Yeni reallıqlar və Azərbaycanın siyasi qətiyyəti


Siyasət 10 Apr 2025 13:55:00 99 0

Yeni reallıqlar və Azərbaycanın siyasi qətiyyəti

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Dövlətimizin başçısı forum iştirakçılarının suallarını cavablandırıb, Azərbaycanın xarici siyasətinə dair bir neçə əsas istiqaməti vurğulayıb. Forumda qlobal siyasi dəyişikliklər, münaqişələr və çağırışlar müzakirə edilib. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq siyasətdəki rolunu vurğulayıb.

Tədbirə dünya miqyasında yüksək səviyyəli iştirakçılar qatılıb və forumda iqlim dəyişikliyi, miqrasiya və beynəlxalq hüquq kimi aktual mövzulara toxunulub. Beynəlxalq ekspertlər qlobal mövzuları müzakirə etmək məqsədilə yeddinci dəfədir ki, Azərbaycana gəlirlər. Bu səfərlər Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasına və ölkənin daxili durumunun daha dərindən dərk edilməsinə töhfə verir. Eyni zamanda, ekspertlər bu səfərlər vasitəsilə Azərbaycanın tarixi və müasir gerçəklikləri ilə yaxından tanış olurlar.

Prezident çıxışına başlayaraq bildirib ki, 1923-cü ildə Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni nöqteyi-nəzərdən qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə təcavüzkar separatizmə aparan bu prosesə start verilib. Ermənistanın militarist və revanşist siyasətinin regional təhlükəsizlik üçün ciddi təhdid olduğunu qeyd edən Prezident 44 günlük müharibənin Ermənistanın təcavüzkarlığına qarşı uğurlu cavab olduğunu bildirib. O, həmçinin Ermənistanın Araz çayını çirkləndirməsinin ətraf mühitə vurduğu ziyanı da diqqətə çatdırıb.

Ölkə başçısı Azərbaycanın regional və beynəlxalq siyasətdəki rolunu gücləndirərək, Avropa, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə əlaqələrinin inkişafına diqqət çəkib. O bildirib ki, Azərbaycan bu bölgələr arasında iqtisadi və nəqliyyat körpüsü rolunu oynayır, xüsusilə iqtisadi və transit potensialının artırılması istiqamətində irəliləyişlər əldə edib.

Azərbaycanın coğrafiyası və tarixi, həmçinin Xəzər dənizi ətrafında yerləşən qonşularla qurulan əlaqələr ölkənin geopolitik mövqeyini gücləndirir. Azərbaycanın Mərkəzi Asiya, Yaxın Şərq və Avropa ilə qurduğu güclü siyasi, iqtisadi və nəqliyyat əlaqələri, bu ölkələrin uzunmüddətli əməkdaşlıq üçün əlverişli platforma yaratmasını təmin edir.

Azərbaycan Mərkəzi Asiya və Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan güclü əlaqələr qurub. Xüsusilə enerji sektorunda Azərbaycanın geniş enerji resursları və yaşıl enerji təşəbbüsləri bu regionlarla olan əlaqələri daha da möhkəmləndirir. Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabeli layihəsi və Cənub Qaz Dəhlizinin genişlənməsi bu əlaqələri daha da dərinləşdirir. Beləliklə, Azərbaycanın rolunun artırılması, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahələrində əhəmiyyətli təsir göstərir.

Azərbaycanın ABŞ ilə münasibətləri barədə danışan Prezident Tramp administrasiyası dövründə iki ölkə arasında daha yaxın əməkdaşlıq yaranmasını və sonrakı dövrdə münasibətlərin inkişafını qeyd edib. Digər tərəfdən, Azərbaycan-Çin əlaqələrinin inkişafına da toxunulub, Çinlə strategiya tərəfdaşlığının əhəmiyyəti və yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri vurğulanıb.

Prezident İlham Əliyev həmçinin Azərbaycanın Afrika ölkələri ilə əlaqələrini inkişaf etdirmək istiqamətində atılan addımları və Qoşulmama Hərəkatında ölkəmizin göstərdiyi liderliyi qeyd edib. Türk dünyası ilə əməkdaşlığın önəmini vurğulayaraq Azərbaycanın Türk Dövlətləri Təşkilatını daha güclü və təsirli bir qurum olaraq görmək istədiyini ifadə edib.

Gürcüstanla strateji əlaqələrin gücləndirilməsi, Orta Dəhlizin irəlilədilməsi və Azərbaycanın bu dəhlizin inkişafında oynadığı mühüm rol da Prezidentin çıxışında yer alan digər mövzulardır.

Müasir dünya düzənində güc mərkəzləri dəyişdikcə Azərbaycan da öz milli maraqlarını qorumaq üçün düşünülmüş və balanslı siyasət yürüdür. Orta güc statusuna malik olan Azərbaycan beynəlxalq münasibətlərdə fəal mövqe nümayiş etdirir. Bu gün Azərbaycan güclü iqtisadiyyatı, sabit siyasi sistemi və milli həmrəyliyi ilə regionda sabit güc mərkəzinə çevrilib. Yeni dünya nizamında Azərbaycan müstəqil və nüfuzlu bir aktor kimi çıxış edir. Azərbaycan beynəlxalq tərəfdaşlığa açıqdır, lakin bu əməkdaşlıq daxili işlərə hörmət prinsipi əsasında olmalıdır. 

İslam Son.az

Azərbaycanlı müğənni geyiminə sərvət yatırdı: 54 minlik boyunbağı, 4 minlik çanta...  FOTO like
  • 10 Apr 13:46  
Şou-biznes Azərbaycanlı müğənni geyiminə sərvət yatırdı: 54 minlik boyunbağı, 4 minlik çanta... FOTO

Müğənni Lətifə Söyüöz rəqqasə Fatimə Fətəliyevanın ad günü məcl

arrow Ətraflı
Misirdə bina ÇÖKDÜ: ölənlər var  FOTO like
  • 10 Apr 13:40  
Dünya Misirdə bina ÇÖKDÜ: ölənlər var FOTO

Misirdə dörd mərtəbəli bina çöküb.

arrow Ətraflı
"7 il birinci sinifdə qalmışam" like
  • 10 Apr 13:30  
Digərləri "7 il birinci sinifdə qalmışam"

"Dövlət məmurları öz bilik səviyyələri haqqında düşünməlidirl�

arrow Ətraflı
Elməddinə Eldəniz dedi, "özündən çıxdı"  VİDEO like
  • 10 Apr 13:19  
Şou-biznes Elməddinə Eldəniz dedi, "özündən çıxdı" VİDEO

ATV-də yayımlanan "Gün ortası" verilişində maraqlı anlar yaşan

arrow Ətraflı
Bakıda 4 gün komada qalan qadın ana oldu – FOTO like
  • 10 Apr 13:18  
Digərləri Bakıda 4 gün komada qalan qadın ana oldu – FOTO

Azərbaycanda dörd gün Kliniki Tibbi Mərkəzin (KTM) Doğum-Reanimasiya şö

arrow Ətraflı
Putin virusa yoluxub like
  • 10 Apr 13:00  
Digərləri Putin virusa yoluxub

Putin xəstədir, lakin bu, çaxnaşma və manipulyasiya üçün əsas deyil.

arrow Ətraflı
Qış geri qayıdır  Sabahın havası AÇIQLANDI like
  • 10 Apr 12:52  
Digərləri Qış geri qayıdır Sabahın havası AÇIQLANDI

Aprelin 11-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Ermənilər yenə etiraz edir  Yolu bağladılar like
  • 10 Apr 12:36  
Dünya Ermənilər yenə etiraz edir Yolu bağladılar

Ermənistanın Kasax (Abaran) və Proşyan kəndlərinin sakinləri hökumətin

arrow Ətraflı
Tanınmış qurumun "TikTok"u oğurlandı, 500 manat istəyirlər like
  • 10 Apr 12:32  
Digərləri Tanınmış qurumun "TikTok"u oğurlandı, 500 manat istəyirlər

Dünən axşam saatlarında "Azərbaycan Uşaqları" İctimai Birliyin

arrow Ətraflı
Həftənin ən yaxşı günü  BÜRCLƏR üçün like
  • 10 Apr 12:30  
Digərləri Həftənin ən yaxşı günü BÜRCLƏR üçün

Ezoteriklərin fikrincə, həftənin hər günü öz enerjisini daşıyır və t

arrow Ətraflı
"Karga" 13 illik sevgilisi ilə NİŞANLANDI  VİDEO like
  • 10 Apr 12:20  
Şou-biznes "Karga" 13 illik sevgilisi ilə NİŞANLANDI VİDEO

Tanınmış türkiyəli aktyor subaylığın daşını atmağa qərar verib.

arrow Ətraflı
Binalar 1800cü illərdə tikilib  Nə təmir etməyə, nə də sökməyə icazə verilir like
  • 10 Apr 12:12  
Digərləri Binalar 1800cü illərdə tikilib Nə təmir etməyə, nə də sökməyə icazə verilir

Yeni Suraxanı qəsəbəsinin Xanlar Ələkbərov 37 ünvanında bir qrup sakini

arrow Ətraflı
Tramp Putinə qəzəblidir – Zelenskidən sərt sözlər like
  • 10 Apr 12:05  
Dünya Tramp Putinə qəzəblidir – Zelenskidən sərt sözlər

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-ın keçmiş Prezidenti

arrow Ətraflı