Bakının 2 dostu dağıdıcı müharibəyə başlayır?


Dünya 10 Apr 2025 09:32:00 107 0

Bakının 2 dostu dağıdıcı müharibəyə başlayır?

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Türkiyə ilə münasibətlərinin çox yaxşı olduğunu vurğulayıb.

Sitat:

"Ərdoğan Suriyada heç kimin edə bilmədiyini etdi. Ərdoğan həqiqətən güclü və çox ağıllı insandır. Heç kimin bacara bilmədiyi şeyə nail oldu. Biz bunun haqqını verməliyik

Mən Ərdoğanı sevirəm, o da məni sevir. Mətbuatın Ərdoğanı sevməyimə qəzəbləndiyini bilirəm, amma mən onu sevirəm".

Tramp Netanyahuya Türkiyə ilə hər hansı problemi varsa, onu həll edə biləcəyini, amma məntiqli davranmalı olduğunu da deyib.

Trampın Ərdoğanla bağlı pozitiv sözlər deməsi, xüsusilə də bunu Netanyahu ilə görüşdə dilə gətirməsi diqqət çəkir. Məsələ ondadır ki, son günlərin ən çox müzakirə edilən mövzularından biri Türkiyə və İsrailin Suriyada qarşı-qarşıya gəlməsidir. Bir çoxları baş verənlərin fonunda bunun qaçılmaz olduğunu düşünürlər.

Aydın məsələdir ki, Türkiyə Bəşər Əsədin devrilməsində müstəsna rola malikdir. Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaranın da Ankaraya yaxınlığı bəllidir. Son günlər isə Türkiyənin Suriyada daimi hərbi baza açmaq istəməsi xəbərləri, başda İsrail olmaqla regionda maraqlı qüvvələri  narahat edir.

İsrail Əsəddən sonra Suriyanın İran təsirindən çıxmasından məmnun olsa da, Türkiyə təsirinə düşməsindən məmnun deyil. Son günlər Suriyaya endirilən aviazərbələr, həmçinin İsrail ordusunun bir sıra məntəqələri ələ keçirməsi Təl-Əvivin narahatlığını göstərir.

Bilinənin əksinə, Türkiyə və İsrail bu və ya başqa formada heç vaxt regionda müharibə etməyəcək:

Birincisi, İsrail və Türkiyə düşmən deyil. Türkiyə ABŞ-dan sonra İsrailin müstəqilliyini tanıyan ölkədir. İki ölkə uzun illər başda hərbi və kəşfiyyat sahələri olmaqla bir çox sahədə əməkdaşlıq edib, proses davam edir. Hətta deyərdim, Bəşər Əsədin devrilmə prosesində MİT və "Mossad" müəyyən mənada ortaq hərəkət edib.

İkincisi, nə Türkiyə, nə də İsrail bir-birinə qarşı müharibəni gözə ala bilər. İki ölkədə kifayət qədər güclüdür. Türkiyə ordusu qarşısında İsrail ordusu say etibarilə çox azdır. İsrail müdafiə müharibəsində ixtisaslaşmış olsa da, Türkiyənin hücum doktrinalarına qarşı müqavimət göstərməsi çətindir.

Lakin bu da bir həqiqətdir ki, İsraili başda ABŞ olmaqla, qərb ölkələri müdafiə edir. Yəni bu ölkəyə hücum, ya da müharibə elanı birbaşa ABŞ və müttəfiqlərə müharibə deməkdir. Bundan başqa, İsrailin maliyyə gücü də Ankaranı çəkindirəcək faktordur.

Üçüncüsü, həm İsrail, həm də Türkiyə ABŞ üçün Yaxın Şərqdə mühüm strateji tərəfdaş və müttəfiqdir. İki müttəfiqin regionda müharibə həddinə gəlməsinə ABŞ heç bir halda icazə verməz.

Ankara və Təl-Əviv ən yaxşı halda Suriya uğrunda proksi müharibə apara bilər. Yəni İsrail ələviləri, kürdləri, druziləri mərkəzi hakimiyyətə qarşı ayaqlandıra, Türkiyə isə Əhməd əş-Şaraya dəstəyini artıra bilər. Lakin iki ölkənin klassik mənada müharibə etməsi mümkünsüzdür.

Trampın Ərdoğanı tərifləməsinə gəldikdə isə bu, kifayət qədər hiyləgər addımdır. Ümumiyyətlə, Trampın Ərdoğanın eqosuna fokuslandığı aydın görünür. Tramp Türkiyədə PKK-nı bitirməklə bağlı Ankaraya söz vermiş ola bilər. Amma Abdullah Öcalanla danışıqların başlanması öncəsində PKK-nın dolayı yolla Türkiyə siyasətinə nüfuz edib, parlamentdə yer alması kimi məsələlər diqqət çəkir. Bundan başqa, ABŞ Türkiyənin Suriyadakı PYD, YPG ilə bağlı narazılığını da bloklamağı bacarıb. Məsələn, Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara həm yeni kabinetin tərkibində, həm də parlamentdə YPG/PYD-yə yer verdi. Qısası, ABŞ Türkiyə ilə gərginliyin mənasız olduğunu yaxşı dərk edir. Buna görə də yumşaq güc siyasətinə üstünlük verir. ABŞ Prezidenti Donald Trampın Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı dedikləri də bunu təsdiq edir. /Globalinfo

Vətəndaşların bank kartlarından külli miqdarda pul oğurlandı like
  • 10 Apr 09:29  
Kriminal Vətəndaşların bank kartlarından külli miqdarda pul oğurlandı

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxt

arrow Ətraflı
Azərbaycanlı müğənni reklama 100.000 Aznə ÇƏKİLİR like
  • 10 Apr 09:24  
Şou-biznes Azərbaycanlı müğənni reklama 100.000 Aznə ÇƏKİLİR

Müğənni Hiss ilk dəfə efirdə reklam qiymətini açıqlayıb.

arrow Ətraflı
Azərbaycanda avro UCUZLAŞDI, bu valyuta isə... like
  • 10 Apr 09:23  
Digərləri Azərbaycanda avro UCUZLAŞDI, bu valyuta isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
"Ölkəmiz xəritədən silinəcək" like
  • 10 Apr 09:17  
Dünya "Ölkəmiz xəritədən silinəcək"

Ukraynalı deputat Aleksandr Dubinski iddia edir ki, Rusiya ilə müharibənin s

arrow Ətraflı
Afaq buna görə "Xəzər TV"dən gedib like
  • 10 Apr 09:11  
Şou-biznes Afaq buna görə "Xəzər TV"dən gedib

Aparıcı Afaq Gəncəli "Xəzər TV" ilə yollarını ayırmasından

arrow Ətraflı
Amerikalılar ərzaq alıb yığmağa başlayıblar like
  • 10 Apr 09:01  
Dünya Amerikalılar ərzaq alıb yığmağa başlayıblar

ABŞ Prezidenti Donald Trampın idxal mallarına qarşı tətbiq etdiyi rüsumla

arrow Ətraflı
Türkiyədə serial çəkilişi zamanı aktyorlar yaralandı like
  • 10 Apr 08:57  
Şou-biznes Türkiyədə serial çəkilişi zamanı aktyorlar yaralandı

TRT 1-in sevilən serialı "Mehmet: Fəthlərin Sultanı"nın dünən

arrow Ətraflı
“iPhone” ABŞdə istehsal olsa neçəyə olacaq? like
  • 10 Apr 08:53  
Digərləri “iPhone” ABŞdə istehsal olsa neçəyə olacaq?

Əgər "iPhone" ABŞ-da istehsal olunmağa başlansa, onun qiyməti ü

arrow Ətraflı
"Amazon" Çindən malların sifarişlərini ləğv etdi like
  • 10 Apr 08:48  
Dünya "Amazon" Çindən malların sifarişlərini ləğv etdi

"Amazon.com Inc." Çin və digər Asiya ölkələrində istehsal edil�

arrow Ətraflı
Rusiya və ABŞ diplomatları İstanbulda görüşür like
  • 10 Apr 08:47  
Dünya Rusiya və ABŞ diplomatları İstanbulda görüşür

Rusiya və ABŞ nümayəndə heyətləri bu gün İstanbulda iki ölkənin diplo

arrow Ətraflı
Fatimə özünə toy kimi ad günü etdi like
  • 10 Apr 08:32  
Şou-biznes Fatimə özünə toy kimi ad günü etdi

Rəqqasə Fatimə Fətəliyevanın ad günü məclisindən görüntülər yayıl

arrow Ətraflı
Yaslarla bağlı qadağalar geri qayıdır? like
  • 10 Apr 08:25  
Digərləri Yaslarla bağlı qadağalar geri qayıdır?

Evlərdə keçirilən yas mərasimləri ilə bağlı zaman-zaman mənfi xəbərl

arrow Ətraflı
Lombarda qızıl qoyanlar DİQQƏT: Yoxlamalısınız like
  • 10 Apr 08:15  
Digərləri Lombarda qızıl qoyanlar DİQQƏT: Yoxlamalısınız

Banklardan kredit ala bilməyən bir çox insan ümidini lombardlara bağlayır.

arrow Ətraflı
Mövqelərimiz yenidən atəşə tutuldu like
  • 10 Apr 08:10  
Digərləri Mövqelərimiz yenidən atəşə tutuldu

Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölm

arrow Ətraflı
Yeddi əşya rahat yatmağınıza like
  • 10 Apr 08:09  
Digərləri Yeddi əşya rahat yatmağınıza

Yataq otağı istirahət, enerji toplama və rahatlama üçün nəzərdə tutulm

arrow Ətraflı