Xanlar Vəliyevi kim əvəz edir?
Digərləri 11 Apr 2025 19:45:00 119 0
Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb və o, təqaüdə göndərilib. Hələlik həmin vəzifələrə yeni təyinat yoxdur.
Bu xəbəri də oxu: Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI Çantalarınızı hazır saxlayın
Bəs hazırda hərbi prokurorun səlahiyyətlərini kim icra edir?
Son.az teleqraf-a istinadən xəbər verir ki, Azərbaycanın hərbi prokurorunun 3 müavini var.
Bunlar ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə general-mayoru Fuad Məmmədov və ədliyyə polkovniki Mehdi Hüseynzadədir.
Onlardan ən təcrübəlisi Ş.İmranovdur. O, 1972-ci ildə Göyçay rayonunda anadan olub. 2005-ci ildən Hərbi Prokurorluqda çalışır. General-mayor 16 ildir hərbi prokurorun müavinidir. Ş.İmranov bu vəzifəyə 2009-cu il dekabrın 4-də o zaman Baş prokuror olan Zakir Qaralovun əmri ilə təyin edilib.
Hərbi prokurorun digər müavini ədliyyə general-mayoru Fuad Məmmədovun tərcümeyi-halı geniş ictimaiyyətə məlum deyil. Bilinən odur ki, Məmmədov Fuad Kamil oğlu 2020-ci ilin iyul ayından bu vəzifəni tutur. Onun təyinatı ilə bağlı əmri Baş prokuror Kamran Əliyev imzalayıb. Bu təyinata qədər Hərbi Prokurorluqda şöbə rəisi işləyib.
Hərbi prokurorun digər müavini Hüseynzadə Mehdi Tofiq oğludur. O, 19 may 1976-cı ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1999-cu ildən prokurorluq orqanlarına işə qəbul olunub. Həmin tarixdən Hərbi Prokurorluq sistemində çalışır.
M.Hüseynzadə 22.06.2010-cu ildə Tərtər hərbi prokuroru, 24.06.2013-cü ildə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, 07.07.2020-ci ildə isə Respublika Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 2022-ci ilin mart ayında Baş prokuror Kamran Əliyevin əmri ilə hərbi prokurorun müavini vəzifəsinə təyinat alıb.
Hərbi Prokurorluğun saytında müavinlərin sıralaması belədir:
Şəfahət İmranov
Mehdi Hüseynzadə
Fuad Məmmədov
Hazırda üç müavindən hansının hərbi prokuroru əvəz etdiyinə gəlincə, Hərbi Prokurorluqdan bu suala cavab verilməyib.
Rusiya Ədliyyə Nazirliyi ölkənin keçmiş xarici işlər naziri Andrey Kozı

Müğənni Sevda Yahyayeva ona izləyicilərinin ən çox ünvanladığı sualla

Xəbər verdiyimiz kimi, "Starlink" internet xidmətinin Azərbaycand

Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin a

Toy karvanında qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə c

Avstraliyanın Channel Nine telekanalının aparıcısı Piter Overton canlı ya

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi ç

Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev apre

Aprelin 11-də İqtisadi Şuranın növbəti iclası keçirilib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Ekrem İmamoğluy

Şairə və qiraətçi Nazilə Səfərli qalmaqallı açıqlama verib.

Gürcüstan və Azərbaycan arasında dəmir yolu əlaqəsi təxirə salınıb.

Havanın yenidən kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son
