14 Apr 11:18  
Siyasət Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrılıb SƏRƏNCAM

Prezident İlham Əliyev Cəlilabad rayonunun Sərhədabad-Əliabad-Zəhmətabad

arrow Ətraflı
Prezident bu nazirliyə yeni səlahiyyət verdi  FƏRMAN like
  • 14 Apr 11:16  
Siyasət Prezident bu nazirliyə yeni səlahiyyət verdi FƏRMAN

Dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyy�

arrow Ətraflı
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilib like
  • 14 Apr 11:13  
Siyasət “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev "Korrupsiyaya qarşı mübarizə haqqında" q

arrow Ətraflı
Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib like
  • 14 Apr 11:10  
Siyasət Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib.

arrow Ətraflı
Ermənistanda xüsusi təyinatlıların komandiri ağır qəzaya düşdü like
  • 14 Apr 11:10  
Dünya Ermənistanda xüsusi təyinatlıların komandiri ağır qəzaya düşdü

Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılar batalyonunun kom

arrow Ətraflı