Bu rayonlarımızda zəlzələ gözlənilir: hava kəskin dəyişəcək – Nə baş verir?


Digərləri 10 Apr 2025 07:51:00 111 0

Bu rayonlarımızda zəlzələ gözlənilir: hava kəskin dəyişəcək – Nə baş verir?

Son günlər bölgədə qəribə təbiət hadisələri müşahidə edilir. Belə ki, Rusiya və Türkiyəyə aprel ayında qar yağır, eyni günlərdə Gürcüstan, İran və yenə Rusiyada ardıcıl zəlzələlər olur. Bu gündən etibarən Azərbaycanda da havanın kəskin dəyişəcəyi bildirilir. Paralel olaraq, zəlzələlərin baş verəcəyi istisna edilmir.

Regionumuzda nə baş verir? Belə təbiət hadisələri necə izah edilməlidir?

Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bölgədə son günlər müşahidə edilən təbiət hadisələri təkcə lokal deyil, daha geniş coğrafi və iqlim proseslərinin nəticəsidir:

"Bu hadisələrin Azərbaycana da təsir etməsi gözləniləndir. Bunu həm geofiziki, həm də iqlim baxımından izah etmək olar. Ölkəmiz də daxil olmaqla, Cənubi Qafqaz regionu seysmik aktiv zonada yerləşir. Gürcüstan, İran və Rusiyada qeydə alınan ardıcıl zəlzələlər bu bölgədəki tektonik gərginliyin artdığını göstərir. Ərəbistan və Avrasiya plitələrinin toqquşma zonasında yerləşən ölkəmizdə də zəif və ya orta güclü zəlzələlərin baş verməsi mümkündür, xüsusilə Zaqatala, Şamaxı, Gəncə və Talış dağlıq zonalarında".

Ekoloq bildirib ki, Türkiyə və Rusiyada apreldə qar yağması, qeyri-mövsümi yağıntılar və güclü küləklər atmosfer dövriyyəsində yaranmış pozuntularla əlaqəlidir:

"Bu da, öz növbəsində, qlobal istiləşmənin və iqlim dəyişikliyinin fəsadlarından biridir. Havanın stabil olmaması, temperaturun kəskin dəyişməsi və soyuq hava kütlələrinin gözlənilməz hərəkəti Azərbaycanda da qeyri-sabit hava şəraiti yarada bilər. Yəni güclü küləklər, lokal dolu, leysan və hətta şaxta ehtimalı az deyil. Hazırda dünyada müşahidə olunan iqlim anomaliyasının əsas səbəblərindən biri də 2024-2025-ci illərin "El Ninyo" ili olmasıdır. Bu hadisə Sakit okean səth sularının anormal istiləşməsi ilə müşayiət olunur və qlobal atmosfer dövranına ciddi təsir edir. Məhz buna görə də bu il bir çox bölgədə, o cümlədən bizim regionda hava şəraiti normadan kəskin şəkildə fərqlənir".

C.Bəxtiyar qeyd edib ki, Azərbaycanda zəlzələ riski var:

"Tektonik stressin bölgə üzrə yayılması fonunda zəif və ya orta güclü təkanlar mümkündür. Hava şəraitində kəskin dəyişmələr baş verə bilər, yəni sürətli istiləşmə və soyuma, qeyri-mövsümi yağıntılar və küləklər gözləniləndir. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə yağıntıların artdığı günlərdə torpaq sürüşməsi və sel riski də aktualdır". Son.az

Süpürgəçidən modelliyə like
  • 10 Apr 07:40  
Şou-biznes Süpürgəçidən modelliyə

Tailandın paytaxtı Banqkokda süpürgəçi işləyən xanım bir anda məşhur

arrow Ətraflı
Üç BÜRCƏ xoş xəbər: bir ayın içində varlanacaqsınız like
  • 10 Apr 07:28  
Digərləri Üç BÜRCƏ xoş xəbər: bir ayın içində varlanacaqsınız

Yaxın 30 gündə bürcün üç əlaməti gəlirlərini artırmaq və maddi vəz

arrow Ətraflı
"Küsülü idik, üstümüzə təcili yardım gəlirdi" like
  • 10 Apr 07:15  
Şou-biznes "Küsülü idik, üstümüzə təcili yardım gəlirdi"

Əməkdar artist Mətanət İsgəndərli illər əvvəl şair-bəstəkar Xanım

arrow Ətraflı
"Məni o qədər sevən var ki..." like
  • 10 Apr 06:54  
Şou-biznes "Məni o qədər sevən var ki..."

Əməkdar artist Gövhər Rzayeva sevgidən danışıb.

arrow Ətraflı
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb like
  • 10 Apr 06:48  
Digərləri Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm

arrow Ətraflı
Azərbaycanda güclü yanğın  bir ailənin 6 üzvü xəsarət aldı like
  • 10 Apr 06:39  
Digərləri Azərbaycanda güclü yanğın bir ailənin 6 üzvü xəsarət aldı

Sabirabadda yaşayış evinin yanması nəticəsində bir ailənin 6 üzvü yan�

arrow Ətraflı
Vaşinqtona inanılmaz zərbə: 7 ölkə plan hazırlayır like
  • 10 Apr 06:33  
Dünya Vaşinqtona inanılmaz zərbə: 7 ölkə plan hazırlayır

Avropa İttifaqı (Aİ) ABŞ-dan mayeləşdirilmiş təbii qaz alışını kəsm

arrow Ətraflı
Ən dürüst BEŞ BÜRC like
  • 10 Apr 06:19  
Digərləri Ən dürüst BEŞ BÜRC

Astroloqlar hesab edirlər ki, bürcün beş əlaməti xoşagəlməz və ya əlv

arrow Ətraflı
“Ərimi görməsəniz də olar” like
  • 10 Apr 06:06  
Şou-biznes “Ərimi görməsəniz də olar”

Müğənni Səidə Sultan saxta evlilik iddialarına cavab verib.

arrow Ətraflı
Süni intellekt infarktın da qarşısını ala bilir like
  • 10 Apr 05:05  
Digərləri Süni intellekt infarktın da qarşısını ala bilir

Yeni bir tədqiqat süni intellektin ölümcül ürək ritm pozğunluqlarını

arrow Ətraflı
"Audi" də ABŞ bazarından geri çəkildi like
  • 10 Apr 04:04  
Digərləri "Audi" də ABŞ bazarından geri çəkildi

Alman avtomobil istehsalçısı "Audi" ABŞ Prezidenti Donald Trampın

arrow Ətraflı
"Bəzi valideynlər çıxıb dedi ki, uşağıma milyonlar yığıldı, yedilər" like
  • 10 Apr 03:03  
Şou-biznes "Bəzi valideynlər çıxıb dedi ki, uşağıma milyonlar yığıldı, yedilər"

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial verilişlərdə ehtiyacı olan

arrow Ətraflı
Südün bilinməyən like
  • 10 Apr 02:02  
Digərləri Südün bilinməyən

Elmi araşdırmalar südün insan sağlamlığında mühüm rol oynadığını t

arrow Ətraflı
Sərvət dəyərində lüks saat aldı  FOTO like
  • 10 Apr 01:01  
Şou-biznes Sərvət dəyərində lüks saat aldı FOTO

Rusiyanın Xalq artisti Filipp Kirkorov paylaşımı ilə dillərə düşüb.

arrow Ətraflı