“Starlink” qurğuları ölkəyə buraxılmır?
Digərləri 09 Apr 2025 15:23:00 89 0
Artıq bir müddətdir ki, "Starlink" internet xidməti Azərbaycanda fəaliyyətə başlayıb. Bir çox vətəndaş anoloji internet xidmətindən yararlanmaq üçün "Starlink" qurğusu sifariş edirlər. Lakin sözügedən cihazın gömrükdə rəsmiləşdirilməsində süni əngəllərin yaradılması ilə bağlı sosial şəbəkələrdə iddialar yayılmaqdadır. İddialara görə, "Starlink" qurğusunun onlayn vasitələrlə sifarişlə qısa zamanda ölkəyə çatdırılması mümkün olunduğu halda, gömrükdə qeyd olunan əngəllər sözügedən məhsulun sifarişçiyə gəlib çıxamamasına və yekunda narazılığına səbəb olur.
Bu xəbəri də oxu: Bu ərazilərdə qaz kəsiləcək
Trend sosial şəbəkələrdə yayılmış bu iddialarla bağlı Dövlət Gömrük Komitəsinə (DGK) sorğu ünvanlayıb.
DGK-dan sorğumuza cavab olaraq bildirilib ki, kosmik-peyk rabitə vasitələrinin ölkə ərazisinə gətirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi icazəsi əsasında həyata keçirilə bilər.
"Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı"nın 4-cü bəndinə əsasən kosmik-peyk rabitə vasitələrinin ölkə ərazisinə gətirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) xüsusi icazəsi əsasında həyata keçirilə bilər", - deyə məlumatda vurğulanıb.
DGK-nın məlumatına əsasən, sifarişçi gömrükdə belə problemlə üzləşməməsi üçün RİNN-dən xüsusi icazə almalıdır.
Sözügedən məlumatla bağlı Trend-in Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanladığı sorğu ilə bağlı xəbər dərc olunanadək cavab daxil olmayıb.
Azərbaycanda bakalavr və magistratura təhsil pillələrini bitirən şəxslə

Sabah ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-də keçirilən iclasınd

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Instagram"

ABŞ-ın Texas ştatında yerləşən Colossal Biosciences şirkəti elmi aləmd

Bu gün bürcün bir əlaməti əsl sürpriz alacaq: vəhşi enerji artımı, v�

Teleaparıcı Mətanət Əliverdiyeva verilişnə gələn qonaqlara xəbərdarl

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-dəki iclasda

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında əldə edilmiş

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, Azərbay

Son dövrlərdə Azərbaycanda avtomobil almaq ciddi bir problemə çevrilib. Ba

Teleaparıcı Zaur Baxşəliyev sosial şəbəkələrdə gündəm olub.

Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilat�
