Zərərçəkmiş Xankəndi sakini: Bizə çörək satılmırdı
Kriminal 11 Apr 2025 16:13:04 108 0
Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Zemfira Abbasova ifadə verib və dövlət ittihamçılarının suallarını cavablandırıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Xankəndi şəhərində yaşamış Z.Abbasova "Miyatsum hərəkatı" başlayandan sonra evdən çıxa bilmədiklərini bildirərək deyib: "Baxmayaraq ki, ermənilər üçün çox yaxşı şərait yaradılmışdı, təminatları var idi, amma onlar bizi təhqir edir, təzyiq göstərirdilər. Onlar evlərimizə daxil olub onu talayır, dağıdır, əmlaklarımızı məhv edir, xaç formasında kəsib-doğrayırdılar. Çölə çıxa bilmirdik, bizi daş-qalaq edirdilər. Hətta bizə çörək satılmırdı. Həmin vaxt dəmir yolu idarəsində işləyirdim. Bu idarəyə də daxil olub bizə qarşı müxtəlif qanunsuzluqlar edirdilər. Əsasən də "Türklər burada olmamalıdırlar, buradan çıxmalıdırlar", "Türklər məhv olmalıdırlar" deyirdilər. Tələb edirdilər ki, türklər çıxsın, əvəzində isə ermənilər bizim evlərimizə məskunlaşsın".
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Azərbaycanda ali təhsil alan şəxslərə hərbi xidmətdən möhlət verildiy

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.

Məşhur aktyor Eric Dane çarəsi olmayan xəstəliyə tutulub.

Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin a

Qəza edən bəzi sürücülər dəymiş zərərin qarşılığını almaq üç�

Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti il

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili s

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SH

Aşıq Zülfiyyə İbadova açıqlaması ilə diqqət çəkib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-M

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv

Bəzi vətəndaşlar Ucarda şəkərli diabet xəstələri üçün müvafiq dər

Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğl

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş ver

Bugünki cəmiyyətdə maddi dəyərlər və materialist yanaşmalar daha çox �
